
Rəsmi statistika göstərir ki, son illər azərbaycanlılarla əcnəbilər arasında bağlanılan nikahların sayı xeyli artıb. 2013-cü ildə 2688 nikah əcnəbi vətəndaşlarla bağlanılıb. Keçən il isə 86594 nikah qeydə alınıb ki, bunlardan da 2780-i əcnəbilərlə olub. Bu isə 2012-ci ilə nisbətən 43 faiz artım deməkdir.
2012-ci ildə Azərbaycan vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında 1932 nikah bağlanıb. Bununla yanaşı, Azərbaycan vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında nikahın pozulması halları da artıb. 2012-ci ildə bu rəqəm 148 idisə, ötən il 211 fakt qeydə alınıb.
Əcnəbi nikaha isti münasibət bəsləyən müasir azərbaycanlı qızlar sevib-sevdiyi oğlanların dili, dini, irqinə fərq qoymadıqlarını deyirlər. Necə deyərlər, "könül sevən göyçək olar". Əcnəbilərə ərə gedən azərbaycanlı xanımlar daha çox türklərlə izdivaca üstünlük verirlər. Bu il isə Azərbaycan vətəndaşları 60-dan çox ölkədən olan əcnəbi ilə ailə həyatı qurub. Qızlar daha çox Türkiyə və İran vətəndaşları ilə izdivac bağlayıb. Bu siyahıda sonrakı sıraları Almaniya, İsrail, ABŞ, Böyük Britaniya, Pakistan, Əfqanıstan, İsveç, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Səudiyyə Ərəbistanının vətəndaşları paylaşır.
Bəs niyə qızlarımız əcnəbilərə üstünlük verirlər? Bəziləri bunu yaşla əlaqələndirsələr də, əcnəbilərlə ailə quran qızlarımız belə düşünmür. Türklə ailə qurmuş 28 yaşlı Fəridə Abdullayeva-Ünlü özünü xoşbəxt sayır. Müsahibimiz hesab edir ki, xoşbəxtliyin millətə aidiyyəti yoxdur. Hər şey insanın özündən asılıdır. "Əgər mən ondan hədsiz gözəl həyat istəsəm, gündə dava-qırğın eləsəm, hər gün salon, bahalı geyimlər istəsəm, əlbəttə, ailəm uzun sürməz. Biz bir-birimizi başa düşürük, hörmət edirik. Bizim kişilərlə türklərin fərqi ondadır ki, türklər daha çox ailəcanlı olurlar. Həyat yoldaşlarına dəyər verir, ev işlərində belə kömək edirlər. Və bir də yoldaşım mənə hər yerdə "gülüm", "ürəyim" deyir. Bu isə mənim çox xoşuma gəlir".
F.Abdullayeva deyir ki, bacısı azərbaycanlı ilə ailə qurub, həyat yoldaşı heç nədə ona kömək etmir, yemək gecikəndə isə ailədə həmin gün müsibət olur. "Mənim yoldaşım romantik deyil, amma özəl günləri əsla unutmaz. Onunla xoşbəxtəm".
İranlı ilə ailə həyatı qurmuş Aygün Şirpəncə isə deyir ki, Azərbaycan kişisi ilə İran kişisi arasında inqilabi fərq var. "Mənə ev işlərində kömək edir. Hətta çox yorğun olanda yeməyi belə yedizdirir. Mən heç bir zaman qızıl dişli, qara şalvarlı, uzunburun çəkməli azərbaycanlı kişi ilə ailə qurmazdım. Zövq məsələsidi bu. Mənim yoldaşım sürpriz etməyi çox sevir. Xoşbəxtəm onunla. Əcnəbilər daha şirindi, məncə".
Əcnəbi ilə ailə quran qızlarımız həyatlarından çox razı olduqlarını və Azərbaycanda belə yaşaya bilməyəcəklərini düşünürlər...
"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, əcnəbilərlə ailə qurmaq hallarının artması gələcəkdə daha çox qüsurlu uşaqların dünyaya gəlməsinə təkan verə bilər. Bu, millətlərin qarışmasıdır. Amerikada aparılan tədqiqatlar zamanı məlum olub ki, əcnəbilərlə evlənən ailədə doğulan uşağın sonrakı taleyi böyük təhlükələrlə üz-üzədir. Onlardan anadan olan uşaqların birinci nəsli ağıllı olsa da, ikinci nəsildə müxtəlif millətlərin birləşməsi ciddi qüsurlu, əlil, şikəst, ağıldan kəm uşaqların dünyaya gəlməsinə rəvac verir.
Ekspert bildirir ki, bu tədqiqatlarla bağlı ölkəmizdə maarifləndirmə işləri aparılmır. "İnsanlar elə bilir ki, əcnəbilərlə evlənməyin müsbət tərəfləri var. İkinci halda əcnəbilərlə evlənmək ölkədə insanların evlilik məsələsində anlaşılmazlığından irəli gəlir".
Həmsöhbətimiz hesab edir ki, bəzi xanımların əcnəbi ilə ailə qurması sosial problemlərlə bağlıdır. "Bəzi şəxslər fikirləşir ki, onun yaşadığı ölkədə problemi varsa, Avropaya getsə, heç bir problem olmayacaq. Bəzi xanımlar isə düşünürlər ki, əgər o, avropalı kişi ilə ailə həyatı qurarsa, demək, onun azadlığı olacaq. Yəni istədiyi kimi yaşayacaq. Çünki son vaxtlar Azərbaycan ailələrində ər-arvad arasındakı münasibətlər, psixi zorakılıqlar, münaqişələr və boşanma halları artıb. Həmçinin, qadınların ünsiyyət qurmasında da müəyyən qadağalar və sair qoyulur. Xüsusən gənc xanımlar fikirləşir ki, xarici vətəndaşla ailə həyatı qursa, problemlərlə üzləşməyəcək".
Çox zaman qızlarımız əcnəbilərlə ailə qurarkən onun kimliyini araşdırmadan razılıq verirlər. Bu da öz növbəsində müəyyən fəsadlara yol açır. Belə qızlarımız çox zaman ya insan alverinin qurbanına çevrilir, ya da əxlaqsızlığa sövq edilirlər. Buna görə də əcnəbilərlə ailə qurmamışdan əvvəl onu yaxşı tanımalı, münasibətlərin ciddiliyinə və təmizliyinə diqqət yetirilməlidir.
Sosioloq Nəzakət Əhmədova əcnəbi ilə ailə həyatı quran qızlara haqq qazandırdığını deyir: "Bu, insanların öz həyatıdır. Kimsə kiminsə həyatına müdaxilə edə bilməz. Bizim ölkədə müəyyən yaşdan sonra evdə qalan qızlar "qarımış" qız statusu alır. Belə qızlar ya ikinci arvad kimi ailə qura bilir, ya da ömrünün sonuna kimi subay qalır. Ölkədə belə stereotiplər olduğu üçün qızlarımız məcbur olub onlara dəyər verən, sevgi göstərən insanla ailə həyatı qurur. Onlar üçün milliyyətin önəmi olmur".
Müsahibimiz hesab edir ki, əcnəbilər, xüsusən türk kişiləri Azərbaycan qadınlarına daha çox dəyər verir, ev işlərində yardım edir, sevgisini hiss etdirə bilirlər. Türk kişilərdə ailəyə xəyanətin də çox az olduğunu deyən Əhmədovanın sözlərinə görə, ailə hər yerdə müqəddəsdir və onun millət olaraq kiminlə qurulmasının əhəmiyyəti yoxdur.
Bəs əcnəbi ilə nikaha girmənin qaydaları necədir? Hüquqşünas Ülvi Dünyamalıyevin sözlərinə görə, Azərbaycan Respublikasının ərazisində əcnəbi şəxs üçün nikahın bağlanma şərtləri onun ölkəsinin qanunvericiliyi və Ailə Məcəlləsinin12-ci maddəsindəki tələblərə əməl olunmaqla müəyyən edilir. Ailə Məcəlləsinin 12-ci maddəsinə görə, yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar; övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanılmasına yol verilmir.
Əgər, nikah bağlayan şəxsin vətəndaşlığı yoxdursa, nikahın bağlanması şərtləri onun daimi yaşadığı ölkənin qanunvericiliyi ilə müəyyən edilir.
Dünyamaliyev deyir ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşları arasında nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində bağlanır. Eyni zamanda, xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində əcnəbilər arasında bağlanan nikah Azərbaycan Respublikasında etibarlı hesab edilir. Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah o zaman Azərbaycan Respublikasında etibarlı hesab olunur ki, bağlanmış nikahda yuxarıda göstərilmiş nikahın bağlanmasına yol verməyən hallar mövcud olmasın.
Sonda qeyd edək ki, keçən il əcnəbilərlə bağlanan 2780 nikahdan 211-i pozulub.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Meyvəli və kolbasalı qızılgüllər (foto-resept)
Mərkəzi Bankdan avtomobil kreditlərinə dair açıqlama
Həyatınızdakı insan sizə aşiq deyilsə...
Bahalı maşınların kasıb sahibləri
Çimərlik mövsümü ilə əlaqədar 9 marşrut xətti dəyişib
Uzunömürlü olmaq üçün...
Meyvələr haqqında gələn xəbərlər-III hissə
Düşmənə məxsus kazarma məhv edilib - VİDEO
Bülent Ersoy xəstəxanaya yerləşdirilib
Ərdoğandan təsirli sözlər: “Şuşanın başının üzərindəki duman artıq dərdli deyil”
Türkiyədə Qarabağ parkı olacaq
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Akın sevgilisinə EVLƏNMƏ Təklifi etdi-FOTO
Türkiyə hərbçiləri Bakıdadırlar
Kişilərə görə bacarıqlı qadın kimdir?
Kopenhagendə akademik Zərifə Əliyevaya həsr edilən kitabın təqdimatı keçirilib
"Messi ilə rəqabət hər ikimizə motivasiya verir"
2016 müharibə ili ola bilər
Hava haqqında - 19.11.2013
Ermənilər təmas xəttini keçməyə cəhd göstərdilər
Çiyələkli desert (foto-resept)
Azərbaycanlı tələbələr İsraildə istehsalat təcrübəsi keçəcəklər
Hadisedən gözlənilməz VİDEO
Hamiləlikdə yaranan şişkinliyin qarşısını necə almaq olar?
Bakı Metropolitenindən ticarətlə bağlı bəyanat
Ən qanqaraldıcı elmi kəşflər açıqlanıb
Xocalı vəhşilikləri amerikalı jurnalisti dəhşətə gətirdi
Erməni əsilli iş adamı Paşinyana açıq məktub: “Yeganə çıxış yolu hakimiyyəti təhvil verməkdir”
Yunan salatı (foto resept)
Azərbaycan təhlükəli ölkələr sırasında - Rusiya siyahı hazırlayıb
Bu kənddə yerin altında namaz qılırlar
Günün qoroskopu:Hisslərinizin əsiri olmayın
Qəribə vanna otaqları
Hava limanına tez-tez yolu düşənlərə şad xəbər
Silahı olanlar narkoloji testdən keçiriləcək
Naringili, jeleli piroq (foto resept)
Whatsapp rəsmən Facebook-da
Günün ulduz falı - 08.09.2013
Onlar bizi belə aldadırlar
Kələm salatı (foto resept)
Azərbaycan Rusiyaya nota verdi
Qab süngəri (özünü düzəlt)
Konfutsidən ibrətamiz nəsihətlər
Rusiyanı heyran qoyan azərbaycanlı gəncdən möhtəşəm final
Dəri quruluğu və dəriyə qulluq(2)
Əgər başda papaq yoxdursa...
14 il əvvəl və sonra-İnanılmaz Dəyişiklik_FOTO
Həcc ziyarətinə hazırlıq: qiymətlər açıqlandı
Yay ayaqqabı modelləri
İqtidar əlkimyası və ya yeni yalanlar















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]