Rusiyanın Hərbi Proqnozlaşdırma Mərkəzinin direktoru, hərbi ekspert Anatoliy Sıqanok Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki ölkə arasında müharibənin başlayacağı vaxtla bağlı açıqlama verib.ANS PRESS-in məlumatına görə, o Ermənistan mətbuatına deyib ki, bu il müharibə olmayacaq, amma 2016-cı il isə hələ qabaqdadır: "Mən hesab etmirəm ki, təmas xəttində gərginlik müharibəyə gətirib çıxara bilər. Ermənistan və Azərbaycan arasında 20 il əvvəl bəzi razılıq imzalanıb, amma indi onların müddəti bitib. Qarşılıqlı təxribat xarakterli hadisələrin müharibəyə gətirib çıxaracağına inanmıram. Amma ürəkaçıcı olmayan hadisələrin sayı artır və bu, iki ölkə arasında münasibətlərin pisləşməsinə səbəb olur."
Onun sözlərinə görə, 2015-ci ildə müharibə ağlasığmazdır. Azərbaycan tərəfi yaxşı başa düşür ki, neft ehtiyatları sayəsində kifayət qədər resursa malikdir və bu, tədricən böyüyəcək. Təbii ki, bu, təqribən 8 il Azərbaycanın hərbi texnika baxımından daha güclü olmasına kifayət edəcək.
Ekspert diqqətə çatdırıb ki, indi çox mürəkkəb an yetişir, Ermənistanın və Azərbaycanın Silahlı qüvvələri nəyəsə hazırlaşırlar. Fərq odur ki, Azərbaycan tərəfi NATO, Türkiyə üslubunda, Ermənistan isə sovet, Rusiya ideologiyası üzrə hazırlaşır. Hesab edirəm ki, istənilən halda bu il müharibə olmayacaq, amma 2016-cı il üçün bunu demək olmaz.
A.Sıqanok Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təhlükəsizliyinin təminatçısı kimi çıxış edə bilməyəcəyini də söyləyib: "KTMT buna məcbur deyil. Düşünmürəm ki, bu vəziyyətdə müdaxilə lazımdır. Dörd il əvvəl indiki baş nazir Dmitri Medvedev İrəvan və Bakıda səfərdə oldu və çox əhəmiyyətli bəyanat verdi. O, əvvəlcə İrəvana gəldi, üç gün sonra Bakıya getdi və bildirdi: "Ermənistan bizim strateji tərəfdaşımızdır, amma Azərbaycan adicə tərəfdaşdır. Bunun çox böyük fərqi var. Azərbaycan yaxşı anlayır ki, Ermənistan ərazisində hələ Rusiya hərbi bazası var və Rusiya ilə qarşıdurma istəməyəcək. Belə olan vəziyyətfə KTMT heç nə edə bilməyəcək. Bu, sərhədyanı münaqişədir, İrəvana hücum deyil."
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
London derbisi: Yağış gözəl idi
Çində "Səma Dəhlizi"-FOTO
Havada olan zəhərli maddələr
Dağlıq Qarabağ bütün Türk və İslam dünyasının problemidir
Yataqxanaları olan universitetlər - SİYAHI
BMT yeni baş naziri dəstəklədi
Bayram namazı ilə bağlı açıqlama
İki bacıya bəysiz toy etdilər - FOTO
Zakir Həsənov: Ermənistan bir təhlükədir
"Sevgi hormonu" ideal ağrıkəsicidir
Murad Bozdan NİŞAN AÇIQLAMSI
İnsanı viruslar qarşısında güclü edən qan qrupu açıqlandı
Cavanlar üçün təhlükə: qocalıq psixozu
Sosyopatı necə tanımalı? (2)
Şahmatçılarımız Dünya çempionatında
Kərə yağı adı ilə satılan yağlar ziyanlıdır? - RƏSMİ AÇIQLAMA
Nobel mükafatçısından xərçəng və diabet xəstəliyi ilə bağlı tövsiyə
15 sentyabr xəbərdarlığı
Çörçilin əsəri rekord qiymətə satıldı
Cəbhədə gərgin vəziyyət
Ağdamı tərk edən ermənilər vəhşiliklərindən qalmırlar - VİDEO
Burun yağlanmasının səbəbləri
Həftə sonunun HAVAsı - Dolu yağacaq
2300-cü ilədək Nyu-York su altında qalacaq
Böyük Britaniyada altı nəfərdən çox adamın bir yerə toplanması qadağan edilir
Moskvanı əsrin istisi vurdu
Ətli toplar (foto resept)
"WhatsApp"dan tələ mesajları
Qatıqlı buğda salatı (foto-resept)
Valeh edən heykəllər
Günün ulduz falı
Günəş ləkələrindən xilas olmağın yolu
Dünyanın kənarındakı vulkan püskürdü: aləm külə büründü
Qızıl 3 dollardan çox bahalaşıb
Vanna otağı dekorasiyasında bunlara diqqət edin!
Ən qorxulu evlər
"Time 100" Qırmızı Xalça
Kiçik evlərdə də uşaq güşəsi yaratmaq olar
Zövqlü xanımlar üçün
Xalq artisti Leyla Əliyevanın yaradıcılığına müraciət etdi: “Ey sirdaşım” - VİDEO
Soğan kababı (foto resept)
Qaydaları pozan koronavirus xəstələri tutulandan sonra harada saxlanılır? - RƏSMİ AÇIQLAMA
Nyu-York qorxu içində
Ağdam toyları
Bu rayonda qaz olmayacaq
1 avroya qəsr almaq istəyirsiniz? - FOTO
Yeni ildə sakitlik olacaq?
Təhsil Nazirliyi yanvarın sonuna kimi vaxt qoydu
"Təhlükəli" qadınların 10 möhtəşəm özəlliyi
Şəhzadə Harry və Meghan körpələrinə 1 milyon xərclədilər















- ŞƏRHLƏR