Hər birimizin həyatında elə anlar olur ki, nəyəsə, kiməsə əsəbləşir, stress keçiririk. Kiminsə dediyi hər hansı bir söz və ya hərəkət bizi qıcıqlandıra bilər. Stress zamanı necə edək ki, sağlamlığımızı qoruyaq və psixoloji durumumuzu tənzimləyək? Çox araşdırdım və müxtəlif psixoloqların rəylərini oxuduqdan sonra belə bir nəticəyə gəldim ki, əsəbləşdiyimiz zaman özümüzü bir neçə üsulla sakitləşdirə və stressdən çıxa bilərik:
1. 10 dəqiqəlik gəzintiyə çıxın. Bu, beyninizin və bədəninizin dincəlməyi üçün yaxşı təsir edəcək.
2. Sevdiyiniz musiqiləri dinləyin. Bu, sizi pis fikirlərdən uzaqlaşdıracaq.
3. Təbiət qoynunda istirahət etməyə çalışın.
4. Tez-tez keçmişinizi xatırlamayın. Əgər bu sizin üçün çətindirsə, bir peşəkara müraciət edin. Çalışın həyatdan geri qalmayasınız, bu gün ilə yaşayın, dünəni fikirləşməyin.
5. Dərindən və yavaş-yavaş nəfəs alın. Bu stressinizi atmağa kömək olacaq.
6. Əsəbləşdiyinizi hiss etdiyiniz an 10-a qədər sayın. Bu, sizin əsəbi halda deyə biləcəyiniz və sonra peşman olacağınız sözləri deməməniz üçün gözəl üsuldur. 10-a qədər saydığınız müddətdə az da olsa demək istədiklərinizi düşünəcəksiniz. Və lazım bilmədiyiniz cümlələrdən istifadə etməyəcəksiniz.
7. Özünüz haqda müsbət fikirləşin. Gözəl hadisələri xatırlamağa çalışın. Öz-özünüzə gözəl sözlər deyin. Bu, sizi əsəb pozğunluğundan qoruyacaq.
8. Özünüzü qoruyun və öz-özünüzü danlamayın. Bu,əsəblərinizə daha da pis təsir edəcək.
9. Çalışın 25-30 dəqiqə də olsa yatın. Yorğun bədəninizin buna çox ehtiyacı var. Çünki insan yorğun olan zaman həm əsəbi, həm də aqressiv olur.
10. Özünüzə sirdaş saydığınız rəfiqəniz və ya ailə dostunuzla probleminizi bölüşün. Bu, stressdən çıxmağa kömək edəcək, hətta bəlkə probleminizin həllini də tapacaqsınız.
11. Qəhvə içməyin, çünki bu, təzyiqinizi daha da artıra bilər.
12. Masaj etdirin. Masaj əsəbləri sakitləşdirməyin ən ideal üsuldur.
13. Vaxtınızı boş keçirməyin. Sevdiyiniz keks və ya şirniyyatı hazırlayın. Bu, stressdən uzaqlaşmağa yardım edəcək.
14. Tələsməyin. Bütün işlərinizi tələsərək etsəniz, bu, gələcəkdə də sizə problemlər yaşadacaq.
15. Gününüzün hər saatını işləməyə həsr etməyin. Özünüzə və ailənizə vaxt ayırın. Əks təqdirdə, həm ailənizlə münasibətdə problemlər yaşayacaq, həm də əsəb sisteminiz pozulacaq.
16. Dostlarınızdan və ya ailənizdən kömək istəyin. Bu cür vaxtlarda aldığınız məsləhətlər çox dəyərlidir.
17. Nə isə şən bir hərəkət etməyə çalışın. Və ya yumor həmişə insana müsbət həyat tərzi yaşamaq üçün kömək edir. Lətifələr oxuyun və ya gülüş doğuran verilişləri izləyin.
18. Bu günlə yaşayın və sabah üçün planlar qurun.
19. Özünüzə gündəlik tutun. Əsəbləşdiyiniz hadisələri və bu hadisələrə olan fikirlərinizi bir vərəqə köçürsəniz, bu fikirlərin sizi tez tərk etməyinə yardımçı olarsınız.
20. Gülün, gülmək insanı stressdən uzaqlaşdıran ən gözəl üsullardan biridir.
21. Çalışın kiçik hadisələr üçün əsəbləşməyəsiniz. Məsələn: pul itirmək, hər hansı bir əşyanı evdə unutmaq və bəzi çətin xasiyyətli insanlarla ünsiyyətdə olmaq.
22. Evinizə əl gəzdirməyə başlayın. Evinizdə təmizlik işləri apardıqda baş verən hadisəni yavaş-yavaş unudacaq, etdiyiniz iş barədə düşünəcəksiniz. Sonda etdiyiniz təmizliyə görə fəxr edəcək və stressdən tamamilə uzaqlaşacaqsınız.
23. Optimist olmağa çalışın. Hər şeyə neqativ yaxınlaşmayın.
24. İdeal insan olmağa çalışmayın. Çünki ideal insan yoxdur. Bu, yalnız sonu olmayan xəyal və fikirlərdir. Və yalnız stressə və əsəb pozğunluğuna gətirib çıxaran bir məqsəddir.
25. Hər şeyi idarə etməyə çalışmayın. Çünki hadisələr də var ki, siz idarə edə biləcək gücdə deyilsiniz. Və bunun şahidi olduğunuz zaman bu, sizə stress və əsəb gətirəcək.
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək
- ŞƏRHLƏR