(Tarixi araşdırmaçı elmi-kütləvi məqalə)
Vadim İlin (tarix elmləri namizədi)
1965-ci ildə ABŞ-ın Yels Univetsiteti bir coğrafi xəritə çap etdi. Orada Avropa və Afrikanın Atlantik sahillərində İslandiya və Qrenlandiya, həmçinin daha qərbdə böyük bir ada – Vinland adası təsvir olunmuşdu. Qədim İsland saqalarından məlumdur ki, Vinlandı norman vikinqi Leyv Eyrikksson Nyufaundlend adlandırmışdı, hansı ki, o, müasir Kanadanın Şimal-Şərq sahilində təxminən 1000-ci ildə salınmışdı.
Alimlər müəyyən etmişlər ki, bu xəritə 1440-cı ilə, Xristofor Kolumbun Amerika materikini kəşf etməmişdən yarım əsr qabağa aiddir.
Hər halda, müxtəlif ölkələrin kitabxana və arxivlərində bundan da qəribə və qədim xəritələr mövcuddur. Onlardan biri 1513-cü ildə perqament parçası üzərinə yazılmış və 1929-cu ildə İstanbul Sultan Sarayının kitabxanasından tapılmış türk admiralı Piri Rəisin xəritəsidir. Xəritədə Afrikanın Qərb, Cənubi Amerikanın Şərq və Antarktidanın Şimal sahilləri də öz əksini tapmışdır.
Cənubi Amerikanın mövcudluğundan avropalılar yalnız Kolumbun 1498-ci ildə ora üzməsindən sonra xəbər tutdular. Növbəti illər İspanlar sürətlə Cənubi Amerika torpaqlarını işğal edərək dərindən araşdırdılar və bu proses Atlantik okeanın Cənubi Amerika sahillərinə gələndə, yəni 1520-ci ildə bitdi. Bu ərəfədə Ferman Magellan oradan cənuba doğru üzərək, sonradan onun adını daşıyan boğazdan Sakit okeana keçir. Türk admiralının xəritəsində Cənubi Amerikanın Şərq sahilləri, eləcə də onun kəşf olunmasından hələ 7 il qabaq Magellan boğazı da bütünlüklə göstərilmişdir.
Hesab olunur ki, Antaktidanı Bellinskqauzen-Lazarev rus ekspedisiyası 1820-ci ildə “Şərq” və “Sülh” vasitəsiylə onun Sakit okean sahillərinə yaxınlaşması ilə kəşf etmişdir.Amma ondan hələ 300-dən də çox il öncə, Rəis öz xəritəsində Atlantik okeanın bu altıncı qitə sahillərini Şahzadə Martanın sahili kimi adlandırmışdı ( ehtimal ki, bu ad, Uzun Həsənin qızı və ya Şah İsmayıl Xətainin anası Marta Aləmşah Bəyimin şərəfinə seçilmişdir). Admiral öz xəritəsini tərtib edəndən sonra, ona bitmə tarixini qeyd edərək yazır ki, bu tərtibetmədə o, daha qədim xəritələrdən, hətta e.ə. 4-cü əsrə aid bir xəritədən istifadə etmişdir.
Xəritəşünaslar Piri Rəisin xəritəsini dəfələrlə saxta adlandırmışlar. Amma onun üzərindəki son texnoloji ekspertiza bu qənaətlə nəticələnmişdir; xəritə həqiqidir. Lakin Piri Rəisin xəritəsi yeganə deyil.
1960-cı ildə Amerika tarixçisi və coğrafiyaşünası professor Çarls Hepqud ABŞ Konqress Kitabxanasından 1531-ci ilə aid, Antarktida materikinin də göstərildiyi Oronti Finaesin xəritəsini tapır.
Merkator kimi tanınan Flamand xəritəşünası Gerard van Kremer 1569-cu ildə özünün “Atlas” adlandırdığı coğrafi xəritələr kataloqu üzərində işini tamamlayır. O, öz kataloquna Oronti Finaesə aid, eləcə də özünə məxsus bir neçə dünya xəritəsi daxil edir ki, onlarda da Antarktida təsvir olunmuşdu. “Vəziyyət belədir ki, – professor Hepqud qeyd edir, – Merkatorun xəritəsində Finaesin xəritəsinə nisbətən Antarktida qitəsinin bəzi qeyd və relyef məlumatları daha dəqiq göstərilmişdir. Şübhəsiz, Merkator öz xəritələrini Finaesdən fərqli olaraq ilkinmənbə xəritələrinin köməyilə tərtib etmişdir.”
Təkcə Merkator yox, həmçinin fransız coğrafiyaşünası Filipp Buaşe öz Antarktika xəritəsini hələ bu cənub qitənin rəsmi kəşfindən qabaq, 1737-ci ildə çap etdirmişdir. O da öz xəritəsinin tərtibində ondan əvvəlki hansısa xəritələrdən yararlanmışdır.
Hazırda bu 6-cı qitə praktik olaraq buzla örtülmüşdür; orta qalınlıq 2 km, bəzi yerlər isə 4 km qalınlıq. Eləcə də materikin bütün sahil xətti üzən buz qayaları ilə əhatələnmişdir. Antarktidanın çox az olan quru sahəsini isə, 1949-cu ildə “İsveç-İngilis antarktida ekspedisiyası” bir sıra seysmik kəşfiyyat metodları ilə müəyyən etmişlər.
Maraqlıdır ki, Rəisin xəritəsində Şahzadə Martanın Sahili buzsuz kimi göstərilmişdir. Hazırki müasir araşdırmalar təsdiq edir ki, Antarktidanın sahil hissəsi nə vaxtsa buzsuz olmuşdur. Yalnız buzlaq e.ə. 13 min il qabaqdan 4 min il qabağa kimi irəliləmişdir. Onda belə çıxır ki, Piri Rəisin istifadə etdiyi mənbələr həmin qədim dövrdə meydana gəlmişdir. Oronti Finaesin xəritəsində Antarktida, hətta sahil xətlərinə kimi bütünlüklə təsvir olunmuşdur. O xəritədə qitənin ətrafındakı kifayət qədər geniş olan zolaqda qaya çıxıntıları və okean çaylarının axdığı sualtı dərələr də göstərilmişdir və bu da, müasir araşdırmaların nəticələrilə tamamilə səsləşir. Xəritədə dağ və çaylar materikin yalnız dərinliyində yerləşir. Belə qənaətə gəlmək olar ki, Finaesin qidalandığı mənbələr tərtib olunarkən buz yalnız Antarktidanın mərkəzi hissəsini tutmuşdu. Bu dövr isə, Vaşinqtondakı Karneqi İnstitutu alimlərinin hesab etdiyi kimi, ən azı 6 min il qabaq başa çatmışdır.
Antarktida relyefinin dəqiq məlumatları ilə Markatorun xəritəsində də rastlaşmaq mümkündür. Lakin ən böyük sensasiya Filipp Buaşenin xəritəsini öyrənərkən baş verdi. Orada müasir xəritələrdə olduğu kimi, bütünlüklə Antarktidanın coğrafi konfiqurasiyası tamamilə dəqiq işlənmişdir. Buaşenin xəritəsində əsasən Antarktidanın iki fərqli tərəfdən ( su ilə əhatələnmiş Şərq və Qərb tərəflərdən) görüntüsü maraq doğururdu. 1958-ci ildə “Beynəlxalq Geofiziki il” proqramı çərçivəsində daha dəqiq araşdırmaların nəticəsinə görə, bu xəritə ədalətli qiymətini aldı. Amma Antarktidanın arxipelaq olmasını və ya onun yerbəyer təsviri cəhdindən belə qənaətə gəlmək olar ki, Buaşenin əli altında ( Finaes və Merkatorda olduğu kimi ) neçə min əvvələ aid olan xəritələr varmış, çünki müasir məlumatlara əsasən, bu qitə 15 min il qabaq da indikindən böyük deyildi.
Eyni zamanda Antarktida haqda müasir bilgilər orta əsrlərdə yaranmış bu xəritələri təsdiqləməklə yanaşı, onların min və bəlkə də 10 min illər öncəyə aid olan qədim mənbələrinə də inanmağa əsas verir. İndi bir suala cavab vermək qalır; bizdən kifayət qədər qədim olan hansı sivilizasiyanın təqdimatçıları hansı texnikanın köməyilə bu cür valehedici dəqiqliklə işlənmiş xəritələrə nail olmuşlar? Axı, müasir elm Yer kürəsinin o qədim dönəmində heç bir sivilizasiyanın mövcud olmaması qənaətindədir. Lakin bu fikir sözü gedən mövzunun tək tapmacası deyil.
1999-cu ilin iyununda Başqırdıstanda qədim daş lövhəcik tapıldı. Başqırdıstan Dövlət Universitetinin professoru Aleksandr Çuvırovun rəhbərliyi altında olan alimlər hesab edirlər ki, Cənubi Uralın həcmli xəritəsi təsvir olunmuş bu daş lövhəcik yüksək inkişaf etmiş hansısa sivilizasiyaya məxsusdur. Bu cür ehtimal etmək olar; bu lövhəcik Yer kürəsinin dəqiqliklə işlənmiş üçölçülü xəritəsinin yalnız bir hissəsidir. Lövhəciyin yaşı 120 milyon il kimi dəqiqləşmişdir.
Rus dilindən tərcümə edən: Səbuhi Şahmursoy
XƏBƏR LENTİ
Əvvəl 5, sonra 2 rayon qaytarıla bilər
Bu müalicə beyni dağıdır
Cennifer Lopesin 48 yaşı var, amma... - FOTO
Fındıqlı piroq (foto resept)
Şişləmə tort (foto resept)
Hava haqqında
Marsda həyat izləri 40 il əvvəl tapılıb
Spiral
Zeynəb Xanlarovanın yeni görüntüsü-VİDEO
Azərbaycanda münaqişəli ailələrin sayı artıb
Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq
Nüvə müharibəsinin qarşısını almış sovet zabiti
Serdar Ortaç yeni sevgili tapdı?-FOTO
Şevval Şahinə sevgilisindən 120 minlik hədiyyə
Günün ulduz falı
Gəncədə həndbol üzrə açıq birinciliyə yekun vuruldu
Huawei - 20 milyon smartfona doğru
Azərbaycanda gənclər günüdür
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Azərbaycanda "inqilab ssenarisi": alver, acgözlər, villalar və milyonlar - ARAŞDIRMA
Xan Lənkəran
Trampın təriflədiyi 15 yaşlı Reyhan: "İxtiramla bağlı 5 investordan təklif gəlib"
Prezident İlham Əliyev yenidən jurnalistlərin dostu seçildi
Dəbli yay donları
Qaçqınlar təhlükə altında qalıb
Şəkil çəkmək asan iş deyil
İrəvanda böyük Qarabağ qorxusu
Məleykə Abbaszadə Beynəlxalq Mütəxəssislər Qrupunda təmsil olunacaq
Engin Altandan gözlənilməz qərar
Metro bağlanır - RƏSMİ
Sevginin əlamətləri
Sumqayıt və Xırdalan sakinlərinə ŞAD XƏBƏR
Cəbhədə gərgin gecə
Dilan Çiçək Kann festivalında göz oxşadı-FOTO
Metroda pulsuz Wi-Fi işə düşdü
“Qalatasaray” da PSJ-nin halına düşdü
Əxlaqi degenerasiya
Dünya üzrə koronavirusa yoluxanların sayı yarım milyonu ötdü
Yumşaq divan dəstləri
Kökəlməyə səbəb olan pəhriz xətaları
Saçlarımız üçün hansı vitaminlər mütləqdir?
Heydər Əliyev Fondu yeni tədris ili ərəfəsində məktəblərə 15 minə yaxın çanta və dərs ləvazimatı paylayıb
Mişel Obama kələm turşusu hazırlamağın sirrini bölüşüb
Şəhərlə birgə oyanır Bakı bulvarı...
Çiyələyin içərisində iynə aşkarlanıb-FOTO
Ay Yerə YAXINLAŞIR
"Zəhərli ata" xarakterinin xüsusiyyətləri
4 yaşlı oğul atanı peşman etdi
Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi
Vətən Müharibəsində kəşfiyyatçı meşədə övladını itirib: “Oğlum gözümün qabağında vuruldu” - VİDEO
- ŞƏRHLƏR