Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, insan çox güclü stress keçirəndə, bədbəxt bir hadisə ilə üzləşəndə özünü çıxılmaz vəziyyətdə hiss edir: "Özünü bu cür hiss edən insan ruh düşkünlüyünə düşür, mübarizə aparmaq istəmir, hər şey onun üçün mənasını itirir. Ən pis halda isə bu, intihara da gətirib çıxarır. Lakin bu vəziyyətə düşən insan ilk növbədə özünü sakitləşdirməli və mütləq çıxış yolunu tapa biləcəyinə inanmalıdır. Əksər hallarda çıxış yolu olur. Sadəcə, stress və ya şok vəziyyətində olan insan hisslərinə o qədər qapılır ki, dərdinə çarə tapa bilmir" deyən R.Rzayeva bildirir ki, bu cür vəziyyətlə üzləşən insanlar adətən başqasından məsləhət almağa və bu məsləhətə əməl etməyə çalışırlar. Bu isə çox vaxt yaxşı nəticələnmir. "Belə ki, kiminsə hisslərini və nə istədiyini başa düşmək çətindir. Həm də başqası məsləhət versə, kömək edəcəyini vəd etsə belə, vədini yerinə yetirməyə bilər. Bu zaman isə insan özünü daha da çıxılmaz vəziyyətə salacaq. Ona görə də birinci növbədə özünə güvənmək, öz problemini müstəqil həll etməyi bacarmaq lazımdır. Düzdür, məsləhətə də qulaq asmaq olar. Amma çıxılmaz vəziyyətdə olduğu üçün, həyatını tam kiməsə təslim etmək, hər şeyi başqasının qərarı ilə yerinə yetirmək düzgün deyil".
R.Rzayevanın dediyinə görə, özünü çarəsiz hiss edən insanın ilk növbədə iradəsi zəifləyir: "Hansısa məqsədinə görə çalışırdısa, çarəsiz vəziyyətdə artıq heç nə etmək istəmir. Hadisələrin yaxşı nəticələnəcəyinə ümidini itirir. Bəzən də son çıxış yolu kimi məntiqsiz qərarlar verir", - deyən psixoloq əlavə edib ki, insan müxtəlif səbəblərə görə ümidsiz vəziyyətə düşə bilər: "Bu həm ailə üzvləri arasında konfliktlər, həm də iş yoldaşları arasında anlaşılmazlıqlar, işin ağırlığı da ola bilər. Kiminsə ağır xəstələnməsi, kimləsə ayrıldıqdan sonra da insan özünü çıxılmaz vəziyyətdə hiss edir".
Zəif insanlar bəzən əhəmiyyətsiz mübahisələr, uğursuzluq, yorğunluq və ya tənbəl olduqları üçün də özlərini çarəsiz hiss edirlər. Həmsöhbətimiz qeyd edib ki, insan vaxtında həll etmədiyi problemlərin çoxluğundan bezə bilər: "Ola bilsin ki, işləri üst-üstə yığılıb və bu işləri mütləq görmək lazımdır. O isə özünü aciz hiss edir və problemlərini həll edə bilməyəcəyindən çarəsizliklə üzləşir. Xüsusilə də son zamanlar insanlar nəsə ala bilmədikdə kredit götürürlər. Krediti vaxtında ödəyə bilmədikdə isə faizlər üst-üstə yığıldıqda çıxılmaz vəziyyətə düşürlər. Bu cür problemlərlə üzləşdikdə, yaxşı olar ki, problemləri vərəqə yazıb, vacibliyinə görə sıralayasınız. Bu siyahıda ən vacib işiniz birinci yazdığınızdır. Ona görə də onun həll etməyə başlayın. O biri problemləriniz haqqında isə unudun. Birinci probleminizi həll etdikdən sonra isə ardıcıl olaraq, siyahı üzrə digər problemlərinizi həll edin. İlk baxışdan bu qəribə görünə bilər. Amma çox yaxşı nəticə verən bir üsuldur".
Problemləri siyahıya almaq üsulu onları unutmağa kömək edir. Belə ki, bir nömrəli problemi həll edərkən siz qalan problemlərinizi unudur və bütün diqqətinizi həmin problemə yönəldirsiz. Sonrakı problemi həll etməyə başlayanda isə o birilərini unudursuz. Siz onları vərəqə köçürərkən ağır yükdən azad olursuz. "Siyahı həm də təxirə salmadan problemləri həll etməyə məcbur edir. Xüsusilə də tənbəl və çətinlikdən qorxanlar iş görməmək üçün müəyyən bəhanələr axtarırlar. Siyahı isə bir növ onlara nəzarət edir və bəhanələrlə işdən uzaqlaşmağa qoymur. Siyahıda problemlərin sayı azaldıqca insan özünü daha yaxşı hiss edəcək".
Psixoloqa görə, həyatda bəzən elə anlar olur ki, problemi nə vərəqə yazmaq, nə də həll etmək olur: "Əsasən bu halla üzləşənlər heç nə etmək istəmir, tənhalığa qapılırlar. Onlar hər şeyi öz axarına buraxırlar. Bunun əksinə olaraq nəsə etmək lazımdır. Həkimlər sübut ediblər ki, fiziki hərəkət etmək əksər xəstəliklərin gedişatına müsbət təsir göstərir, xəstənin vəziyyətini yüngülləşdirir. Özünü çıxılmaz vəziyyətdə hiss etmək də xəstəlik kimi bir şeydir. Bu vəziyyətlə mübarizə aparmaq üçün fəaliyyət göstərmək, vəziyyəti düzəltmək üçün nəsə etmək lazımdır. Çarəsiz insanın özünü günhakar hiss etməsi və ya üzləşdiyi çətinliklərə görə başqasını günahlandırması onun gücünü daha da tükədir. Nəticədə problemləri həll etməyə gücü qalmır".
Onun dediyinə görə, çıxış yolunu tapmaq üçün özünü ələ almaq, vəziyyəti təhlil etmək lazımdır: "Öz fikirlərinizi idarə edin, baş verən bədbəxtlik haqqında düşünmək əvəzinə yaxşı şeylər düşünməyə çalışın. Onu nəzərə alın ki, daim neqativ şeylərdən düşünərək, özünüzü gücdən salır, sağlamlığınıza da zərər verirsiz. Yaxşı olar ki, stressə düşdüyünüzü hiss etdikdə səhhətinizin qayğısına qalasınız. Belə ki, stress immun sistemini zəiflədir. Bu zaman xroniki xəstəliklər üzə çıxmağa başlayır. Əgər fikirlərinizi idarə edə bilmirsizsə, dua oxuyun, şən insanlarla söhbət edin, vaxtınızı sizi mənfi fikirlərdən ayıra bilən insanlarla keçirin. Meditasiya ilə məşğul olmaq da insanı mənfi fikirlərdən uzaqlaşdırır. Otaq bitkilərinə quluq etmək də insana mənəvi rahatlıq gətirir. Sevdiyiniz filmə baxmaq, kitab oxumaq da sizi mənfi fikirlərdən uzaqlaşdıra bilər".
Mənbə: Ekspress.Az
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR