
Bitkilərlə dərdlərinə şəfa axtaranlar
Bitkilərlə müalicə üzrə mütəxəssis Aytəkin Sultanova Milli.Az-a açıqlamasında deyir ki, adətən xəstələr kimyəvi dərmanlarla müalicədən şəfa tapmayanda dərdlərinə xalq təbabətində dərman axtarırlar. Həmçinin xroniki xəstəliklərdən qurtula bilməyənlər, uzun müddət istifadə nəticəsində bu preparatların zərərli təsirindən qorxaraq ümidini türkəçarəyə bağlayır. Digər tərəfdən bir çoxları dərman bitkilərinin zərərsiz olduğunu düşünərək və daha ucuz başa gəldiyindən bu yolu seçirlər: “Qeyd edim ki, hazırda mütəxəssislər dərman bitkilərindən yararlanaraq klinikalarda effektiv müalicə üsullarından istifadə edirlər. Bitkilərlə müalicədə əsas olan xəstəliyə qarşı necə mübarizə aparmağın və hansı bitkilərdən istifadə qaydalarını bilmək vacibdir. Hər bir bitkinin fərqli tərkibi olduğu üçün müalicədə onlardan istifadə dozasını da dəqiq bilmək lazımdır. Bəzən bir xəstəliyin müalicəsində 10-15 bitki qarışığından istifadə edilir ki, bu da dəqiqlik tələb edir. Bunu isə ancaq bu işin mütəxəssisləri bacarır”.
Tanış bitkilər, zərərli təsir
A.Sultanovanın söylədiyinə görə, türkəçarə ilə özbaşına məşğul olmaq və sağlamlığını ara həkimlərinə etibar etmək həddən artıq təhlükəlidir: “Unutmaq olmaz ki, dərman bitkilərinin müalicəvi xüsusiyyəti ilə yanaşı zərərli təsiri də mövcuddur. Belə ki, bu bitkilərin uzun müddətli və sistematik qəbulu orqanizmdə tədricən lazımsız maddələrin toplanmasına, nəticədə zəhərlənmənin baş verməsinə gətirib çıxarır. Onların həkim məsləhəti olmadan qəbulu maddələr mübadiləsinin pozulmasına və endokrin problemlərin yaranmasına səbəb olur. Məsələn, bir çox xəstəliklərin müalicəsində dazıotundan çox istifadə olunur. Ancaq unutmaq olmaz ki, bu bitki eyni zamanda güclü toksiki təsirə malikdir. Müalicədə doğru dozanın və istifadə qaydasının pozulması zəhərlənmə ilə nəticələnə bilər. Bununla bağlı mütəxəssislər apardıqları araşdırmada bir neçə bitkinin müntəzəm qəbulu nəticəsində zərərli təsirinin olduğunu aşkarlayıblar. Belə ki, bir çoxlarının tanıdığı biyan kökü, çobanyastığı, ekineziya, və dəlibəng bitkisindən həddən artıq istifadə, görmə qabiliyyətinə mənfi təsir göstərir”.
“Qaş düzəltdiyin yerdə göz çıxartma”
A.Sultanova bildirib ki, türkəçarə ilə özünümüalicənin digər zərərli tərəflərini belə sadalamaq olar:
- Özbaşına diaqnoz qoymaq və özünü müalicə etmək mövcud vəziyyəti daha da kəskinləşdirə bilər ki, bu da müxtəlif ağırlaşmalara gətirib çıxarar. Məsələn mədəsi ağrıyan, eyni zamanda qan təzyiqi olan birinin yalnız mədə üçün dərmandan istifadə etməsi və təzyiq əlehinə qarışıqdan yararlanmaması xoşagəlməz sonluqla nəticələnə bilər.
- Təsəvvür edək ki, xəstə diqanozu doğru müəyyənləşdirib və müxtəlif televiziya proqramlarına baxaraq özünü bitkilərlə müalicə edir və bir müddət bunun müsbət təsirini hiss edir. Ancaq bu yaxşılaşma müvəqqətidir. Belə müalicə üsulu orqanizmə zərərdən və vaxt itkisindən başqa heç nə qazandırmır.
- Bəzən türkəçarədə bir-birinə əks göstərişli olan dərman bitkilərinin qarışdırılaraq istifadə edilməsi ağır fəsadlara gətirib çıxarır ki, sonda əlacsız qalan xəstə həkimə müraciət etməli olur.
- Qəbul olunan dərman bitkisi bəzən xəstəliyin simptomlarını aradan qaldırsa da, başqa bir xəstəliyin yaranmasına və digər orqanların zərər görməsinə də səbəb ola bilər.
- Bəzən insanlar fitoçaylardan istifadə edərkən elementar səhvlərə yol verirlər. Onlar müalicənin gedişinə mənfi təsir göstərən siqaret və spirtli içkilərdən istifadənin nə qədər zərərli olduğunun fərqində belə olmurlar: “Çox vaxt belə məsuliyyətsiz davranışlar allergik problemlərin yaranmasına səbəb olur”.
Uzun sürən bezdirici müalicə
Bitkilərlə müalicə üzrə mütəxəssisin sözlərinə əsasən, dərman bitkilərinin müsbət təsirini göstərməsi üçün uzunmüddətli və davamlı müalicə kursuna ehtiyac olduğundan insandan daha çox səbr tələb edir. Adi vaxtda kimyəvi dərman vasitələri ilə müalicənin müddəti 15 gün və ya 1 ay çəkirsə, bitkilərlə terapiyada bəzən bu vaxt 6 aya qədər uzana bilər. Bundan da təngə gələn xəstə müalicəni yarıda kəsir: “Əvvəllər türkəçarədən daha çox rayon camaatı, əsasən də dağ kəndlərində yaşayanlar istifadə edirdilər. Buna səbəb isə bu bölgələrdə dərman bitkilərinin daha çox bitməs idi. Ancaq son 10 ildə şəfalı bitkilərin istehsalı və satışı paytaxtla yanaş, digər şəhərlərin əhalisinin də belə dərman vasitələrindən istifadəsini asanlaşdırır. Son dövrlərdə bitki tərkibli dərmanların belə asanlıqla əldə olunaraq qəbulu, türkəçarə ilə özünü müalicənin verdiyi fəsadları daha da artırmaqdadır”.
XƏBƏR LENTİ
Qarderobdakı təhlükələr
Sirli sərdabələr tapıldı
Emma Stoun nişanlandı-FOTO
Erkən menstruasiyanın səbəbləri
Bülent Ersoydan Tarkana gecikmiş toy hədiyyəsi
Adriana Braziliyaya dəstək çıxdı-FOTO
Prezidentin köməkçisi: “Yoluxan şəxsin bilə-bilə SMS icazə alması cinayətdir”
Samirə Əfəndi iki il ölkəmizi “Avroviziya”da təmsil edəcək
Azərbaycanda vergi orqanları ilə bağlı qaydalar DƏYİŞDİ
Məşhur müğənninin 2,5 milyonluq villası uçdu-FOTO
Koronavirusdan qorxan 6 min cütlüyün eyni anda toyu oldu
Uşaqların pis vərdişi: saçla oynamaq
Jerar Depardye Şimali Koreyaya getdi
Azərbaycan vətəndaşlarının 90,8%-i Prezidentə tam etibar edir - SORĞU
“Bu ölkə tezliklə məhv olacaq” - Vanqanın yeni öncəgörməsi üzə çıxdı
Payızın havası 20 gün ləngiyib
Sankt-Peterburq-Qəbələ aviareysi təxirə salındı
Serenay Sarıkayadan hamiləlik xəbərlərinə "cavab"-FOTO
Azərbaycanda ilk - Şagirdlər açıq hava altında
"Facebook" yeni xidmətini istifadəyə verib
Günü 2 stəkan su ilə başlamaq üçün 5 səbəb
Azərbaycanda xarici pasport almaq hər kəs üçün "ASAN"laşdı
Elektron ödəmə populyarlaşır
3 günün hava proqnozu
Pomidorlu, göbələkli badımcan zapekankası(foto resept)
Mikayıl Cabbarovdan "Son zəng"lə bağlı YENİ ƏMR
ÜST-dən koronavirusla bağlı: Cəmi 10 faiz…
Xəyalımla yaşamaq istəyirəm
Nazirdən turizm xidməti göstərənlərə XƏBƏRDARLIQ
Poroşenko rus dilini qəbul etmədi
Şüuraltı
Azərbaycanın ən çox xarici dil bilən səfiri kimdir?
31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür
2017-ci ilin yeni sevimlisi: Ağ rəngli donlar
Dünyanın ən ucuz şəhərlərinin reytinqi açıqlandı
Günün qoroskopu: mövqelərinizi möhkəmləndirin
Rəsmi iş yerlərində necə geyinməli?
Valideyn məsuliyyətsizliyi: cəzalandırmaq çarədirmi?
Ölümcül Virusun Mənbəyi Tapıldı
Alimlər kosmosda "xəstəxana" yaratdılar
Kadırov azərbaycanlını nazir təyin etdi
Oğul və atanın əl işləri
BÜRCLƏR bizə nə vəd edir? - 27 fevral
Bayram namazının vaxtı açıqlandı
ABŞ dövlət katibi Rusiyanı yeni sanksiyalarla hədələdi
Alt paltarları haqqında təəccübləndirən 3 fakt
Coğrafiya İnstitutundan ildırım açıqlaması
Son günlərdə ən məşhur modellər
“Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir” - AÇIQLAMA
2020 SAG mükafatları: Qırmızı Xalça














