Bakıda ictimai nəqliyyatda sürücü özbaşınalığına son qoyacaq yeni sistem yaradılır. ANS TV-nin məlumatIna görə, söhbət avtobus sürücüləri üçün yaradılacaq elektron bazadan gedir. Yeni sistemdə avtobus sürücüləri qeydiyyata alınacaqlar. Bazada onlar haqqında məlumatlar, xəstəlikləri, törətdikləri qəzalar yer alacaq. Sürücünün idarə etdiyi maşın markası və nömrə nişanı da sözügedən bazada öz əksini tapacaq.
"Sürücü özbaşınalığı" ifadəsinin açıqlaması isə hər kəsə tanışdı. Ya mindiymiz avtobusun sürücüsü sərnişinlə çox kobud davranır, ya nəqliyyat vasitəsini necə gəldi sürür, ya da özünü, necə deyərlər, lap ralli yarışlarında hiss edir.
Ekspert Ərşad Hüseynovun fikrincə, yeni sistem ictimai nəqliyyatdakı problemləri qismən həll edə bilər. Amma problemin düzgün həlli yolu ilk növbədə sürücülük vəsiqəsi olmayan avtobus sürücülərini işdən uzaqlaşdırmaqdır. Çünki heç bir sənədi olmayan sürücü avtomobili necə gəldi sürür, qayda-qanunu pozur, sərnişin - sürücü, sürücü - sahibkar arasında problemlər yaranır. Ekspertin fikrincə, mövcud problemlərdən biri də avtobus sürücülərinin tibbi sığortadan keçməməsidir:
"İctimai nəqliyyat sadəcə biznes deyil, bu bir xidmətdir. Hərdən belə deyirlər ki, reyd keçirildi, nəticədə sərxoş sürücü və ya avtobusu sənədsiz idarə edən sürücü aşkar olundu. Deməli, nəzarət lazımi qaydada deyil. Ayda bir dəfə, ya da iki aydan bir reyd keçirmək lazım deyil. Hər gün bu reydlər keçirilməli və nəzarət gücləndirilməlidir”.Nəqliyyat Nazirliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları isə yeni yaradılacaq baza işə düşdükdən sonra avtobus qəzalarının sayının kəskin azalacağını bildirirlər. Sürücü özbaşınalığı ilə əlaqədar mütəmadi reydlər də təşkil olunur. Baş verən qəzalar araşdırılır, günahı olan sürücünün işinə xitam verilir. Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov qurum tərəfindən sürücülük kurslarının təşkil olunduğunu və bunun sürücülərin peşəkarlığını, məsuliyyətini artıracağını bildirdi.
Hər halda qurumlar müvafiq addımı atır, qalır bu addımların özünü doğrultması. Bu isə məsul şəxslər kimi sürücülərdən də asılıdır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb
- ŞƏRHLƏR