İllər boyu insanlar gələcəklərini bilmək, başlarına gələ bilmə ehtimalı olan hər hansı bir pis hadisələrdən sığortalanmaq üçün müxtəlif yollara əl atıblar. Bəzən bu vasitələr cəmiyyət, eləcə də insanlar üçün təhlükə yaratsa da, insanların bu cür üsullardan əl çəkmək yerinə ona daha da maraq göstərməsi göz önündədir. Bunlardan biri də magiyalardır.Belə bir fikir mövcuddur ki, magiya sənəti insanları həm xoşbəxtliyə, həm də bədbəxtliyə aparır. Xeyir və şər hər yerdə mövcud olduğu kimi magiyanın tərkibində də var və xeyirlə şərin mübarizəsini özündə əks etdirir. Bu, doğrudan da belədir. Magiyanın iki növü mövcuddur. Birinci növə ağ magiya deyilir ki, bu, yalnız müalicə məqsədləri üçün istifadə edilib xeyirxahlığa səbəb olan və nəticəsi kimsəyə zərər yetirmədən nəticələnən cadulardan ibarətdir. İkinci növə isə qara magiya daxildir. Adından da göründüyü kimi, bu magiyadan istifadə hər zaman şərə, zülmətə, əzaba və lənətə əsaslanır.Magiya ilə məşğul olan insanlar az deyil. İnternet üzərindən axtarış zamanı kifayət qədər magiya ilə məşğul olan insanları tapmaq mümkündür. Həm ağ, həm qara magiya ilə məşğul olduqlarını iddia edən bu insanların əl haqqı isə 10 manatdan başlanır. İşlərinə "zəmanət" belə verən bu insanların 90%-i qadınlardır. Özlərini xarici ölkələrin, ələlxüsüs də Amerikanın diplomlu magiyaçısı olaraq tanıdan bu qadınlar yəhudi, xristian və müsəlman magiyalarını təklif edir. Müraciət prosesi isə olduqca məşəqqətlidir. Məsələn, magiyaya müraciət etmək istəyən insan ilk olaraq telefonla əlaqə saxlamalı, telefonun digər xəttində olan insana yaş, cinsiyyət, ali təhsil və səbəb-məqsədini bildirməlidir. Bundan sonra sizi edəcəyiniz ödənişlə birlikdə şəxsi evə dəvət edirlər.İlahiyyatçı Rəsul Ağanın sözlərinə görə, magiya var və onun təsiri də mövcuddur. Bütün tarixdə, xalqlarda bu cür işlərlə məşğul olanlar olub. İslama görə, bununla məşğul olmaq əlbəttə ki, küfrdür. Quranda sehrin mövcudluğuna və təsir etməsinə dair çox sayda ayə mövcuddur. Sehrin ailəyə, insanlar arasındakı münasibətlərə, işlərdəki uğura və ya uğursuzluğa, hətta daha geniş qismə - cəmiyyətə güclü təsiri danılmazdır: "Din ilə oyun oynamaq düzgün yol deyil, çünki bu mövzular oyun oynamaq üçün nəzərdə tutulmayıb. Magiya, sehr, cadu və bu kimi əməllər dində qəbul olunmur və qadağandır. Bəzi insanlar elə düşünür ki, qara magiya pislik etmək üçündür və mən ağ magiya ilə məşğul olsam, bu günah hesab olunmayacaq. Tamamilə yanlışdır. Ruh çağırmaq, düyünlərə üfləmək, qeybdən hər hansı bir məlumatı alırmış kimi davranmaq, digər insanların həyatına yaxşı və pis mənada müdaxilə etmək düzgün deyil və günahdır. Bu cür günahların cəzası çox ağırdır".İnsanların maq olmaq istəyi də boşuna yaranmır. Mütəxəssislər bunu belə cavablandırırlar ki, bunu törədən səbəb psixi və sosial zərbələrdir. Məsələn, insan həyatda arzularını həyata keçirə bilməyəndə, başqa insanlar tərəfindən ədalətsizliyə məruz qalanda cəmiyyətdən inciyir, onda qisas hissi yaranır və intiqam almaq üçün hətta İblislə də ittifaq bağlamağa, ona sitayiş etməyə belə hazır olur. Məlum olur ki, əvvəllər təhqirə, sarsıntıya və əzaba məruz qalan hər bir insan qisas almaq üçün alışıb yanır və insanlara əzab vermək üçün Şeytana bağlanır. Deməli, şərdən şər törəyir. Eyni zamanda o bəd əməllərini digər insanlar üzərində də sınayır və bununla da magiya ilə məşğul olduğunu "zənn" edir.Qara magiya müxtəlif simvollardan, formullardan müxtəlif əşyalardan istifadə etməklə başqasına ziyan vurmaqdır. Ağ magiya isə qara magiyanın təsirlərini zərərsizləşdirmək, açmaq üçün işlədilir. Bu gün kifayət qədər insan bununla məşğul olur. Fəsadlarından əziyyət çəkdiyini hesab edənlər də var, ümumən magiyaya inanmayanlar da.Psixoloq Firuzə Zeynalovanın sözlərinə görə, maq fiziki hücum zamanı zərər vermək istədiyi insanı təsəvvürünə gətirib onun fiqurunu yaradır və sonra ona fiziki zərbə yetirmək üçün fiquru zədələyir. Bu zaman paralel olaraq həmin şəxs də fiziki cəhətdən mütləq zədələnir. Psixi hücum zamanı isə əsasən sözlərdən istifadə olunur və bu, bir növ qarğışı xatırladır. Bütün bu sadalananlar isə filmlərdə mümkündür: "Əslində gerçək həyatda ağ və ya qara magiyanın olub-olmamasını dəqiq demək mümkün deyil. Fal kimi magiya da qeyri-müəyyənlikdə qalıb və dəqiq olaraq təsir gücünün olub- olmaması haqqında fikirlər mövcud deyil. İnsan özünü inandırmasa və psixoloji olaraq özünü zəif hiss etməsə ona hansısa qüvvənin təsir etməsi çətin məsələdir".
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Gənc görünmək üçün düyü maskası
Bakının iki qəsəbəsində su olmayacaq
Emin konsertlərindən imtina etdi-SƏBƏB
“O ildə UNO-ların mövcudluğu dəqiqləşəcək” - Zaman yolçusu
Merlin Monronun morqdakı şəkilləri hanı?-FOTO
İrandan Azərbaycana kartof ixracına məhdudiyyət qoyulub?
Fransa şokda: daha bir itki
Həyatımızı asanlaşdıracaq kiçik məsləhətlər
Ərdoğanın sözü ilə 85 yaşlı qadın oxumağa başladı-FOTO
Azərbaycan öz "Euronews"unu yaradır
Kiçik ölkənin böyük hədəfləri...
Məhkəmədə qalib gəldi, hicabı çıxardı
Həcc ziyarətinə getmək üçün kvota aradan qaldırıldı
Malıbəyli və Quşçuların işğalından 24 il ötür
Gələn ildən hər kəsin ailə həkimi olacaq
Makiyaj ustasından dodaq makiyajı
Konserv balıqlı yüngül qəlyanaltı (foto-resept)
Koronavirusla mübarizə üçün üç dərmanın adı açıqlandı
Azərbaycan Ordusu daha bir neçə kənd işğaldan azad edib
Kim Çen In koronavirusa görə bu şəhəri bağladı, fövqəladə vəziyyət elan edildi
Göz qələmini 3 aydan artıq işlətməyin
Zövqlü ayaqqabı modelləri
"The New York" qəzeti öz saytında Heydər Əliyev Mərkəzinin fotoşəkillərini yerləşdirib
“WhatsApp” ən populyar mobil proqram seçildi
Uşaqlar üçün ən böyük təhlükə
Azərbaycanda insanlara yalnız bu hallarda evdən çıxmağa icazə verildi - RƏSMİ
"Formula 1"in ikinci günü başladı
Aktrisa geyiminə görə həbs oluna bilər-FOTO
Bakıda bütün taksi qiymətləri eyni olacaq - VİDEO
Merlin Monronun avtomobili satışa çıxarıldı-FOTO
Qurban Qurbanovdan qələbə şərhi
Soçi olimpiadasında iştirak edəcək Azərbaycan idmançılarının geyimləri təqdim edilib
Məşhur cütlüyün model qızı 17 yaşını belə qeyd edir-FOTO/VİDEO
Demi Murun cadulu qalstuku-FOTO
Ən populyar brauzer hansıdır?
Bu günün hava proqnozu
Cücə salatı (foto resept)
İşıqlı xatirələrdə yaşayır
Uşaqlara pul yığmağı necə öyrətməli?
Həmişə gənc qalın
Dərini cavanlaşdıran lobya maskası
DİN Gəncədə məsciddəki əməliyyatla bağlı açıqlama verdi
Karolina Torresin əl işləri
ABŞ Dövlət Departamenti Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayır
Ovuntulu kətə (foto resept)
Bakıda idman gimnastikası, akrobatika və tamblinq üzrə birləşdirilmiş turnir keçiriləcək
Heyva cemi ilə tez hazırlanan piroq (foto resept)
Sudanda dövlət çevrilişi baş tutmadı
Qızımın məktəbdə öyrəndikləri
"Mercedes"dən möhtəşəm yenilik















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]