
Milli.Az Anadolu Ajansı-na istinadən bildirir ki, Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələrinin hesablanması davam edir.
Müvafiq olaraq iqtidardakı AKP Türkiyənin 55 vilayətində, CHP - 12, MHP - 7, BDP - 7 vilayətdə öz namizədlərinin vali postunu qazanmasına nail olublar.
---------
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfdarları Baş nazir Rəcəb Tayyib Ərdoğanın İstanbuldakı iqamətgahının qarşısında qələbə mitinqi keçiriblər.
---------
Milli.Az DHA-ya istinadən bildirir ki, Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələrinin hesablanması davam edir.
Hakkari vilayətində CHP məğlubiyyətə uğrayıb və BDP-yə uduzub.
Seçkilərin iokin nəticələrinin ən maraqlı məqamı budur ki, Fətullah Gülən tərəfdarlarının böyük qismi indiyədək deyildiyi təki CHP-yə yox, AKP-yə səs veriblər.
----------
Milli.Az APA-ya istinadən bildirir ki, Türkiyə üzrə səslərin 10 faizi artıq bəlli olub. İlkin nəticələrinə görə, İstanbulda CHP, Ankarada AKP, İzmirdə CHP, Adanada MHP, Antalyada CHP, Diyarbəkirdə BDP, Qarsda MHP namizədləri öndədir.
---------
Türkiyədə bələdiyyə seçkiləri başa çatıb.
Trend-in məlumatına görə, yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 10:00) başlayan səsvermə saat 16:00-dək (19:00) aşağıdakı dairələrdə davam edib: Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Ərzincan, Ərzurum, Qaziantep, Girəsun, Gümüşhane, Hakkari, Qars, Malatya, Qəhrəmanmaraş, Mardin, Muş, Ordu, Rizə, Siirt, Sivas, Trabzon, Tunceli, Şanlıurfa, Van, Bayburt, Batman, Şırnak, Ərdəhan, İğdır və Kilis.
Digər dairələrdə isə səsvermə yerli vaxtla saat 08:00-dan 17:00-dək keçirilib.
Türkiyədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 695 831 nəfər (26 704 757 nəfəri qadın, 25 991 75 nəfəri kişi) təşkil edir. Ölkə üzrə 194 310 seçki qutusu quraşdırılıb. Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edib.
Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq.
Türkiyədə seçkilər günü yerli vaxtla saat 06:00-dan 24:00-dək mağaza, kafe və restoranlarda spirtli içkilərin satışı və qəbulu qadağan olunub.
Bundan başqa, bütün əyləncə yerləri bağlanıb. Təhlükəsizlik qüvvələri əməkdaşlarından başqa, heç kəs seçkilər günündə silah gəzdirə bilməz.
---------
18:13
Bu gün Türkiyədə keçirilən bələdiyyə seçkiləri zamanı ölkənin müxtəlif yerlərində baş vermiş qarşıdurmalar nəticəsində 8 nəfər ölüb, 36 nəfər xəsarət alıb.
Yozqat vilayətinin Türkmənsarılar kəndində iki qrup arasında dava düşüb, 3 nəfər daş və dəyənək zərbələrindən xəsarət alıb.
Ərzurumun Əziziyyə rayonunda iki muxtarlığa namizədin yaxınlarının davasında isə 6 nəfər yaralanıb.
Rize vilayətinin Küçükçayır kəndində iki nəfər arasında yaranan mübahisə böyüyərək qarşıdurmaya səbəb olub. Bunu görən polis əməkdaşları tərəfləri ayırmağa çalışıb, insident zamanı bir polis serjantı ayağından güllə yarası alıb.
Qaziantep vilayətinin Nizip rayonunda hakim Ədalət və İnkişaf Partiyasından (AKP) namizədliyini irəli sürmüş şəxs və 3 nəfər yaxını seçki məntəqəsindəki mübahisə zamanı yaralanıblar.
---------
16:48
Türkiyədə bu gün keçirilən bələdiyyə seçkiləri zamanı müxtəlif bölgələrdə insidentlər olub. APA-nın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Türkiyənin Şanlıurfa, Hatay və Qaziantəp rayonlarında bələdiyyə seçkiləri zamanı qan tökülüb, ölən və yaralananlar var.
15:23
Milli.Az Trend-ə istinaən xəbər verir ki, Şanlıurfa vilayətinin Birecik rayonunda iki ailə arasında silahlı və dəyənəkli qarşıdurma zamanı 6 nəfər yaralanıb.
---------
14:18
Türkiyənin Van vilayətinin Edremit rayonunun Köklü kəndində səsvermə 2 saata başa çatıb.
Qeyd edək ki, Köklü kəndində muxtar vəzifəsinə cəmi bir namizəd var.
---------
13:52
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb.
Qeyd edək ki, bu gün Türkiyədə bələdiyyə seçkilərinə start verilib. Türkiyədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 695 831 nəfərdir. Onlardan 26 704 757 nəfəri qadın, 25 991 75 nəfəri isə kişidir. Ölkə üzrə 194 310 seçki qutusu quraşdırılacaq. Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edir.
---------
09:04
Türkiyədə korrupsiya qalmaqalı, məxfi məlumatların yayımlanması, hökumət üzvlərinə qarşı kompromatların yayılması və sosial şəbəkələrin bloklanması fonunda bu gün bələdiyyə seçkiləri keçiriləcək.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Meyvəli piroq (foto resept)
Acundan Adriana Lima açıqlaması-FOTO
Rusiyanı gözəllik müsabiqəsində 4 uşaqlı ana təmsil edəcək - FOTO
“Eurovision” təmsilçimiz ata oldu - FOTO
Barmaq şıqqıldatmaq
İsti havada başımız niyə daha çox ağrayır?
İrina Şeyk məşhur jurnalın üz qabığında- FOTO
Türkiyədə avtobuslarda internetə pulsuz çıxış olacaq
Ədviyyatlar haqda nələri bilirik? (2)
Ramazanın 16-cı gününün duası
Ermənistan Əfqanıstanda vurulmuş ABŞ PUA-sını Azərbaycanınkı kimi təqdim edir - RƏSMİ
Gözəl görünüşlü boyunbağılar
Siqareti tərgitmək istəyənlərə
Yemək və yatmaq: "şələ lələni, yoxsa lələ şələni?"
Uşaqlar üçün nərdivanlı yataqlar
Prezidentin köməkçisindən Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı HƏYƏCAN TƏBİLİ
Neslihan suallara cavab verdi-FOTO
Qənirə Paşayeva müəllimlərlə görüşdü
Moldova millisi Putinin cavabını verdi
Azərbaycanda idman federasiyasının prezidenti istefa verdi
FİFA Messini seçdi
Azərbaycanda son 2 əsrdə 405 vulkan püskürməsi olub
Azərbaycanda gediş haqları 10% artırılır - RƏSMİ
Günün qoroskopu: maliyyə fonu uğursuzdur
55 yaşlı qadın öz nəvəsini doğdu-FOTO
"Türkiyənin Jennifer Lopezi" -dən FOTOsessiya
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
İşğaldan azad olunmuş Suqovuşan ərazisinin “Azersky” peykindən əldə edilmiş təsviri
2014 - Yeni iliniz mübarək!
İlin rəngi: klassik mavi
Xəzər kürüsü Nyu-Yorkun ən bahalı yeməkləri siyahısına düşdü
Culiya Robert Malibuda dincəlir-FOTO
Bərbərə getməyən Tarkanın yeni görünüşü-FOTO
Marsa da qar yağırmış
“WhatsApp”a qadağa qoyulur
"İnstaqram" və "Facebook"da belə şəkillər paylaşmayın!
Əcnəbilər SMS-i bu formada göndərməlidir - RƏSMİ
Məşhur teleaparıcı koronavirusdan yataraq sağaldı-Türkiyədə İLK
İlk görüş üçün məsləhətlər
Çörəkotulu rulet (foto resept)
Ermənilər təndiri də əlimizdən alır
Qar uçqununa düşən əsgərimizin meyidi tapılıb
158 kiloqram arıqlayıb belə oldu
Ölkədə gediş haqları dəyişibmi?
Sabahın HAVASI
Ermənilər Ağdamı tərk edərkən məzarları dağıdıb, ot tayalarına od vurublar - FOTO
JLo "Yoqa səfiri" titulu aldı
Ermənilərin Türkiyə qorxusu
Kələm maskası
Şirin yerkökü piroqu (foto resept)














