Sevgilin əsgərlikdədirsə, uzun sürən səyahətdədirsə, işinə görə fərqli şəhərlərdə yaşamaq məcburiyyətində qalırsınızsa , ya da fərqli şəhərlərdə, hətta ölkələrdə təhsil alırsınızsa, o zaman uzaq məsafədən əlaqənin nə demək olduğunu çox yaxşı bilirsiniz. Yaxınların yanında olub qəriblikdə olan birini uzaqdan-uzağa görmək tamam başqa hissdir. Qəriblikdə olarkən zaman bir o qədər də asan keçmir, çunki sevdiyin şəxs yanında deyil. Hər günün eyni sevgi həsrəti ilə başlayıb, eyni hisslərlə bitir. Bütün bunlar bəzən dözülməz həddə çatır.
Həmin şəxs üçün həsrət çəkmək, onu tanımaq üçün sərf etdiyin zamandan daha artıq vaxt sərf etmək çox kədərlidir. Yaşadığın hadisələri, hiss və duğularını hər an onunla bölüşə bilməmək çətindir. Əhəmiyyət verdiyin insanlarla onu tanış edə bilməzsən; məsafə, əlaqədəki paylaşımı istər-istəməz azaldır. Bir tərəfdən də buna qısqanclıq və etibarla əlaqədar problemlər əlavə olunur. Sevginizi sınamağa məcbur olursunuz. Harada və kiminlə olduğunu heç bir zaman tam olaraq bilmirsiniz. Onun sənə söylədiklərinə inanmaq məcburiyyətində qalırsınız. Digər tərəfdən də yeni insanlarla tanış olmağın və onun bilmədiyi mühitlərə girməyin hər zaman çətinlik yaradır. Kimə inanmalısan - onu da bilmirsən. Şadlıq olanda belə ürəkdən sevinmirsən, çünki o an sevdiyin insanın da sənin yanında olmağını istəyirsən. Birgə gülüb, birgə ağlamaq, sevinərkən, məyus olarkən məhz onun yanında olmasını istəyirsən. Bəzən başını onun çiyninə qoyub hönkür-hönkür ağlayıb ürəyini sakitləşdirmək istəyərsən, amma bu, mümkün olmadıqda qəhər səni boğur.
Əgər onu gözləyərək vaxt itirdiyini düşünürsənsə, fikrin başqalarında qalırsa, ona inanmırsansa və çəkdiyin bu həsrətin bir dəyəri olduğuna şübhə edirsənsə, uzaq məsafədən münasibət sənə görə deyil. İstəmədiyin bir şey üçün özünü bu qədər məcbur etməyə dəyməz. Çünki bu münasibət böyük səbr, iradə, dözüm tələm edir. Əgər gözləyə biləcəyinə inanmırsansa, deməli, sevgin o qədər də güclü deyil - bu an onu gözləməyə dəyməz.
Amma bütün bunlara baxmayaraq onunla keçirdiyin 1 dəqiqə onsuz keçən 10 dəqiqəyə əvəzdirsə, o varkən hər şeyi ikinci plana atırsansa, getdiyin hər yerdə ''Bura onunla da gəlməliyəm'' deyə düşünürsənsə uzaq, ya da yaxın olmağınızın heç bir fərqi yoxdur. Sevginizə inanırsansa, bir az səbr və fədakarlıqla hər kəsə qismət olmayacaq bir eşq yaşaya bilərsiz. Hər insan araya məsafə girmiş sevgiyə dözməz. Siz dözürsünüzsə, demək əsl sevgidir və məhz bu sevgi üçün həsrətə dözməyə dəyər. Bu gün qovuşa bilməsəniz belə, nə zamansa qovuşacağınıza ümid etməyiniz sizə həyat eşqi bəxş edəcək.
İşindən ötrü həyat yoldaşını üç ayda bir dəfə görən bir xanım belə demişdi: ''Əhəmiyyətli olan birlikdə nə qədər zaman keçirməyin deyil, birlikdə keçirdiyin zamanın necə olmasıdır. Üç ay ayrı qalsaq da, birlikdə olduğumuz zamanlar həmişə çox gözəldir. Mən çox şanslı bir insanam..."
Baxın, bu xanımın dedikləri əsl sevgiyə nümunədir. Aylarla üzünü görməsə belə yenə həyəcanla hər dəfə onu gözləyir. Heç yorulmadan, usanmadan.
Xüsusilə əsgər yolu gözləyən xanımlar çox həsrət çəkirdiklərini düşünürlər. Lakin ən çox həsrət çəkən əsgər özüdür. Çünki bilmir ki, sevdiyi insan onun yolunu gözləməyə səbr edəcək, yoxsa yarı yolda onun əlini buraxacaq. Çox vaxt elə olur ki, aylarla hər gün sevgilisinin həsrətiylə yaşayan əsgər hüsrana uğrayır. Çünki, aylar keçdikcə qızın ona qarşı hissləri artıq solmuş olur. Əsl sevgidə bu mümkün deyil. Lakin qızdan fərqli olaraq əsgər onu ürəyində daima yaşatdığı üçün sevgisi ölmür. Ona görə bəzi qızlar vəfasız adı alıb. Düzdür, oğlan çox qız sevməyə qadirdir, lakin həqiqətən sevəndə sevgisinə əbədi sadiq qalır.
Həsrət bəzən sevgini möhkəm və iradəli edə bilər. Yetər ki, sevginizin yetdiyi qədər, qovuşacağınız anı gözləyin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR