Əzab həyatın ayrılmaz hissəsi olmasa, o zaman həyatımızın bir məqsədi olmaz. Yer üzündə yaşanan ağrılarda heç bir məqsəd olmadığını və bunda az da olsa xoşbəxtlik payının olmamasını görmək çox absurddur. Şübhəsiz, bədbəxtlik özlüyündə nəsə qeyri-adi bir şey kimi görünür, amma ümumilikdə bu həyatın qanunudur.
Fəlsəfi sistemlərdən bir çoxu şəri mənfi bir hal kimi təqdim edir, mən dünyada bundan böyük cəfəngiyat bilmirəm. Müsbət olan şey özlüyündə həm də şərdir ; o öz yaşamını hiss etdirir. Xüsusilə də Leybnits bu cəfəngiyyatı daha çox müdafiə eliyib : və o öz mövqeyini bir əhəmiyyəti olmayan sofizmlə möhkəmləndirmək istəmişdi. Mənfi olan şey yaxşıdır : başqa sözlə desək, xoşbəxtlik və həyatdan razı qalma arzuların yerinə yetirildiyini bildirir, yəni ağrılı-acılı günlərə son qoyulur.
Bu onu göstərir ki, biz səfanı istədiyimiz kimi qəbul etmirik, və əzabı da çox şişirdirik.
Bu həyatda ən böyük zövq əzabı artırmaqdır : yaxud da bu iki hiss arasında balans var. Əgər oxucu bu iddianın sübutunu görmək istəyirsə, gəlin ona biri digərini yeyən iki heyvanın keçirdiyi hisləri müqayisə edək.
Bədbəxt və qəm-kədər içində olan bir şəxsin ala biləcəyi ən gözəl təsəlli başqalarının ondan da pis vəziyyətdə olduğunu fikirləşməkdir : və bu təsəlli hər kəsə yaxşı tanışdır. Amma ümumiyyətlə bu çox böyük fəlakətdir.
Bizlər ,otluqda qurbanını bir- bir seçən qəssabın nəzarətində olan quzularıq. Yaxşı günlərimiz olanda biz şərin kasıblıq, xəstəlik, şikəstlik, gözün görməməsi və sairə kimi hallarda baş verdiyini unuduruq.
Amma burda əzabın heç bir günahı yoxdur, əzablar bizi elə hövsələdən çıxarır ki, nəfəs belə ala bilmirik, əlində qamçı olan gözətçi tək daim bizi izləyir. Sıxıntılara son qoya bilsək, o zaman bu gözətçini də dayandırmış olarıq.
Ayrıca bədbəxtliyin özünün də bir xeyri var : yəni əzablara son qoyulduqda belə canımız hələ də acıyır. İnsan həyatdakı bütün ehtiyaclardan azad olanda, çətinlik və bədbəxtlik aradan qaldırılanda, etdiyi hər bir iş uğurla nəticələndə, canı acımasa da onda bir növ qudurğanlıq yaranır, axmaqlıq edir – beləcə dəli olur. Bundan əlavə onu da deyə bilərəm ki, əzab və ağrılar hər zaman insan üçün lazımdır. Məsələn, Ballastı ( gəminin stabilliyini saxlamaq üçün aşağısına qoyulan ağır material) olmayan bir gəmi, stabilliyini itirər və düz gedə bilməz.
İş, həyəcan, əmək və iztirab insan həyatının uzun olmasını təmin edir. Bəs yaxşı, bütün arzuları yerinə yetən, əzablardan qurtlumuş insan vaxtını necə keçirəcək? Onlar nə işlə məşğul olacaqlar? Əgər dünya rahat və firavan bir yer olsaydı, yer üzündə yalnız süd və bal olsaydı, kişilər qadınlara heç bir çətinlik olmadan sahib olsaydı, o zaman insan sıxıntıdan ya ölər, ya da özünü asardı : yaxud da kütləvi qırğınlar, cinayətlər, müharibələr baş verərdi. Beləcə, sonunda bəşəriyyət Təbiətin ona verdiyi əzabdan daha çox özünə əzab verəcək.
Gənclik illərində, gələcəyə doğru baxanda, bizlər teatrda pərdə qalıdırılmamışdan əvvəl orda böyük həvəslə oturub tamaşanın başlamasını gözləyən uşaqlara bənzəyərik. Nə baş verəcəyini bilməmək böyük xoşbəxtlikdi. Bunu görə bilərik, ölümə yox, bu həyata məhkum olan, bu həyatı yaşamağa məcbur olan uşaqların günahsız məhbuslara çevrildiyi zamalarda belə onlar cəzalarının nə olduğunu anlamırlar.
Bununla belə hər kəs qocalığa can atır, başqa sözlə desək onlar bu cür düşünür : Bu günüm yaxşı deyil, sabah bundan da betər olcaq, o biri gün isə lap pis olacaq”.
Günəşin nə qədər bədbəxtlik, əzab, iztirab üzərinə şəfəq saçdığını təsəvvür etsəniz etiraf edərsiniz ki, günəş elə yerdə də aydakı kimi təbiət hadisələrinə səbəb olsaydı və yerin səthi də aydakı kimi şəffaf olsaydı daha yaxşı olardı.
Sən onda həyata yoxluğun müqəddəsliyini pozan bir faydasız şey kimi baxa bilərsən. Və hər halda işlərin babat gedəcək, nə qədər çox yaşayasan, bir o qədər aydın anlayacaqsan ki, həyat səni aldatmır, həyat bədbəxtçilikdir.
Cavanlıqda dost olmuş iki nəfər, uzun müddət ayrılııqdan sonra, yaşlı vaxtlarında görüşəndə bir-birnə olan əsas hisləri tam bir xəyal qırıqlığı olacaq, çünki yaddaşları onları erkən illərə, o illərə ki, həyat gözəl idi və daha çox şey vəd edirdi, lakin bu vədlər boşa çıxdı. Bu hiss hər kəsə o qədər təsir edəcək ki, onlar bunu dilə gətirməyin labüd olduğunu belə düşünə bilməyəcklər ; lakin digər tərəfdən bu sakitcə qəbul olunacaq və onların söhbətinin bünövrəsini təşkil edəcəkdir.
Nəvə-nəticələrini görən insan yarmarkada cadugərin budkasında oturub, caduya dalbadal baxan insana bənzəyir. Fokus yalnız bir dəfə göstərilir və bunu görməyəndə və sehrə aldanmayanda foks təsirsiz qalır.
Əlindəkilərlə kifayətlənmədiyi sürəcə, insanın taleyi düzəlməyəcək. Həyat yerinə yetirməli olduğumuz bir tapşırıqdır, Belə bir deyim var “defunctus est” , yəni insan artıq öz tapşırığını yerinə yetirib.
Namiq Bağırlı
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR