
Təhlükəli güllər barədə nə bilirsiniz?Dibçək gülləri evə xüsusi yaraşıq verir, havanı təmiz saxlayır, bir sira toksik maddələri məhv edir. Lakin ilk baxışdan zərərsiz görünən dibçək güllərinin təhlükəli olanları da var. Bu haqda məlumatı olmayan adam güllərə qulluq edən zaman təsadüfən zəhərlənə bilər. Mütəxəssislər bildirir ki, bəzi güllərin şirəsi dəridə yanıqlara, hətta ölümə də səbəb olur.
Çiçəkçilik üzrə mütəxəssis Südabə Vəliyevanın sözlərinə görə, elə bitkilər var ki, onları evdə saxlamaq düzgün deyil: "Misal üçün, diffenbahiya çox gözəl bitkidir. Onun sarı və yaşıl rəngli yarpaqları diqqəti çəkir. Lakin gözəlliyinə baxmayaraq, diffenbahiya gülü zəhərlidir. Onun ağ və zəhərli şirəsi dəridə yanıqlar yaradır və zəhərlənməyə səbəb olur. Əgər şirə təsadüfən ağıza düşərsə, dil və ağızın selikli hissələri şişir və keyiyir. Bu gül üzündən evdəkilər zərər çəkə bilərlər. Xarici görünüşcə cəlb edən diffenbahiya gülünə qulluq edərkən sahibi zərər görə bilər. Gülün solmuş yarpaqlarını kəsərkən və ona forma verərkən şirəsi dəriyə düşərsə, yanıqlar qaçılmazdır. Bu gülə qulluq edəndən sonra mütləq əlləri yaxşı yumaq lazımdır".
Puansetya gülünü romantik adına və gözəlliyinə baxmayaraq, uşaqların yaşadığı və ev heyvanlarının olduğu yerdə saxlamaq məsləhət deyil. Belə ki, çiçəyə təsadüfən yüngülcə zədə dəysə belə bitkidən zəhərli ağımtıl şirə tökülməyə başlayır. Vəliyeva bildirib ki, bu şirə çox təhlükəlidir. Belə ki, ağıza düşdükdə mədədə ağrılara, qusmaya, ishala səbəb olur. Dəriyə düşdükdə isə görünüşcə suluqlu güclü yanıqlara bənzər iltihablara gətirib çıxarır.
Onun dediyinə görə, ekzotik çiçək olan Madaqaskar palması da təhlükəli otaq bitkilərindəndir: "Madakaskar palması çox gözəl görünür və evin dizaynına sanballı görünüş verir. Onun yoğun gövdəsini çox diqqəti çəkən yarpaqlar və əlvan, sarı ulduzları xatırladan güllər bəzəyir. Lakin bu gülün təhlükəsi də onun gözəlliyində gizlənir. Bitkidəki zəhər ürək-damar sistemi üçün çox təhlükəlidir".
Oleandr gülünü gülçülüyə marağı olanların kolleksiyasında tez-tez rast gəlmək olar. Bu gül uzun müddət çiçək açdığı və yarpaqları çox olduğu üçün məşhurdur. Lakin onun gözəl yarpaqları və gövdəsi ürəyin fəaliyyətinə mənfi təsir göstərən təhlükəli qlikozid maddəsi ilə zəngindir. Bu güllə çox diqqətli olmaq və uşaqlar olan yerdə saxlamaq olmaz. Gülçü qeyd edib ki, bitkinin cəmi iki yarpağını çeynəyib udduqda insan ölə bilər. Bitkiyə qulluq edərkən çox ehtiyatlı olmaq lazımdır. Bitkinin şirəsi və toxumları çox zəhərlidir. Oleandr gülü xüsusilə də balaca otaqlarda güclü baş ağrılarına və baş gicəllənməsinə səbəb olur.
Müsahibimiz bildirib ki, ilk baxışdan qırmızı-çəhrayı rəngli Azaliya gülü çox təhlükəsiz görünür: "Lakin onun tərkibindəki andromedotoksin zərərlidir. Bu maddə orqanizmə daxil olanda qusma, qarnın işləməsinin pozulmasına, ürək və bədənin fəaliyyətinin pozulmasına, hətta ölümə də gətirib çıxarır. Azaliya çox çiçəklənəndə baş gicəllənməsinə və ürək getməyə də səbəb olur. Evdə balaca uşaqlar varsa, Azaliya gülünü də saxlamaq məsləhət deyil".
İnanclara görə, evdə sarmaşıq saxlamağın da düşər-düşməzi olur. Əlamətlərə görə, sarmaşıq "vampir" güldür və kişini evdən, həyat yoldaşından uzaqlaşdırır. Hesab olunur ki, sarmaşıq insanın enerjisini alır, həyat yoldaşları arasında mübahisələrə səbəb olur. İnanclara görə, evdə sarmaşıq bitkisini saxlamaq boşanmaya da gətirib çıxara bilər.
S.Vəliyevanın dediyinə görə, sarmaşıqlar çox tez solur və məhv olurlar. Bu bitkinin gülləri, yarpaqları və gövdəsi zəhərlidir. Əgər balaca uşaq bu bitkinin "dadına baxsa" güclü zəhərlənmə ilə nəticələnər. Dağsiçanı və başqa balaca ev heyvanları bu bitkidən yeyərsə, öləcəklər.
Qeyd edək ki, süpürgə gülü də ən təhlükəli otaq bitkilərindəndir. Bu bitkinin bütün hissələri zəhərli şirədən ibarətdir. Gözə düşərkən müvəqqəti korluq, dəridə suluqlar və qaşınma əmələ gətirir. Ən məşhur gül olan fikus da insanlar üçün təhlükəlidir. Bioloqların təsdiq etdiyi kimi, fikusun gövdəsində və yarpaqlarında olan zəhər müxtəlif allergiyalar və dəridə qıcıqlanma əmələ gətirir.
Həmsöhbətimiz deyir ki, təhlükəli otaq bitkiləri çoxdur: "Bu səbəbdən də özünüzü və ailə üzvlərinizi təhlükədən sığortalamaq üçün otaq bitkisi alarkən seçdiyiniz bitkilər haqqında məlumat toplayın. Bitki aldıqda həmişə satıcıdan bitkinin zərəri və ətrafa təsiri barədə öyrənin. Əgər təhlükəli bitkini əldə etmək istəyirsizsə, onunla ehtiyatlı olun və uşaqların əli çatmadığı yerə qoyun".
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Yeni trend: Böyük ölçülü şərflər
Milyarder 425 milyonluq yaxtasında dincəlir_FOTO
Bella Hadid yeni FOTOsu ilə diqqət çəkdi
Dünyadan Qurban Bayramı mənzərələri
DİQQƏT: kral xəstəliyinə yoluxa bilərsiniz
İşində nöqsanlar aşkarlanan tibb işçiləri cəzalandırıldı - RƏSMİ
Küləkli hava Şəkini işıqsız qoydu
Harry Potter (2001-2016)
Qəbul imtahanlarının vaxtları açıqlandı
33 faiz internetdən istifadə etməyib
Azərbaycanda prezident seçkilərində 87 ölkədən müşahidəçilər iştirak edəcək
Duyğularınız, yoxsa məntiqiniz?
"Avtoş" avtobus sürücülərinə qarşı yeni sistem
Avtomobildə saxlanılan dərmanlarla bağlı ŞOK FAKT - Çox ağır fəsadı ola bilər
Yeni təhlükə ilə üz-üzə - "Mariya" qasırğası gəlir...
Yeni formalar gəlir
Nazirlikdən növbəti “tələ” barədə XƏBƏRDARLIQ
2022-ci il Qış Olimpiya Oyunlarına namizədlər açıqlandı
Azərbaycan 130 ölkə arasında 10-cu yer tutub
Hamiləlikdə saç baxımı
“Taxt oyunları”nın daha bir ulduzu koronavirusa yoluxdu
İlham Əliyevdən 2 yeni təyinat
Qara sarımsağın inanılmaz faydaları
DİM bakalavrlara müraciət etdi
Günün qoroskopu: nəyisə gizlədən insanlarla təmaslar istisna deyil
33 ölkədən 300 psixoloq Azərbaycanda
Erməni mediası Azərbaycanın xarici siyasətini təriflədi
"Forbes" planetin yeni ən varlı qadınının adını açıqlayıb
20 yaşlı qız xərçəng şişini doğdu
Unitazda çox oturmağın ziyanı - proktoloqlar xəbərdarlıq edir!
Gecələr nə yemək olmaz?
Azərbaycanda 18 yaşadək ana olan qadınlarla bağlı STATİSTİKA
“Mançester Yunayted” Bakıya gəlir
Elçin yeni seriala çəkilir-FOTO
Azərbaycanın bölgələrində ilk dəfə
Günün qoroskopu: İşlərinizi qaydasına salın
Samsung Galaxy S5 rekord vurur
Məşhurlar da bir-birinə bənzəyir
Mehriban Əliyeva Qubadlının işğaldan azad olunması münasibətilə xalqımızı təbrik etdi
Serdar Ortaç - "GOLD & RAY" albomları
Sabah qar yağacaq
BÜRCLƏR bizə nə vəd edir? -10 İyun
Saçları nəmləndirən maska
700 bal toplayan tələbə: "Ən böyük arzum - Bakı Ali Neft Məktəbinə yüksək balla daxil olmaq idi"
Koronavirusun ağrıkəsicilik xüsusiyyəti aşkarlanıb
Arda Turan üçün nəhəng klublar növbəyə durdu
Kürdəmirdə 67, bir kəndində 21 nəfər koronavirusa yoluxub - RƏSMİ
Koronavirusu ən fəal şəkildə yayan məktəbli qrupu müəyyən edilib
Makiyaj çantasının 5 əvəzedilməzi
Bu gündən xaricdən mal gətirtməyə görə 300 dollarlıq limitlə bağlı qərar qüvvəyə minir















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]