
Çox vaxt gənclər sevgini digər hisslərlə (əgər buna hiss demək mümkündürsə) qarışdırırlar, bu qəbildən insanlara nəinki gəncləri həmçinin daha yaşlı nəsili də aid etmək olar. Tez-tez müxtəlif fikirlərlə rastlaşırıq hansi ki, sevginin ayrılıqda nə olduğunu özündə əks etdirirlər. Biz isə çalışacağıq ki sevginin daha münasib, bizim fikrimizcə daha dəqiq təsvirini verək. Həyatda sevginin iki növü mövcuddur: ehtiyacdan doğan sevgi (çatışmazlıqdan doğan sevgi) və bəxşiş olunmuş sevgi (əsil sevgi).
Ehtiyac duyulan sevgi və ya çatışmazlıqdan doğan sevgi daha çox qarşı tərəfdən asılıdr, buna məcazi mənada yetişməmiş sevgi də demək olar. Həqiqətən də bu əsil sevgi deyil, sadəcə olaraq tələbdən irəli gəlir.
Siz qarşı tərəf üzərində hakimlik edir, bir sözlə ondan istifadə edirsiniz. Eyni hallar cütlər arasında qarşılıqlı olaraq davam edir.
Əgər siz kimdənsə istifadə edirisnizsə onda bunu sevgi adıandırmaq olmaz. Bu kimi hallar insana sevgi kimi görünür, əslində isə bunların hamısı saxtadır. Amma bu hadisə doxsan doqquz faiz insanın həyatında baş verir, çünki insan ilk sevgisinə uşaqlıq dövründə rast gəlir.
Məsələn uşaq dünyaya gəldikdə bir sözlə anasından asılı olur. Onun sevgisi çatışmazlıqdan irəli gəlir, çünki həmin an o, ana şəfqətinə ehtiyac duyur və onsuz yaşaya bilmir. Uşaq anasını sevir çünki ana onun həyatıdır. Amma əslində isə ortalıqda heç bir sevgi mövcud deyil. O, anasından nəinki həyatı üçün lazım olan südü eyni zamanda sevgini də əldə eləmişdir. Amma bu sevgi sadəcə olaraq tələbdən irəli gəlir.
Sonralar isə o, hər hansı bir qadını sevəcək, baxmayaraq ki, sevdiyi qadın heç vaxt ananın verdiklərini ona qaytara bilməyəcəkdir.
Sevgi isə öz növbəsində - təbii sərvətdir, varlıqdır, bolluqdur. Yəni sizin o qədər çox ömrünüz var ki, bilmirsiniz bu qədər ömrü tək necə yaşamaq olar və ona görə ömrünüzü başqa biri ilə bölüşürsünüz.
Sevdiyiniz zaman daxilinizdəki hisslər aşıb daşır...
Fərz edin ki, boş bir otaqda oturmusunuz, ancaq daxilinizdəki o hissləri artiq bədəniniz saxlaya bilmir, hissləriniz bütün otağa yayılır və həmin boş otağı sevginin xoş təravəti ilə doldurur, bütün bunları heç kim bilmir, heç kim görmür və daş divarlar belə sizə bu hisslər üçün heç bir minnətdarlıq nişanəsini əks etdirmir. Amma bu heçdə vacib deyil. Ən əsası odur ki, siz özünüzü həyatda hamıdan xoşbəxt hiss edirsiniz.
Bir sözlə sevgi...
Sevgi- insanın daxili təəsüratlarıdır. Sevgi- passiv bir yoldur, hansı ki, bu yolda insan istədiyi hər bir şeyə sərf etdiyi əmək nəticəsində nail olur və bundan xüsusi bir həzz alır. Bu yolun əsas məqsədi- insanın özündə əziz və sevimli bir insan tipinin formalaşdırmaqdır. Və bu yolda o sevdiyi insan üçün yeganə və əvəzedilməz bir şəxsiyyətə çevrilir.
Bütün dünya onun gözlərində günü gündən daha da genişlənir və gözəlləşir. Əgər onun üçün əvvəllər ancaq iki rəng, ağ və qara mövcud idisə də, artiq o, müxtəlif rəngləri daha parlaq və daha aydın şəkildə görməyə başlayır.
Əlbəttə ki, sevginin ən gözəl əsərlərindən biri uşaqdır, hansı ki, sevgini daha da möhkəmləndirir və ölümsüzləşdirir.
Bəzən biz sevgini digər hisslərlə, hansı ki, sevdiyi insan üzərində hegemonluq etmək və ona sahib olmaq hissləri ilə qarışdırırıq...Yəni Mən səni sevirəm dedikdən dərhal sonra, başqa bir səs tonu ilə artıq nəsə umuruq... Bəs sən məni... Əlbəttə bu kimi hallarda əgər sevilən insan qarşılıqlı sözünü deməyə hazırdısa, və həmçinin azad sevgiyə üstünlük verirsə burda heç bir problem ortalığa çıxmayacaqdır və sözsüz sizin də tələbiniz ona təzyiq göstərmək olacaqdır. Məhz bu kimi hallar sevgidə qarşılıqlı əlaqələri çətinləşdirir və bu əlaqələri daha kobud bir formaya salır.
Hər şey gözəl davam edirdi, o cox diqqətli və qayğıkeş idi, onu güllər və hədiyyələrlə sevindirirdi, lakin sevdiyini etiraf etdikdən sonra artıq onun sevgidən gözlədiklərini yerinə yetirirdi: Məni öpərsənmi? və s. Bütün bunları sevgi adlandırmaq qeyri-mümükündür, bu sadəcə olaraq məcazi mənada insanı satın almaq və onun hissləri ilə oynamaqdır.
Bəs onda əsil sevən insanı digərlərindən necə ayırmaq olar. Bizə görə həqiqətən sevən insan o insandır ki, sevməyi bacarır və sevir, yəni xoşbəxt bir şəkildə sevdiyi insana qayğı göstərir, və bunun əvəzində heç bir mükafat və ya haqq gözləmir.
Biz hamımız Adəm və Həvvanın hekayətini bilirik: necə ki, Allah Həvvanı Adəmin bir parçasından yaratmış, nəticə etibarı ilə Həvva Adəmin ikinci bir yarısi olumuşdur. Bunu deməkdə məqsədimiz odur ki, məhz sevgi də elə buna bənzəyir. Yəni sevgi iki nəfərə məxsus olmalıdır, hər iki tərəfdə onun bir parçası yaşamalı və biri-birini tamamlamalıdır.

XƏBƏR LENTİ
Türkiyədə rüşvət qalmaqalının araşdırılması zamanı Ərdoğanın telefon danışıqları dinlənilib
Nəhayət ki: itmiş təyyarə tapıldı - FOTO
Azərbaycanda koronavirusdan sağalanlara XƏBƏRDARLIQ - VİDEO
Abxaziyadan Qarabağa gələn 20-dək muzdluya cinayət işi açıldı
Ramazan ayının 16-cü gününün duası
Almalı bulku(foto resept)
Bu dondurmaların istehsalına qadağa qoyuldu - Təhlükə doğuranların adları
Qaşları qalın və gözəl edən 3 təbii vasitə
Qorxmuram
"Bizi "Eurovision"da Elnur təmsil edəcək"
Yerin planet kimi əmələ gəlməsi və inkişafı
Məşhur iş adamı Defneye aşiq oldu
Sərhədimizdə aeroport olacaq
Fitnes ulduzu Mayamidə-FOTO
"Instagram" istifadəçilərinə pul ödəyəcək
Avropa İttifaqı Azərbaycanda xarici donor olması ilə fəxr edir
Xanımları yaşlı göstərən 7 saç modeli
Sinoptiklərdən xəbərdarlıq
"Yenə şamları satdırmaq istəyirlər"
Əsrin ən böyük kometası gəlir
Özünə inamı artırmanın 6 yolu
Qəhvənin düzgün içilmə qaydası
Vətən həsrəti dediyim…
İstirahət gününün havası
Osmanlı sultanının saatı 1,1 milyona satıldı – FOTO
Qadın.netin "xarici" xanımları (II hissə)
Burak Özçivit yeni foto paylaşdı-FOTO
Üçölçülü görmə
Smartfonda istənilən insanı izləmək mümkündür
Moruqlu soyuq tort (foto resept)
Gəlinlərimiz üçün maraqlı saç düzümləri
Mənim əl işlərim (1)
Ürək masajı
Canlı Barbi
Norveç kralı xəstəxanaya yerləşdirildi
Aşura günü bunlar qadağan ediləcək - GENERALDAN AÇIQLAMA
"Traktorsazi"nin yeni baş məşqçisi var
Məşhur cütlük toydan sonra İLK DƏFƏ-FOTO
Tramp söz verdi: “Bunu etsəniz...”
Bakının bu qəsəbəsində su olmayacaq
Mətbəx stolları
Müğənni və nazir olmuş diplomatın ad günüdür
Namazın vaxtı dəyişə bilər
Işın Karacanın sevgilisi-FOTO
Əmrah Çəlikəl: ""Qarabağ" üçün yenə transfer olmalıdır"
Azərbaycanda kitabxanaların hansı meyarlarla birləşdirildiyi açıqlandı
Narşərabın faydaları
Baxışlar və gözlər
Xüsusi istedadı ilə seçilən uşaqların vaxtından əvvəl məktəbə qəbulu sabah yekunlaşır
Bitkilər və təbabət (6)
