Su ağacların yuxarısına buxarlanma (transformasiya) yolu ilə, yəni, yarpaqların səthindəki məsamələrdən buxarlanmaqla çatır. Buxarlanma suyu köklərdən və ağacın içindən ən zirvəyə qədər mexaniki toxumadakı hüceyrələr boyu daşıyır. Suyun bu hərəkəti yerin cazibə qüvvəsi və sürtünmə qüvvəsini keçir və yuxarıya doğru sütun şəkildə davam edir. Suyun hərəkətinə mane olan yerin cazibə qüvvəsi və sürtünmə qüvvəsi zirvədə maksimum olduğu üçün suyu yuxarıya itələyən qüvvə də zirvədə maksimum dərəcəyə çatır.
Su sütunları bu gərilməyə bir dağılma (parçalanma) həddinə qədər tab gətirə bilir. Bu hədd sütun şəklindəki suyun içində hava qabarcıqlarının üzə çıxıb onu kəsərək dağıtdığı (parçaladığı) nöqtəni ifadə edir və bu hal botanikada “embolizm” adlanır.
Corc Koç və həmkarları ən hündür sərv ağaclarının yuxarı hissəsindəki su sütununun üzərindəki maksimum gərilməni ölçmüşdülər. Bu ölçmə maksimum gərilmənin embolizm nöqtəsinə yaxın olduğunu üzə çıxardı. Bu gərilmə dəyəri eyni zamanda ağacın nə qədər uzanacağına təsir edən tənzimləyici faktordur. Tədqiqatda ağacların hündürlüyünü müəyyən edən daha üç faktor aşkar edilmişdi.
Ağacların zirvəsinə çatan su normal olaraq hüceyrənin inkişafına təkan verir. Ancaq ağacın zirvəsinə doğru yerin cazibəsi və sürtünmə təsirinin artması suyun axma qabiliyyətini azaldaraq təpələrdəki hüceyrələrin kiçik və qalın divarlara malik olmasına gətirib çıxarır. Bunun nəticəsində zirvələrdəki yarpaqlar da kiçik və qalın olurlar. Sərv ağaclarının zirvəsindəki yarpaq qalınlığı ən böyük ölçüdədir. Bu da ağacın inkişafının böyük ölçüdə qarşısının alındığını göstərir. Beləliklə, zirvələrdə artan yarpaq qalınlığı hündürlüyü tənzimləyən ikinci faktordur.
Yuxarı hissələrdəki qalın və kiçik yarpaqlar bu hissədə həyata keçirilən fotosintezi də azaldır. Fotosintezin məhsuldarlığını azaldan bu amil ağacın hündürlüyünə təsir edən üçüncü faktor kimi müəyyən edilmişdi.
Corc Koç və həmkarları 110 metr hündürlükdəki yarpaqlardakı CO2 nisbətinin sərbəst havada görünən ən aşağı nisbətdə olduğunu hesabladılar. Bu da dördüncü tənzimləyici faktoru təşkil edirdi: yarpaq dəlikləri kanalı ilə həyata keçən CO2alınmasının məhdudlaşdırılması.
Elm adamları ağacın hündürlüyünü tənzimləyən bu dörd fizioloji faktora əsaslanaraq ağacların çatacağı maksimum hündürlüyü hesablamağa çalışdılar. Nəticədə ağacların 122-133 metr arasında maksimum hündürlüyə çatacaqları təxminini üzə çıxardılar. Buna görə 2000 ildən daha yaşlı ağaclar böyüməyə davam edə biləcəkdilər. Ağacların ildə təqribən 0.25sm böyüdüyünü aşkar edən müşahidələr bu fikri dəstəkləyir.
Bu tədqiqat nəticəsində üzə çıxarılan məhdudlaşdırıcı faktorlar ekoloji tarazlıq üçün çox mühümdür. Qısaca desək,
• Yerin cazibə qüvvəsi və sürtünmə qüvvəsinə müqavimət göstərərək yüksələn suyun müəyyən səviyyədən sonra irəliləməsini dayandırması,
• Bununla əlaqədar olaraq yarpaqların kiçilib qalınlaşması,
• Fotosintez məhsuldarlığının azalması
• və nəhayət fotosintezdə lazımlı CO2 hazırlanmasının minimuma enməsi faktorları sayəsində ağacın müəyyən nöqtədən sonra böyüməsinin qarşısı alınır.
Beləliklə, canlı-cansız bir çox faktorun bir-birinə təsir edərək meydana gətirdiyi təbii tarazlıq ağacların nəzarətsiz şəkildə böyüməsinin qarşısını alır. Bu cəhətdən baxdıqda bu tədqiqat canlılardakı bioloji proseslərin təbiətin bütün tarazlığını dəstəkləyən şəkildə və nə qədər mükəmməl nizamlandığına dair son nümunəni təşkil edir. Heç şübhəsiz, bu faktorların hər biri Allahın istəyi ilə var olmuş səbəblərdir. Toxumun cücərməsindən tingə çevrilməsinə, tingdən ağaca çevrilməsindən ağacın uzanmasına qədər hər mərhələ Uca Allahın əmri və nəzarəti ilə həyata keçir. Ağacın həyatındakı hər mərhələ, bioloji inkişafı ilə bağlı hər fəaliyyət Allahın sonsuz qüdrətinin təzahürüdür.
Allah bir Quran ayəsində belə buyurur:
“Otlar da, ağaclar da səcdə edir”. (Rəhman surəsi, 6)
Həqiqət mütləqdir!
XƏBƏR LENTİ
Evlilik məsləhətləri
Barmaqlarımız haqqımızda nə deyir?
Ukrayna Tiflisə Saakaşviliyə görə "yox" dedi
Bir az da əylənək
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü başlayıb
Bel hissənizdəki yağları əridəcək içkilər
Günün ulduz falı
Bel və kürək piyləri ilə mübarizə
Günün ulduz falı
"Jara" festivalına o da gəlir-VİDEO
Ayaqqabı ayaqlarınızı sıxırsa - Bunları edin!
52 yaşlı ulduz görənləri TƏƏCCÜBLƏNDİRİR
5 kiloqram arıqladan kök pəhrizi.
HAVA necə olacaq?
Sızanaq izləri üçün maska
Quran və elmi kəşflər
Ərdoğandan bütün qadınlara qeyri adi təbrik -Video
Hindlilərin xoşbəxtlik məsləhətləri
Hava haqqında - 20.01.2014
Kitab qadağası
Sevdiyiniz şəxsə söylənilən ləqəblər
Yay kimi gərilən insan...
Serenay xəstəxanaya yerləşdirildi-SƏBƏB
YouTube artıq çatdırmır
Məşhur cütlük yenidən barışdı
Mavi ayaqqabılar
Bu, milyon ildə bir olur
Toyuq ətli, kartoflu piroq (foto resept)
ÜST-dən stadionlarla bağlı XƏBƏRDARLIQ
Boğazında qaşıq qalmış gənc-FOTO
Tərtərdə nə baş verir?
40 yaşından sonra evlənən məşhurlar
Baş Nazirdən təhsillə bağlı mühüm QƏRAR
Bayramda neçə gün iş olmayacaq?
O, mənə xəyanət edir!
Ana dilimizə sahib çıxaq
Dolu yağacaq
Günorta yaranan baş ağrılarının səbəbləri
Nokia Lumia 1520-ni göstərəcək
Nə üçün əsgər paltarları xaki rəngdədir?
Diş ağrısını azaldan üsullar
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycanda artan əməliyyat - mədə kiçiltmə
Məkkəylə bağlı 8 elmi fakt: hərəkət dayanmır; niyə saat əqrəbinin əksinə?
Antibiotiklər: xeyri, yoxsa zərəri daha çoxdur?
Küləkli hava Şəkini işıqsız qoydu
Əməkdar artist tanınmış türk aktrisa ilə bir arada
Dəbli kostyumlar (1)
Pilot sükan arxasında yatdı
Qadınlar və kişilər hansı iPhone-u seçirlər?
- ŞƏRHLƏR