Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda yeni televiziya kanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqə elanı verilib. Şuranın budəfəki elanı ənənəvi televiziya kanalı formatında yox, sırf yeni konsepsiya ilə fəaliyyət göstərəcək xəbər kanalının yaradılmasından xəbər verir.
Qadin.Net xəbər verir ki, qafqazinfo Azərbaycan teleməkanında yenilik hesab olunacaq bu hadisə ilə bağlı kiçik bir araşdırma aparıb.
Əldə etdiymiz məlumata görə, söhbət dünyada artıq çoxdan mövcud olan, özünü doğrultmuş bir layihənin ölkədə tətbiqindən gedir. Belə ki, dünyada fəaliyyət göstərən Euronews, CNN, BBC, NTV, Rossiya24, Əl Cəzirə kimi sırf xəbər kanallarının milli versiyasının yaradılması nəzərdə tutulub.
Bununla da, həmin xəbər TV-si vasitəsilə Azərbaycan dünya informasiya mübarizəsinə qoşulmuş olacaq. Əslində ölkədə kifayət qədər yerli telekanallar fəaliyyət göstərir və sual oluna bilərdi ki, belə bir mühitdə hansısa tv kanalının yaradılması zərurəti haradan doğub? Lakin etiraf olunmalıdır ki, Azərbaycan telekanalları yalnız daxili auditoriyaya hesablanıb. Eyni zamanda, yerli TV-lər xəbər üzərində yüklənməyib, daha çox maarifləndirmə və əyləndirmə funksiyalarını yerinə yetirirlər.
Ölkənin indiki televiziyaları ilə hazırda heç bir beynəlxalq informasiya mübarizəsinə qoşulmaq faktiki mümkün deyil.
Baxmayaraq ki, əvvəllər ATV İnternational kimi fəaliyyətə başlayan, sonralar isə CBC kanalı kimi davam edən və xarici dillərdə yayımlanan bir TV kanalımız mövcuddur, lakin bu TV informasiya yaymaqla deyil, daha çox xarici filmlərin nümayişi ilə məşğuldur. Belə olan halda Azərbaycan həqiqətlərinin dünyaya öz dilində çatdırılması, eyni zamanda bölgədə baş verənlərin obyektiv işıqlandırılması, həmçinin dünyanın informasiya resurslarına asan çıxışın əldə edilməsi, bir istinad mənbəyinin yaradılması zərurətə çevrilib.
Xatırlayırsınızsa, Azərbaycan prezidenti İlham Əliyev də jurnalistlərlə keçirdiyi görüşlərdə xaricə çıxışı olan medianın yaradılmasının əhəmiyyətini vurğulayıb. Bu mənada belə bir ideyanın ortaya çıxması dövlət başçısının irəli sürdüyü təkliflərin nəticəsi kimi də görünə bilər.
Məlumatlara görə, yeni TV qeyd etdiyimiz kimi sırf xəbər üzərində köklənmiş, beynəlxalq əhəmiyyətə malik məlumatları bir neçə dildə, əsasən də ingilis və rus dillərində yaymaqla məşğul olacaq. TV -nin ən geci gələn il yayıma buraxılacağı, ən son texniki avadanlıqlarla təmin olunacağı, peşəkar kadrların xidmətindən istifadə olunacağı gözlənilir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bu zalım dünyada doğulma...
Ulduzlardan Təqdiredici Addım-FOTO
Hollandiyada "Qarabağ"dan danışdılar
Südlü sıyıq (foto-resept)
Nikolas Keyc 4 günlük xanımından boşana bilmir-SƏBƏB
Mine Tuqayın arxiv FOTOsu yayıldı-TƏHQİR olundu
Oğlan, yoxsa qız?
Kotlet buğlaması(foto-resept)
Bakını toz bürüyəcək
Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadıldı - RƏSMİ
Bakı avtobusları: diqqətsizlik, yoxsa məsuliyyətsizlik?
Enerji içkiləri bu şəxslərə SATILMAYACAQ
Merlin Monronun FOTOsu satışa çıxarıldı
Günün ulduz falı
Yaz-yay üçün bu eynəklərdən alın
Heyrətamiz mikrodünya
Hadise geyimi barədə AÇIQLAMA verdi-FOTO
Kafkanın 12 qadını (1)
Ən bahalı toy
Günün ulduz falı
Ayrılıq ağrısından necə xilas olmalı?
Yayın dəbi
Böyrəyinizi itirmək istəmirsinizsə, oxuyun
Uest ABŞ prezidenti olmaq istəyir
Kişilər qadınlardan daha sürətli arıqlayır
95 yaşlı milyarder evləndi-FOTO
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Darçınlı bulkalar (foto resept)
Zərdəçallı omlet (foto resept)
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Xərçəngin qırmızı dərmanı
Hülya Avşar yenidən keçmiş əri ilə evlənir?
Separatçı kürd lider barədə istintaq başladıldı
Ətli makaronlu yemək (foto resept)
Uçuş zamanı təyyarənin pəncərəsində görünən çat təşviş yaratdı - VİDEO
Zibildən pul qazana biləcəyik
"Bizim Tarla" - Soyulmuş pomidor
HAVA necə olacaq? 14 MAY
Ermənilərin arzusu ürəyində qaldı
İtlər üçün sosial şəbəkə yaradıldı
Gözlərimizi necə qoruyaq?
Boksçumuzdan nokaut
Qaydaları pozan koronavirus xəstələri tutulandan sonra harada saxlanılır? - RƏSMİ AÇIQLAMA
Xaçmazlı bacılardan nümunəvi addım - VİDEO
Kosmetik vəsaitlərin saxlanma müddəti nə qədərdir?
Əfsanəyə çevrilmiş eşq hekayələri
Yeni ildə dünya əhalisinin sayı 7,444 milyard nəfərə çatacaq
Neftin ucuzlaşması sürətlənib
Qadınların bəzənmək səbəbləri
Məşhur ulduz intihar etdi














