
Azərbaycanda oktyabr ayı üçün hava proqnozu açıqlandı
Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın və bir dərəcə aşağı olacağı gözlənilir.
Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi dağlıq və dağətəyi rayonlarda isə bir qədər çox olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 14-16 dərəcə isti (gecələr 10-14, gündüzlər 17-22 dərəcə isti olacaq, bəzi günlərdə 24-27 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-23 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 13-15 dərəcə isti (gecələr 6-10 dərəcə isti olacaq, ayın ikinci yarısında 3-5 dərəcəyədək enəcək, gündüzlər 15-20 dərəcə isti olacaq, ayın ikinci yarısında 10-14 dərəcəyədək enəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-32 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 7-11 dərəcə isti (gecələr 4-9, ayın ikinci yarısında 0-3 dərəcə isti, gündüzlər 10-15, ayın ikinci yarısında 3-8 dərəcə isti təşkil edəcək) gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-48 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 12-15 dərəcə isti (gecələr 7-12, ayın ikinci yarısında 3-6, gündüzlər 16-21, ayın ikinci yarısında 10-14 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 30-61 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 10-14 dərəcə isti (gecələr 6-11, ayın ikinci yarısında 2-4, gündüzlər 14-19, ayın ikinci yarısında 5-10 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-126 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 14-17 dərəcə isti (gecələr 10-15, ayın ikinci yarısında 6-11, gündüzlər 19-24, ayın ikinci yarısında 14-18 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 31-54 mm) olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 13-16 dərəcə isti (gecələr 9-14, ayın ikinci yarısında 6-9, gündüzlər 17-23, ayın ikinci yarısında 12-14 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 96-274 mm) olacağı gözlənilir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
QİÇS xəstəliyinin müalicəsi tapıldı
Ən populyar avtomobil seçildi
İmamoğlunun xanımı məşhur jurnalın üz qabığında - FOTO
İstilər geri qayıdır
Əcnəbilər də Azərbaycanın qələbə sevincini qeyd ediblər - VİDEO
Yapon qadınlarından cavanlaşdırıcı maska
"Sabah" bizdən üzr istədi
Döş çatlaqlarına qarşı effektli maska
Venesuelada benzin 60 dəfə bahalaşacaq
Qoyun ətinin insan orqanizminə misilsiz faydaları
Zəhərlənmə zamanı nə etməli?
Ağac və göbələkdən saat düzəltdilər-FOTO
Sarımsaqlı yağ (foto resept)
Nar şorbası (foto resept)
Meşədə balina tapıldı - QƏRİBƏ HADİSƏ
Kopenhagendə akademik Zərifə Əliyevaya həsr edilən kitabın təqdimatı keçirilib
Məşhur cütlük AYRILDI
Disney şəhzadələri bu günün trend geyimlərində
Bu da yeni Nissan Qashqai
"Taxt oyunları"nı geridə qoyan serial
Günün qoroskopu: mövqelərinizdən geri çəkilməyin
Təhlükəli viruslara yoluxmamaq üçün nə etmək lazımdır?
Günün ulduz falı
Soyuducular
Demet Akalın restoran açdı
Azərbaycanda yaz havası nə vaxta kimi davam edəcək?
Kredit borcu olanlar - bu xəbəri MÜTLƏQ İZLƏYİN!
"Səhərləri azan səsinə oyanmaq çox gözəldir"
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Yer kürəsinin yaxınlığından nəhəng asteroid keçib
Saç tökülməsinə mane olan qidalar
Azərbaycan səhiyyəsində yeni metod
MTV Video Music Awards 2020 qırmızı xalça
2 yaşlı uşağın qarnından qardaşı çıxarıldı
“Facebook” hər gün milyonlarla saxta hesabı bloklayır
WhatsApp-da daha bir yenilik
Bayram süfrəsinin bəzədilməsi üçün 10 aksessuar
ABŞ-da beş azərbaycanlı koronavirusa yoluxub - VİDEO
Çiyələkli "Ürək" tortu (foto resept)
Azərbaycanda qəribə qadağa
Baş nazirdən liseylərlə bağlı YENİ QƏRAR
Çiy kartof dilimini hər gecə üzünüzə sürtsəniz...
ETİRAFLAR-"Kökəm, ancaq xoşbəxtəm!"
"Eurovision 2018"-in açılışını Aysel Məmmədova edəcək
Vaşinqtondan Serjə pis xəbər
Əmək müqaviləsi ilə bağlı tələblər sərtləşdirilir
HAVA necə olacaq?
Baxışlar və gözlər
İrəvan yenə ayağa qalxıb
Culiya Roberts BOŞANIR















- ŞƏRHLƏR