“Burnout” ya da “Tükənmişlik” sindiromu ilk dəfə 1970-ci illərdə Herbert Freudenberger tərəfindən işlənmişdir. Özüdə həkim olan Herbert bir çox həkimin işlərində tez-tez yorqunluq və tələskən olduğunu görmüşdür. Bu səbəblə həkimlər xəstələrinə soyuq davranırlar və xəstəliklərini elə də diqqətə almırlardı. Daha sonra tibb sektorundan kənara da baxan Herbert fərqinə vardı ki, əslində bu problem sadəcə həkimlərdə deyil, bütün işləyənlərdə vardır. Çalışanlarda və çalışdıranlarda, iş sahiblərində, işverənlərdə… Dr.Herbert daha sonra fərq etdiyi durumu belə tərif etdi: “ Birinin professional həyatının səbəb olduğu zehni və fiziki yorulma, tükənmişlikdir” . Əslində zehn- bədən cütlüyü ayrılmaz olduğundan zehni yorğunluq və tükənmişlik bədənə təsir edərək ciddi problemlərə səbəb olurdu. Zehni olanın fiziki olaraq hipertansion ( yüksək təzyiq), ürək problemləri və immun sistemi problemləri mütəmadi olaraq bu xəstəlik tablosuna yoldaşlıq edirdi. Bu xəstəlik tablosunda, şəxs özünü sosial həyatdan, ailə münasibətlərindən uzaq tutar və tək sığınacağı yer işi olar. İş demək olar ki, həyatını ələ keçirər. Artıq işi xaricində xoşbəxtlikləri qavramaqda çətinlik çəkər. Başlanğıcda hər şey olan iş, bir müddət sonra çətin görülməyə başlayar. Diqqət cəmləmə çətinlikləri artar və iş məhsuldarlığı azalar, tez-tez unutmalar yaranar. Ardıyca geri dönüşü olmayan bir halqa yaranar. Diqqət cəmləmə çətinliyi və məhsuldarlıq azlığından, işi tam olaraq görmək üçün işə daha çox zaman ayırar amma zaman ayırdıqca tükənmişlik daha da artar. Ətrafdan daha da soyuyar. Burnout sindiromu zaman içərisində yavaş-yavaş inkişaf edir. Təxminən 12 mərhələdən təşkil olunur. Qurbanların çoxunda bütün pillələr olmadan bəziləri atlanır. Daha sürətli irəliləyər. Hər mərhələnin müddəti də şəxsdən şəxsə dəyişir. Bu mərhələlərə qısa da olsa baxaq (siz hansı mərhələdəsiniz?).
1. Daha çox kəskin və enerjili bir işləməklə başlayar. Hər gün çox yaxşı və mükəmməl işlər görülür. Dostlar arasında yaxşı işlər gördüyü fərq edilir. Təsdiqlənir, təqdir edilir.
2. İşləmə saatları artar çünki müvəffəqiyyətli olduğunda daha çox etməsi və daha çox iş ilə yüksəlməsi gözlənilir. Bu müqavimət göstərilməz bir haldır. “ İşləməli … İşləməli … “ Ağlında daim işlə bağlı planlar və düşüncələr vardır.
3. Bu mərhələdə işləmək xaricindəki işlərə ayrılacaq vaxt yoxdur. Yuxu, yemək yemə, dostları görmə və ailə üzvləri ilə bir yerdə olmaq vacib deyildir. Çünki çox işlər vardır.
4. Şəxslər artıq bir şeylərin axarında olmadığının bu mərhələdə fərqinə varar. Bir şeylər tərsdir. Ancaq şəxs problemin mənbəyini fərq etməz. Qaynaq bəlkə də, “ iş stressidir” çox vaxt belə düşünər. Bu mərhələdə ilk fiziki nişanələr meydana çıxar.
5. Bu mərhələ əngəlləmə mərhələsidir. Təməl ehtiyaclar yerinə gətirmə halında qarşıdurma yaşanır və təməl ehtiyacların ( ailə, xobbilər, yemək yemə) günlük həyatda niyə var olduğu səbəbi mənfi qəbul edilir. Dəyər sistemlərini gözdən keçirərlər və ailə-dostları öz münasibətlərindən silərlər. Yenə bu mərhələdə hissi olaraq laqeyidlik halı başlar.
6. İş yoldaşları nizamsız, axmaq və intizamsız qəbul edilir. Sosial münasibətlər tam olaraq lazımsızdır. Əsəbilik və hirs hücümları başlayar. Özünə görə, əsas problem işi bitirmək üçün vaxtın yetməməsidir.
7. Sosial münasibətlər həddən çox azalır. Ən aza enər. Özlərini məqsədsiz və yolsuz hiss edərlər. Bu dövrdə bəzi şəxslərdə içki və narkotikaya aludəlik yaranır.
8. Ətrafdən kəsilən münasibətlər səbəbilə içində olduqları vəziyyəti fərq edəcək və xəbərdarlıq edəcək dostları yoxdur. Artıq bir yanlızlıq hakim kəsilib. Çoxluq içində yalnızlıq.
9. Bu mərhələdə sadəcə xarici aləmlə deyil özləri ilədə əlaqə kəsilər. Özlərindəki məni fərq etməz olarlar. Öz ehtiyaclarını qavramada çətinliklər yaranar. Zaman artıq məhddudur. Həyat bir sıra mexanik hadisədən başqa bir şey olaraq qəbul edilməz.
10. Daxili boşluq hissi artıq narahatlıq halına çevrilər. Həddən çox cinsi istək, həddən artıq yemək yemə, içki istifadəsi ortaya çıxa bilər və ya arta bilər. Boş zaman artıq ölü zamandır.
11. Bu mərhələdə artıq depressiya əmələ gələr. Umidsizlik, gələcək planların olmaması, yorğunluq ( bədəni-ruhi). Həyat mənasını itirər. “ Niyə yaşayırıq ki?” kimi suallar tez-tez qarşısı alınmaz şəkildə gəlir.
12. Depressiya daha da artar. Ölüm düşüncələri ya da ölmə istəyi baş qaldırar. Bəzi şəxslərdə intihara cəhddə ola bilər. Tam bir zehni və fiziki çöküş halı yaranar … Bu dövrdə tibbi dəstək və psixatrik müalicə lazımdır.
Həyatdakı qaçhaqaç, yartmaq çabası, həmişə daha çox qazanmaq istəyi bizi daim məcbur edər… İnsanlar zebralardan ya da qarışqalardan fərqli olaraq insandılar … Zebralardan fərqli bir çox yönümüz vardır: ehtiras, eşq, sevgi, daha artığını istəmək çabası … Bütün bunlar olmasaydı içində olduğumuz mədəniyyət olmazdır. Ancaq həyatdakı “ daha çox” istəyindən bəzi şeyləri itirərik. Bu yazını oxuduqdan sonra özümüzdən soruşaq: mən hansı mərhələdəyəm? ( geri dönməyə hər zaman fürsət vardır) Həyatınızdan verərək, valyuta burosunda dollar türk lirəsinə çevirir kimi, işləyərək pula çevirə bilərik. Halbuki həyat irəlilədiyində, həyatınızı qatacağınız ya da qatmaq istədiyiniz şeylər, pul ilə həyat satın alaraq etməyin! Həyatda dəyər veriyimiz şeylərin siyahısını tərtib edəyin: ailəmiz, dostlar, xobbilər, yoldaşlar, sevgililər … Onlara dəyər veriyimizin ölçüsü eyni miqdarda olnalar vaxt ayırmaqdır. Eyni ölçüdə vaxt ayırırsınızmı? Cavab xeyr isə bir güzgü tapın və öz içinizə baxın! “Zebralarda niyə xora olmaz?” deyə soruşun .. Cavabı çox tez tapacaqsınız.!
Neyrobiologiya mütəxəssisi: Sultan Tarlacı
Tərcümə: Aidə Mahmudova
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR