Cəmiyyət arasında geniş yayılmış belə bir düşüncə var: "Sevgi təsadüfi bir şeydir. O, heç nəyə baxmır, hansısa məntiqə əsaslanmır. Hər an yarana bilər..."
Bu, doğrundanmı belədir? Sevgi gerçəkdən də, təsadüfi və qeyri-məntiqi bir prosesdirmi?
Öncə bunu qeyd etmək lazımdır: sevgi mahiyyət etibarilə bir bütün halında olan, kompleks, ümumi bir anlam və prosesdir. Sevginin qaynağı, mənbəyi isə mədəniyyət, əxlaq və zəkadır. Yəni sevginin gücünü və anlamını təyin edən məhz insanın əxlaq və zəka səviyyəsidir. Çünki bu iki amil insanı insan edən, digər canlılardan fərqləndirən, ona ali və yüksək dəyər qazandıran faktorlardır.
Zəka və (onun əsasında yarana bilən) əxlaq, yalnız şüurlu bir yaşayış və fəal məşğuliyyətlər nəticəsində yarana bilər. Əgər bir insan şüurlu olmayan bir mühitdə böyüsə, təbii ki, onda nə ağıl, nə də əxlaq potensialı ola bilməz.
Dolayısıyla da sevgi öncə fərqində olmaq, anlamaq, düşünə bilmək mənasına gəlir. Çünki bir kəsi və ya bir obyekti sevmək üçün ilk olaraq onu dərk etmək, çözmək və anlamaq lazımdır, hansı ki, bu da özlüyündə zəka və ağıl gərəkdirən bir şeydir.
Hansı qərara gəlirəm: bir insanı sevmək üçün də, ilk növbədə, "insan" məfhumunun nə mənaya gəldiyini, insanın necə bir varlıq olduğunu bilmək lazımdır. Daha sonra da həyatda hansı xüsusiyyət və keyfiyyətlərin önəmli olduğunu dərk etmək lazımdır.
İnsanın nə olduğunu bildikdən və hansı dəyər və cəhətlərin önəmli olduğunu anladıqdan sonra hansı tip bir insanı sevməyin məqbul olduğuna qərar vermək onsuz da asan və aydındır.
Yoxsa qarşına çıxan bir kəsdən niyə xoşlandığını bilmirsənsə, anlamırsansa, demək ki, bu hiss hər nədirsə də sevgi deyildir. Çünki sevgi özlüyündə şüurlu bir şeydir. Şüursuzluq isə sevgi ola bilməz. Olsa-olsa ötəri həvəs və ya duyğusal bağlılıq ola bilər.
İnsanların demək olar ki, hər biri "sevirəm" sözündən istifadə edir və çoxları qarşı cinsdən kiməsə aşiq olduqlarını deyirlər. Bəs bu nə anlama gəlir?
Öncə bir şeyi vurğulamaq lazımdır ki, fitrət etibarilə qarşı cinslər bir-birinə, belə desək, maqnitvari bağlılıqla yaranmışlar. Əslində çox az hallarda ola bilər ki, qarşı cinslərdə bir-birinə hansısa elektrik və bağlılıq olmasın. Yəni dünyadakı 7 milyard insanın tutaq ki, 3,5 milyardı kişi, qalan 3,5 milyardı qadındırsa, bu iki tərəfdəki 3,5 milyardların hər biri qarşı tərəfdəki 3,5 milyarda avtomatik elektrik duyur. İrqindən, yaşından, əxlaqi və mənəvi keyfiyyətlərindən hətta gözəl və ya çirkin olmasından asılı olmayaraq "qarşı cins" olmaq hər kəs üçün özlüyündə müəyyən elektrik və bağlılıq anlamı ifadə edir. Sadəcə bu elektrik və bağlılığın miqdarı və fazası fərqlidir.
Dolayısıyla da hər bir qarşı cins nümayəndəsində bir-birinə avtomatik elektirik olduğu üçün onların bir-birinə meyli və istiqamətlənməsi də yeterincə asan bir prosesdir.
Amma bu meyllənmənin səbəbləri müxtəlif ola bilər. Burada əsas məsələ fərdi, individual amillərdir. Fərdin düşüncə və xüsusiyyətlərdir.
Əgər bir kəs əxlaqlı deyilsə, o, kimisə sevə bilməz. Çünki əxlaqlı olmamaq yaxşını sevməmək və ya yaxşı ilə pis arasında fərq qoymamaq ruhiyyəsi deməkdir. Dolayısıyla da müsbət və ali hisslər olan sevgi kimi bir hissi duya bilməsi və önəmsəməsi də mümkünsüzdür.
Bu, həmçinin zəkasız insanlar üçün də keçərlidir. Zəka səviyyəsi azaldıqca sevginin insanlar üçün dəyəri və önəmi də azalır. Zəka səviyyəsi lap aşağı olduqda isə demək olar ki, heyvanvari bir sevgi anlayışı keçərli olur. Məsələn, sadəcə cinsi ehtiyacı təmin etmək şəklində olan.
Fərd əgər zəkalı və həm də əxlaqlıdırsa, bu halda o, həyatı, dünyanı, yaxşı və pisi yetərincə anlamaq və fərqində olmaq səciyyəsinə sahibdir. O, doğru ilə yanlışı, faydalı ilə ziyanlını hər bir istiqamət və sahədə anlamlandıra bildiyi üçün və bütövlükdə həyatın nə demək olduğunu qavraya bildiyi üçün, bu "həyat" adlı bütünün bir parçası olan sevgini də dərk etmək xüsusiyyətinə sahibdir.
İnsanların böyük bir hissəsi isə açığını desək, zəkasız və qeyri-əxlaqlı olduğu üçün onların "sevgi" dedikləri şey tamamilə başqa bir şeydir. Onlar üçün həyatda hadisə və proseslərin, yaxşı ilə pisin, doğru ilə yanlışın elə bir fərqi olmadığı üçün onları yalnız və yalnız bəsit instinkt və heyvani dürtülər (özünü təsdiq etdirmək, şəhvət, zəifliyini örtmək və s.) idarə etdiyi üçün sevgi də onlar üçün ucuz və fərqli anlamdır.
Başqa sözlə desək, əslində hər kəs sevir (və ya sevdiyini zənn edir). Sadəcə olaraq hər kəsin sevdiyi şey fərqlidir. Kimisi öz şəhvətini sevir, kimisi öz zəkasızlığını və ya iradəsizliyini, ya da kompeksini və s. Çox az adam isə həqiqətən sevir (zəkalı və əxlaqlıdır).
Əksər insanlar əslində sevmir, sadəcə sevdiyini zənn edir və ya özünü aldadır.
Bütövlükdə götürdükdə əslində çox az insan üçün sevgi həqiqi anlamını ifadə etdiyi üçün əslində həyatda elə çox az sayda adam həqiqi mənada xoşbəxt ola bilir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İMDB-qiymətləndirməsinə əsasən 10 ən yaxşı animasiya
Sizə yaraşan rəngi tapın
Qaqarinin paltarları, meteoritlər, 4 milyard yaşlı daş
Matryoşka oyuncaqları
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
Mikroelementlər-1
Qan donduran xəbər - 1700 cəsəd...
Hələ doğulmayan övladının adına hesab açdı
Bütün dünyada şagirdlər üçün pulsuz onlayn tədris yaradılır
"Nar Mobile" ən sadiq abunəçilərini mükafatlandırdı
Hande Erçeldən yeni FOTOsessiya
Qrelandiyada buzlar əriyir-XƏBƏRDARLIQ
Türkiyə hökumətində istefa
Payız qarderobunuzda nələr olmalıdır?
1-ci siniflər üçün kiçik summativlər keçirilməlidir?-RƏSMİ CAVAB
Ancelina Coli hər kəsi heyrətləndirdi-FOTO
Musiqili Teatrın solisti beynəlxalq festivalda Azərbaycanı təmsil edəcək
Azərbaycan restoranlarında yenilik
Hamilə qadınlar üçün idman hərəkətləri
"Buraxılış vərəqəsi" verilir
HAVA necə olacaq? 22 MAY
İş rejimi gücləndirilir
Düşmən Tərtər və Ağcabədi rayonlarını atəşə tutur
Ermənistandan Zod qızıl yatağı barədə AÇIQLAMA: “Azərbaycanın nəzarətindədir”
Azərbaycanda ilk - böyrək köçürülən qadın ana oldu
Avatarlar 3-cü hissə
Saç rəngini təbii yolla açan üsul
İki beynimiz var imiş - Alimlərdən KƏŞF
Bu günün tarixi (07.09.2015)
Merilin Monronun "oğlu" Obamanın itini oğurlamaq istədi
Doğuş çantanızda nələr olmalıdır?
Bakıda "məzun gün"ləri dəyişdi
Cənnət alması mürəbbəsi (foto resept)
Ermənistan və Azərbaycan arasında status-kvo partladılır
Türkiyədə oxumaq istəyənlərin NƏZƏRİNƏ
6 yaşlı azərbaycanlının Rusiya telekanalındakı çıxışı hər kəsi heyrətləndirdi -VİDEO
Hadisənin bacısı da Belçikaya köçür-SƏBƏB
Günün qoroskopu: ailə üzvləri ilə fikir ayrılıqları mümkündür
Bu otelə uşaqlı ailələrin girişi qadağan edilib-FOTO
Azərbaycan əraziləri Ermənistan ordusu tərəfindən atəşə tutulub
Dünyada növbəti soyuq müharibə
Alim Qasımov, qızı və nəvələrindən Azərbaycan himni - VİDEO
Rusiyanın xalq artistləri Bakıya gəlir
Zakir Həsənov: Ermənistan bir təhlükədir
Qısqanc ərin acı intiqamı: illər sonrakı halı ŞOK ETDİ - FOTO
Krım erməniləri milli-mədəni muxtariyyət aldılar
Mer süpürgəçi forması geyinib, şəhərin küçələrini yudu - FOTO
Hərbi qulluqçularla bağlı qaydalarda dəyişiklik
Noxudlu salat (foto-resept)
"Emmy" alan ilk türk aktyor
- ŞƏRHLƏR