Son vaxtlar bu barədə televiziya ekranlarından, qəzetlərdə, müxtəlif sosial şəbəkələrdə eşidirik.
Mobbinq - yəni iş yerində psixi və fiziki təcavüzə uğramaqdır. Hətta ölkəmizdə bununla bağlı məhkəmələrə də müraciət edənlər az deyil. Bu hadisələrin tez-tez yaşanması artıq həyacan təbilinin çalınmasına bir işarədir. Dünyaya gəldiyimiz ilk gündən sosial həyata atılırıq. Bu ilk öncə ailədən başlayır, sonra dostlar, məktəb və sonda iş həyatımız başlayır. Bu həyatda öz yerimizi tapmaq üçün hey çalışırıq.
İş həyatına başladığımız zaman isə - iş həyatı yaranan gündən mövcud olan, lakin çox da önəm verilməyən çox ciddi bir hadisə ilə qarşılaşırıq. Mobbinq adlanan bu hadisə iş yerində rahatsız edilmə, emosional təcavüzdür. Bu gün biz sizinlə mobbinq - psixoloji təzyiq haqqında danışaq. İş yeri insanlar üçün balaca bir dünyadır. Burada insanlar bir-birinə qarşı həm sevgi, həm də inamsızlıq və nifrət hissi də duya bilərlər. Hələ söhbət işdə yüksəlişdən gedirsə, o zaman bu kiçik dünya döyüş meydanına da çevrilə bilər. Psixoloqlar bu psixoloji hücumların 45-dən artıq müxtəlif təzahürləri olduğunu söyləyirlər. Ən geniş yayılmış emosional təcavüz mobbinqdir.
1. Xidməti informasiya mənbələrinin gizlədilməsi. Məsələn, iş yoldaşlarınız çox vacib bir xidməti məlumatı sizdən gizlədirlər;
2. İşdə etdiyiniz nailiyyətlərinizi nəzərə alaraq sizi tərifləmirlər, ezamiyyətə göndərmirlər, uğurlu işinizə görə sizi mükafatlandırmırlar. Nəzərə alaraq ki, digər əməkdaşlarının bu cür uğurlara görə mükafatlandırırlar;
3. Ən əsası odur ki, iş yoldaşlarınız sizin təqibə məruz qaldığınızı görürlər, lakin susmağa üstünlük verirlər. Çünki sizin yerinizdə olmaqdan qorxurlar. Və rəhbərliyin gözündə yüksəlmək üçün susurlar;
4. Sizi doğum günlərinə və ya çay içərkən dəvət etmirlər, nahar zamanı sizinlə əyləşmirlər, kollektiv iş əyləncələri gecələrində sizinlə soyuq rəftar edirlər;
5. Mənəvi zorakılıq - kollektiv arasında ən çox yaşanan təzahürdür. Mühüm müşavirələrə sizi çağırmırlar, sizə yalnız tapşırıqlar verirlər. Və sonda bu tapşırığı layiqincə yerinə yetirə bilməyəcəyiniz haqqında şayələr yayırlar.
Mobbinqin 8 geniş yayılmış səbəbi.
Mobbinqin səbəbləri müxtəlif ola bilər, amma ən geniş yayılanlar bunlardır:
1. Sizin gün-gündən yüksək peşəkarlıq keyfiyyətləriniz artır. Və bu ətrafınızdakıların xoşuna gəlməyə bilər;
2. İş yoldaşlarının paxıllığı, sizin yüksək maaşınız, gözəl həyat yoldaşınız və uşaqlarınız var;
3. Başqasının hesabına özünütəsdiq arzusunda olmaq. Bu arzu öz keyfiyyətsizliyi, qeyri-peşəkarlıq, qabiliyyətsizliyini gizlətmək istəyindən yaranır;
4. Əgər özünüzə inamsızlığınız varsa bundan asanlıqla istifadə edəcəklər;
5. Əylənmək istəyi. İş həyatı bəzən darıxdırıcı olur. Bu zaman sizin sakitliyinizdən istifadə edir, sizinlə kobud rəftar edirlər;
6. Səhv kadr siyasəti. Məsələn, savadsız əmək bölgüsünün vəzifəsinin işi nəticəsində yarana bilər və bununla əlaqədar və münaqişələr qaçılmazdır.
7. Normadan artıq və əmək haqqının işçinin olmayan vəzifəsini müvəqqəti icra sxemi nəticəsində insanların daxilində kin yarana bilir və qarşısındakının yüksəlməyini görmək istəməməsi;
8. Mobbinq bir çox təşkilatlar üçün səciyyəvi haldır. Bu, hətta iş yerində qohumluq əlaqələri belə olan insanlar arasında ola bilər.
Əlbəttə, hər bir hal fərdidir, amma əvvəldən ehtiyatlı olun. Xüsusilə, əgər siz karyeranızda ofis münaqişələri ilə artıq rastlaşmısınızsa. Bu və ya digər şirkətə işə başlamazdan əvvəl onun haqqında məlumatlar yığın, onlarla danışın, kimlərlə işləyəcəyiniz barəsində əvvəlcədən məlumatlı olun. İnternetdə rəy oxuyun. Əgər siz şirkətdə yenisinizsə, şirkət əməkdaşları ilə tez zamanda dostluq əlaqələri qurmayın. Hər kəslə məsafə saxlamağa çalışın. İlk günlər daha ciddi geyimlərə üstünlük verin. İşlədiyiniz yerdə yeni də olsanız, uzun müddətli də olsanız unutmayın ki, ətrafınızdakılarda hər an paxıllıq yarana bilər. Ona görə də hər kəsin yanında gözəl ailəniz olduğu barədə, öz istedadınızdan və aktivliyinizdən danışmayın.
Korporativ mədəniyyət gecələrindən imtina etməyin. Əgər ad günü və bayramlar üçün sizdən təşkilati yardım istəyirlərsə, "Yetərincə pulum yoxdur" deyib geri çəkilməyin. Bu cür kollektiv yığıncaqlar iş yoldaşlarınızla münasibətlərinizi möhkəmləndirəcək. Çalışın işə gecikməyin. Hər gün öz səhvləriniz üzərində çalışın ki, səhvlərinizi minimuma endirəsiniz. Bu zaman iş yoldaşlarınızın sizi qeyri-peşəkarlıqda ittiham etməyə səbəbləri olmayacaq. Bütün kollektivlərdə fəal əməkdaşlar var. Çalışın bu əməkdaşlarla yaxın olasınız. Bu zaman sizə qarşı olan təcavüzlər azalacaq. Və hətta müdiriniz sizin kollektivin ən peşəkar və fəal əməkdaşları tərəfindən qiymətləndirildiyinizi görsə sizə qarşı daha mərhəmətli və diqqətli olacaq. Və sizə qarşı aqressiya və psixoloji təzyiqləri azaldacaq.
Sizə qarşı aqressiv olanlara qarşı kobudluq etməyin. Ən əsası da bu zaman qışqıraraq danışmayın. Bu, sizin acizliyinizi və zəifliyinizi göstərir. Və sizə qarşı olanları daha da təcavüzkar edəcək. Ən yaxşısı susun cavab verməyin, öz işinizlə məşqul olun. Və ya sakitliyinizi pozmadan, mədəni formada həmin insanlara cavab verə bilərsiniz. Sizin bu sakitliyiniz onları təccübləndirəcək. Və sizi daha da qıcıqlandırmaq və əsəbləşdirmək istəyəcəklər. Bu zaman siz yenə də sakitliyinizi pozmamağa çalışın. İnanın ki, nə qədər onlara qarşı sakit və səbrli olsanız bir o qədər qələbə sizin olacaq.
İş yoldaşlarınızla heç vaxt həddən artıq səmimi olmayın. Və onlarla söhbət zamanı başqa bir iş yoldaşınız haqda pis danışmayın. Sizin ağzınızdan çıxan bir sadə söz sizə qarşı çox böyük silaha çevrilə bilər. Buna görə də sizdən söz almaq istəyənlərlə daha ehtiyatlı olun. Və bəzən belə insanlardan öz köməyinizi də əsirgəməyin. Bu hərəkəti sizdən gözləmədikləri üçün həm təəccüblənəcəklər, həm də artıq sizə qarşı təcavüzlərindən yorulacaqlar. Sizinlə dost belə olmaq istəyə bilərlər.
Əlbəttə bütün mobbinq qurbanları üçün ən asan üsul işdən çıxmaqdır, nəinki bütün bunlara dözmək. Ancaq unutmayaq ki, hara getsək belə insanlarla rastlaşacağıq. Və hər dəfə belə bir hadisə ilə üzləşərkən iş yerimizi tərk etsək bu bizim fəlakətimiz olar. Ona görə də daim öz üzərimizdə çalışmalıyıq. Yoxsa hər dəfə eyni hadisələr təkrarlanacaq.
Sonda hər birinizə uğurlu iş həyatı arzu edirəm.
XƏBƏR LENTİ
Kirpiklərinizi bu üsullarla uzadın
Narahatlıqdan xilas olmaq üçün...
Şəkər çörək (foto resept)
Sallanan qolları sıxlaşdıran məşq təklifləri
Ərazilərimiz minalardan təmizlənir
Adını mən verdim, yaşını Allah versin....
Çağatay Ulusoy və Duyğu Sarışının ayrılıq xəbərləri yayıldı
Putin Qarabağla bağlı BMT və ÜST-ə müraciət etdi
“WhatsApp”da yeni layihə
Yaxın gələcəkdə “öləcək” peşələr açıqlandı
Uşaqlar tərəvəzi niyə sevmir?
Ümumi müşahidələrdən “xüsusi nəticəyə” məktub
İŞİD belə vuruldu
Saçların ağarmasına qarşı maska
Hər gün 10 min addım atın!
Dəbli yay çantaları
Əri aktrisaya 3 milyonluq hədiyyə verdi
"Qarabağ" və "Neftçi" yarımfinalda
Əriştə şorbası və toyuq ətindən langet
Yuxu yozmaları - Y
İsti su içməyin 5 faydası
Bayram yarmarkalarının ünvanları açıqlandı
Dünyanın ən yaxşı futbolçusu və məşqçisi seçildi
Saç rənginizi nə müəyyənləşdirir
Bu xəbəri Facebook istifadəçiləri oxusun
“Ceyms Bondun sevgilisi” koronavirusa yoluxdu-FOTO
Şahzadə Harri və Meqan "Ginnesin rekordlar kitabı"na düşdülər
Günün qoroskopu: hərəkət yoxdursa, nəticə də yoxdur
İş yerində sağlam qidalanın
Tovuzda şəhid olanların ailəsinə Prezident təqaüdü veriləcək
Bakı bulvarından sakinlərə xoş xəbər
Kəs və yapışdır-57
Bəzi sabunların faydaları (2-ci hissə)
Günün ulduz falı
Ramazan ayının gündəlik müstəhəb əməlləri
Beyonce şahzadə ilə görüşə belə geyindi-FOTO
Çingiz “Eurovision”da onlarla səhnəyə çıxacaq
Minimalist manikür nümunələri
Melisa Aslı Pomuk ərə gedir
Ev üsulu laqman (foto resept)
23 dildə sevirəm səni
Bu ilin qış qarderobu
XƏBƏRDARLIQ: Sabah geomaqnit qasırğası olacaq
Varikozdan qorunmağın yolları
Bayramda rəqs edək
Koronavirusa görə dünya əhalisinin 20 %-i karantindədir
Fərqli peşə sahiblərinin iş zamanı çəkilmiş şəkilləri
Azərbaycanda daha bir unikal əməliyyat
Havaların dəyişməsi xəstəlik yaradır
Azərbaycanda halal kosmetika və halal geyim bazarı olacaq
- ŞƏRHLƏR