“Ruhlar Mağarası” hipotezinin izi ilə…
(tarixi-araşdırmaçı elmi-populist məqalə) İvan Rıbakov- taix elmləri doktoru
Hələ yaddaşlara gəlməyən zamanlarda Amerika kontinenti sakinsiz idi. Sonralar Amerika hindlilərinin ataları Sibirdən ora Berinq boğazı ilə keçdilər. Son 50 min ildə suyun ümumi həcmi ikiqat artaraq əlli metr qalxdı, 18-14 min il öncə isə su yüz metrdən də çox azalmışdı. Bu səbəbdən də materiklər arasındakı məsafə üç min kilometrə kimi qısalmışdı və ovçular iri gövdəli heyvanların izi ilə Amerikaya keçə bilmişdilər. Sonralar onlar cənuba doğru Odlu Torpağa kimi miqrasiya etmiş, materikin müxtəlif regionlarında məskən salmışdılar. Sibirlilərin ataları naməlum səbəblərdən bir neçə qrupa bölünərək ayrı şəkildə yaşamağa qərar vermişdilər. Xristofor Kolumbun gəlişinə kimi isə kontinentdə bioloji və mədəni cəhətcə bir-birindən fərqlənən çoxsaylı tayfalar yaşayırdı. Yuxarıdakı kimi qəbul olunmuş tarixi versiya mövcud olsa da, sonuncu kəşflər bizi bu barədə yenidən düşünməyə vadar edir.
1940-cı ildə Karson-Sitinin (Nevada) cənubunda yerləşən məşhur mağarada eramızdan min illər əvvələ aid olan qırx yaşlarında bir kişinin mumiyalanmış qalıqları tapıldı. Cəmi bir neçə il qabaq yeni araşdırmaçı metodlar bu qalıqların dəqiq yaşını müəyyənləşdirməyə imkan verdi – 9415 il. Bu, təbii yolla mumiyalanmış ən qədim bədən idi. Müqayisə üçün göstərmək olar ki, Alp dağlarından tapılmış Buz adamının cəmi 5300 yaşı vardır.
Bu ən qədim mərhum, paleo-hind mədəniyyətinin cizgilərini daşıyır və meyitin xüsusiyyətləri müasir hindlilərin atalarından əsaslı surətdə fərqlənirdi. “Ruhlar Mağarası”-sında sonuncu vəfat edən bu insan uzun bədən sümükləri və kiçik-girdə sifətə sahib idi. “O, daha çox Cənub-Şərqi Asiyanın insanlarına bənzəyir” –deyə tapıntının xüsusi qaydada saxlandığı Nevada Tarix Muzeyinin laborantı Emi Densi bildirmişdi.
Hələ 1940-cı ildə “Ruhlar Mağarası”-nın ətraf torpaqlarında yaşayan Yuta hindliləri tapılan bədənin qorunması üçün onlara verilməsini tələb etmişdilər. “Biz inanırıq ki, o, bizim babamızdır”–deyə tayfa rəhbəri bəyan etmişdi. Həmçinin Şoşon tayfası da eyni iddia ilə dövlətə müraciət ünvanlamışdı. ABŞ-ın daxili qanunlarına görə arxeoloji qazıntılar nəticəsində tapılan qədim qalıqlarla mədəni əlaqəsini sübut edə bilən yerli tayfa onu öz adət-ənənəsilə dəfn etmək haqqına malikdir. “Genetik analizlər göstərir ki, bu insan Şimali Amerikada yaşayan müasir hindlilərin babalarından ola bilməz!”–bu fikirlər hindlilər tərəfindən məhkəməyə verilmiş sözü gedən mumiyanı tapan arxeoloq, doktor Ceyms Adovazioya məxsusdur.
Bu iş 2003-cü ildə gözlənilmədən öz davamını qazandı, hansı ki, həmin ərəfədə iki tələbə təsadüfən Kolumbiya çayının sahilindən daha bir qədim skilet tapdılar. Vaşinqton Universitetindən antropoloq professor Ceyms Çetters bu sümükləri araşdırdıqdan sonra bəyan etdi ki, bunlar müasir hindlilərə məxsus deyil. Qalıqların analizindən bu mərhumun 45-50 yaşlarında bir kişi olduğu müəyyənləşmişdi. Çoxsaylı zədələr bu insanın çox ağır həyat tərzi keçirdiyini xəbər verirdi, ola bilsin döyüşçü olaraq xeyli yara almışdı. Onun 3 qabırğası və sağ əli sınmışdı. Çetters bazu sümüyündən daş qəlpəsi aşkar etmişdi. Maraqlıdır ki, döyüşçü bu ölümcül yaradan ölməmişdi. Qədim insan bu yaranı hələ cavan yaşlarından alıbmış, çünki sümükdə yerləşən bu daş qəlpəsinin ətrafları inkişaf edərək onun üzərinə doğru xeyli irəliləmişdi. Professor bu qəlpəni də araşdırarkən onun yüz illər yox, min illər öncəyə aidliyi məlum oldu. Çetters bu sümüyün unikal tapıntı olduğunu anlamışdı, odur ki, bir hissəsini Kaliforniya Universitetinə radiohidrogen analizinə göndərdi. Mütəxəssislərin nəticələri heyrətləndirici idi–bu insan 9300 il qabaq ölmüşdü, hansı ki, bu zaman kəsiyi “Ruhlar Mağarası”-ndan tapılmış mumiyanın yaşı ilə çox yaxın idi.
8 min ildən çox yaşı olan 10-a yaxın oxşar sümüklər kontinentin müxtəlif rayonlarından, ABŞ (Pensilvaniya, Virciniya və Nebraska ştatları), Çili və Venesueladan tapılmışdır. Təəssüflər olsun ki, bunların əksəriyyəti qənaətbəxş qorunmamış və az informasiya verə bilmişdir. “Ruhlar Mağarası”-ndakı mumiya və Kolumbiya sahilindəki skilet Qərb yarımkürəsindəki yeganə tapıntılardır ki, tamamilə qoruna bilmişlər. Həm də onlar kontinentin Şimal-Qərb hissəsindən tapılmışdır ki, bura da Asiyalı qonaqların keçdiyi yer kimi qəbul olunur.
Çettersin daha bir bəyanatı bu mövzuda idi; Kolumbiya sahilindəki insan sümükləri və “Ruhlar Mağarası”-ndakı mumiya monqoloidə aid deyil. Bu cizgilər Cənub-Şərqi Asiya və Hindistanın Cənubu, eləcə də yapon adası Hokkaydoda yaşayan Ayn xalqının quruluşlarını xarakterizə edir. Çetters birmənalı qənaətə gəlir: Amerika nəinki Şimaldan, həm də Cənubdan fəth edilib. Cənub-Şərqi Asiyanın sakinləri okeanı üzüb keçməyə nail olublar, ehtimal ki, onlar adadan-adaya hərəkət edərək materikə qədəm basıblar.
Bir sıra alimlər isə Çetterslə razı deyillər. Kiçik qayıqlarla okeanın keçilməsi onlara mümkünsüz görünür. Onların fikrincə, 10 min il öncə sadəcə müasir irqi tiplər yox idi və o vaxtki insanlar formal olaraq eyni quruluşa sahib idilər. Yəqin ki, bu rayonda, yəni Nevadadan Kolumbiya çayına qədər olan bu ərazidə öz təkrarolunmaz mədəniyyətini yaratmış insanlar yaşamışlar, hansı ki, yadelli tayfaların onlara hücumundan gec xəbər tutmuşlar. Ehtimal etmək olar ki, onlar hamısı Amerikaya Berinqdən (qədim Berinq çıxıntısından) keçmişlər. Bu hipotezin xeyrinə bunu da əlavə etmək mümkündür: Baykal gölü ətrafından tapılmış 16 min il qabağa aid olan insan sümüklərinin quruluşu, Kolumbiya sahillərindən tapılmış sümüklərlə oxşardır.
“Ruhlar Mağarası” mumiyası ilə Kolumbiya sahillərinə aid sümüklər üzərində hələ də işlər yekunlaşmamışdır. Əsas sual olan–onların yaxın qohumları kim idi və onlar Amerikaya necə və haradan gəlib çıxmışdılar- sualı isə hələ də cavabsız qalır. Axı təbiət özü tərəfindən yazılmış qədim bir kitabın səhifəsi kimi genetik müxtəlifliklər və onların hansı qədim vahid mənbəyə gedib çıxması haqda bizə çox şey deyə bilər. Arxeoloqlar bunu aydınlaşdırmağa ümidlidirlər ki, mərhumu ölüm təsadüfənmi çayın sahilində haqlayıb, yoxsa o bura qədim ənənəyə sadiq qalaraq ölməyə gəlmişdi?
Ruscadan tərcümə: Səbuhi Şahmursoy
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Samsung smartfonları üçün oyun aləti
Qaz olmayacaq!
Şəxsiyyət vəsiqələri ilə bağlı
“Avatar 2”nin çəkilişləri bitdi
Aşura günü Bakıda hərəkət məhdudlaşdırılacaq
Belçika meşələrində yarasa yuvaları
Dollar və avroda son vəziyyət
Beyazıt Öztürk
"Azərbaycan Reyms şəhərinə bu səfər poeziya ilə qonaq gəldi"
Kerem Serenaya söz atdı
Güclü külək əsəcək
Cem Yılmaz Serenay Sarıkaya üçün arıqladı
Arda və xanımı doğumdan sonra ilk dəfə-FOTO
Çap edilmiş sümüklər insanı xilas etdi
Deputat Quranı təhqir etdi
Məşhurlar doğuşdan sonra necə arıqlayıblar?
Şotlandiya Avropada ən savadlı ölkədir
65 il sonra qovuşdular
Günün qoroskopu: sizi yoldan çıxarmaq istəyənlər az olmayacaq
Kəs və yapışdır-15
Mug keks ( foto-resept)
Ən asan və arıqladan idmanlar
Sezen Aksu Yıldız Tilbe ilə oxumaq istəmədi-SƏBƏB
Fransanın birinci xanımı nəvələrini necə tərbiyə edir?
Sükut günü başladı
"İqtisadi imkanların genişlənməsi güclü sosial siyasətlə tamamlanır"
BÜRCLƏR bizə nə vəd edir?-13 Yanvar
Bakıdakı çimərliklər təhlükə mənbəyidir
Şəkinin giriş-çıxışına polis postu quruldu
İlk beşlikdə iki yenilik var
Rəsul Quliyev Milli Şuradan çıxarılıb
Ən ucaboy vətəndaşımızın işi ASANlaşdı
Melaniya Tramp Ağ evi tərk etdi - Sensasiyalı iddia
Yonca haqqında bilmədiklərimiz
Nəmliyini itirən saçlar üçün maska
Dünyanın Ən böyük Yeni il "yolka"sı yandırıldı – VİDEO
Uşaqlar üçün təhlükəli nağıllar...
Qeyri-adi tortlar
46 santimetrlik siçan tapılıb - FOTO
68,5 faiz əhali Mehriban Əliyevaya tam etibar edir - SORĞU
Füzulinin oğlunun əsərləri tapıldı
Məşhur ekstrasensdən QORXUNC XƏBƏR
Milçəklərlə danışıram... mənə deyir, ananı öldür - 18 yaşlı rəssamın DƏHŞƏT DOLU HƏYATI
Autizm
Ermənilər təndiri də əlimizdən alır
Atatürk köşkündə gizli sığınacaq tapıldı-FOTO
Siqaretlə bağlı cərimə bu gündən qüvvədədir - 50 manat
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Putindən ŞOK XƏBƏRDARLIQ: Böyük bəlaya hazır olun
Boşanma zamanı uşaqların hüquqları necə qorunmalıdır?















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]