İnsan qəlbinin açarı "sözdür". İnsanlar xarici aləmlə öz doğma dili vasitəsilə təmas yaradırlar. Onların maddi, əxlaqi-ruhi, ictimai həyatının quruluşu, cəmiyyətdəki yeri, digər insanlarla ünsiyyəti müxtəlif söz birləşmələri və ifadələrlə gerçəkləşdirilir. Söz və nitq insan təfəkkürünün zirvəsidir. İnsanlar, adətən, öz davranış və hərəkətlərini öz ağlı və idrakı ilə izah etməyə çalışırlar. Əslində isə onlar nə edirlərsə, öz ehtiyaclarını ödəmək xatirinə edirlər. Bir sözlə, insan fəaliyyətinin hərəkətverici qüvvəsi, davranış hərəkətlərinin mənbəyi onun tələbatıdır. İnsan tələbatının obyektiv göstəriciləri mövcuddur ki, bu da insanın şüuru, düşüncəsi və iradəsi ilə idarə olunmayan emosiyalarıdır. Emosiya nədir? Emosiya dedikdə, psixi vəziyyətin, insanın əhval-ruhiyyəsinin üzünün ifadəsində, mimikasında biruzə verməsi kimi anlaşılmır və bu məsələnin zahiri cəhətidir. Daha dərin və ümumi cəhəti onun insanın psixikası ilə bağlı olan tərəfidir. Emosiya hər hansı aktual tələbatın insan beynində əks olunması və onun təmin olunması imkanının qiymətləndirilməsidir. Bunu isə hər bir şəxs öz bilik və təcrübəsi ilə qiymətləndirir. Hər hansı məlumata malik olan şəxs öz tələbatına uyğun olaraq aldığı informasiyanı qiymətləndirə bilir. Məhz buna görə də eyni bir əsər, söylənilən söz və yaxud dinlənilən nitq ayrı-ayrı dinləyicidə, tamaşaçıda fərqli daxili gərginlik yaradır.
İnsanın tələbatı məsələsinə də toxunaq. Qeyd edək ki, bu günə qədər insan tələbatının təsnif olunmasında çətinliklər ilkin tələbatın çoxsaylı tələbatlara transformasiya olunması ilə izah olunur. Hazırda bu haqda dəqiq meyarlar yoxdu. Məsələn: amerikalı psixoloq A.Maslou bunların sayının 15, Mak-Duqlas 18, fransalı Merrey və Pyeron 20 olduğunu qeyd edir. Tam dəqiq desək, insanların tələbatı 2 əsas qrupa bölünür: həyati (vital) və ictimai (sosial) tələbatlar.
Həyati tələbat fərdin varlığını təmin edən əsas tələbatdır. Bunlara qida, su, optimal isti-soyuq rejim, xarici zərərli təsirlərdən qorunmaq və s. tələbatlar aiddir. Bu məlumatlardan çoxsaylı maddi tələbat doğur (geyim, ev-eşik və s.)
İctimai tələbat sözün əsl mənasında insanın müəyyən sosial qrupa mənsub olması, onunla ümumiliyi, müəyyən ictimai yerə malik olması, onu əhatə edən insanların diqqətinə, hörmətinə, məhəbbətinə, qayğısına olan tələbatdır.
Ümumiyyətlə, insanın sosial tələbatı adətən 2 hissədən ibarət olur:
1) özü üçün olan tələbatlar;
2) başqaları üçün olan tələbatlar.
Özü üçün olan tələbat insanın özünə aid olan hüquqları başa düşüb dərk etməsidir. Başqaları üçün olan tələbat isə həmin şəxsin digərləri qarşısında öz borcunu dərk etməsidir.
Daha bir məsələyə - şəxsiyyət formuluna toxunaq. Hər bir insanın öz şəxsiyyət formulu vardır ki, bunun köməyi ilə insan qarşısındakı adamın şəxsiyyətini təyin etməyə çalışır. İnsanın şəxsiyyət tipləri çox və müxtəlifdir. Bütün insanlar müsbət və mənfi tiplərə bölünür.
Müsbət tiplər daxilən xarici mühitə tez uyğunlaşan sosial tiplərdir. Mənfi tiplər isə daxilən ziddiyətli, həm də xarici aləmlə daim münaqişədə yaşayan melonxonik tiplərdir.
Müasir anlayışlara görə, insan şəxsiyyətinin quruluşu 4 hissəyə bölünür:
1) insanın temperamenti və digər bioloji xüsusiyyətləri;
2) İnsanın iradəsi, yaddaşı, hissləri, emosiyaları, qavrayışı, təfəkkürü, duyğuları, bir sözlə,əsas psixoloji proseslərin birləşdirən bu hissədə ictimai elementlər də özünə yer tapır.
3) İnsanın bacarığı, biliyi kimi xüsusiyyətləri həyat təcrübəsi və təhsillə yaranır.
4) İnsan şəxsiyyətinin ən ali, sonuncu hissəsini onun dünyagörüşü, həyatda idealı, maraqları, istək və arzuları təşkil edir, yalnız tərbiyə vasitəsilə yaranır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dərin quyuda iki gün qalan təqaüdçü qadın xilas edildi - VİDEO
Serenay və Cem Yılmaz karantin vaxtı görüntüləndi
Göz rənginə görə makiyaj
Su israfının qarşısını necə alaq?
Hərəkət edən rəsmlər
Sılanın məhkəmə tarixi məlum oldu-FOTO
Hollandiyada ermənilərə qarşı mitinq keçirilib
Tom and Jerry
2014-cü ilin ziyafət geyimləri
Ermənilərin Gürcüstanda fırıldağı: ikinci Qarabağ?
Ağıllı qızlar niyə tənhadırlar?
Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib
Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO
Polşa höküməti istefa verdi
Azərbaycanda seysmik təhlükə: AMEA iş başında
Ramazanın 27-ci gününün duası
İlham Əliyev xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edib
Bakıdakı bərbad küçə ilə bağlı gülməli təklif
Ermənilər küçələrə çıxdı
Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (3-cü hissə)
Saakaşvili Azərbaycanı “təhlükə zonasına” saldı
Azərbaycanlı tələbələrdən unikal ixtira-VİDEO
Bitki yağları haqqında
Gonbullar əlil hüququ aldılar
Düşmən Ağdam kəndini atəşə tutdu
Onlar bir zamanlar sinələrdə parlardı...
Körpələrin zehnini inkişaf etdirən faktorlar
Məktəbli formaları indi neçəyədir?
Bazar gününü gözəl keçirmək üçün tövsiyələr
Norveç kralı karantinə yerləşdirilib
Azərbaycanda idman federasiyası dağılır?
Hökumətdən manat həmləsi
Qarabağsayağı göyərti kətəsi (foto resept)
Bu kənddə yerin altında namaz qılırlar
Buraxılış imtahanı təxirə salındı-SƏBƏB
Burcu Güneşin TOYU olacaq-FOTO
Qida formasında bijuteriyalar
Arıqlamaq üçün məşhur sirri
Gəlinlik ayaqabısının seçimi
Yoldaşının telefonuna baxan qadına CƏZA
Dəqiqlik üçün darçın, stress üçün qoz
Günün qoroskopu: bulanıq suda balıq tutmaq olar
"QazEL"lər xəttdən çıxarılır
Onu görən gözlərinə inana bilmir-FOTO
Azərbaycanı, hər birimizi böyük təhlükə gözləyir
Yolumuz Şuşayadır - VİDEO
O, yeni fenomendir
Maraqlı dəstlər
Naxçıvan dolması (foto resept)
MN: “Cəbhənin Ağdam istiqamətində ordumuzun zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib”
- ŞƏRHLƏR