İslam alimlərindən biri uşaqlıq illərində öz zəkası ilə hamını heyrətə salardi. Bir gün onun yaşadığı Kufə şəhərinə Allahı inkar edən,hər şeyi təbiətin yaratdığını iddia edən və hər getdiyi yerdə alimlərlə bu barədə mübahisələrə girişən biri gəlir.
Boş fikirlərini anlatmağa başlayan bu adamın Kufə alimləri ilə görüşüb onlara dərs vermək istəyinə gülən müsəlmanlar: "Bizim balaca bir alimimiz var, əgər onunla qarşılaşıb,ona qalib gəlsən,böyük alimlərimiz səninlə görüşər",deyə cavab verirlər. Həmin adam razı olur,görüş yerini və saatını müəyyənləşdirərək dağılışırlar.
Təyin olunan vaxt görüşün keçiriləcəyi şəhər meydanı kufəlilərlə dolmuşdu. Aradan yarım saat da keçdi,lakin balaca alim görünmürdü. Saatlar keçdikcə dinsiz adam qürurlanır və "məndən qorxdu"-deyərək gülürdü. Elə bu zaman balaca alim adamları yara-yara meydanın ortasına gəldi. Dinsiz adam:
- Nə üçün gecikdin,balaca? Yoxsa qorxdun? - deyə soruşdu.
- Xeyr.- deyə oğlan cavab verdi,- qorxmadım. Evimiz çayın yanındadır. Evdən çıxıb bura gəlirdim ki,yol üstündəki körpünün uçub dağıldığını gördüm. Keçə bilməyəcəyimi başa düşdüm. Dərhal çay kənarındakı ağaclara əmr etdim ki, bərə olsunlar və məni çayın bu tərəfinə keçirsinlər. Onlar mənim əmrimə tabe olub dərhal bərə oldular,mən də onun üstünə çıxıb üzərək bu tərəfə keçdim. Buna görə də gecikdim,üzr istəyirəm.
Bu cavab qarşısında qəh-qəhəylə gülməyə başlayan dinsiz adam:
- Ay ağılsız uşaq! Sən məni ələ salırsan,heç ağac da özü-özünə bərə olarmı? - dedi.
Bu cavabı eşidən uşaq birdən-birə ciddiləşərək özündənrazı adama belə dedi:
- Əsl ağlı olmayan mən deyiləm! Bir bərənin belə özü-özünə əmələ gələ bilməyəcəyini qəbul etmirsənsə,bu ucsuz-bucaqsız aləmin özü-özünə var olduğunu necə iddia edirsən?
Bu hazırcavablığın qarşısında çaşıb qalan adam:
- Məni bağladın, balaca! Yaxşı, elə isə varlığını iddia etdiyin Allahı göstər ki,biz də inanaq,-dedi.
Balaca alim bir stəkan süd gətirtdi,bu adamın gözləri qarşısına tutub soruşdu:
- Yağ və pendir nədən hazırlanır?
- Əlbəttə süddən.
- Eləsə, bu stəkandakı südün içindəki yağ və pendiri göstər!
Dinsiz çaşıb qaldı.
- Əlbəttə,bu südün içində yağ və pendir var,amma görünməz axı! - dedi.
Dinsizin zəif yerindən tutan balaca alim ona belə dedi:
- Bu südün içində yağ və pendir olduğunu iddia etdiyin halda göstərə bilmirsən. Allahı, "Allah budur", deyə göstərmək mümkün ola bilərmi? Yağ bu südün hər zərrəsində necə vardırsa, Allah da bu aləmdə eləcə vardır.
Bu tutarlı cavablardan sonra da Allahın varlığına inanmayan adam məğlub olduğunu qəbul etmir,yeni-yeni sübutlar axtarmağa çalışırdı.
- Son sualıma da cavab versən,üstünlüyünü qəbul edəcəyəm,-deyə adam bir daha özünü müdafiə etməyə cəhd etdi,
- Madam ki, "Allah vardır"-deyirsən,elə isə de görüm, indi o nə iş görür?
Balaca alim bir az fikirləşərək ona belə bir təklif etdi:
- Oturduğun kürsüdən aşağı düş, sualının cavabını orda verəcəyəm.
Adam bir şey anlamayaraq uşağın dediyini etdi. Balaca alim dinsizin düşdüyü kürsüyə çıxdı və:
- Gördün,Allah sənin kimi bir dinsizi bu kürsüdən aşağı düşürdü, mənim kimi balaca bir qulunu bura çıxardı, -deyincə dinsizin daha deyəcək sözü qalmadı.
Bir müddət sonra Kufə əhalisindən bir neçəsi həmin adamı başqa şəhərdə görmüşdü. Onun təkəbbüründən əsər-əlamət qalmamiş və tamamilə yeni bir insan olmuşdu.
Əziz qadınlar, bilin ki, Allah birdir və bənzəri yoxdur, hər şeyi yaradan Allahdır, hər şey Ona möhtacdır, hər kəs Ona
sığınır.
XƏBƏR LENTİ
Evlilik məsləhətləri
Barmaqlarımız haqqımızda nə deyir?
Ukrayna Tiflisə Saakaşviliyə görə "yox" dedi
Bir az da əylənək
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü başlayıb
Bel hissənizdəki yağları əridəcək içkilər
Günün ulduz falı
Bel və kürək piyləri ilə mübarizə
Günün ulduz falı
"Jara" festivalına o da gəlir-VİDEO
Ayaqqabı ayaqlarınızı sıxırsa - Bunları edin!
52 yaşlı ulduz görənləri TƏƏCCÜBLƏNDİRİR
5 kiloqram arıqladan kök pəhrizi.
HAVA necə olacaq?
Sızanaq izləri üçün maska
Quran və elmi kəşflər
Ərdoğandan bütün qadınlara qeyri adi təbrik -Video
Hindlilərin xoşbəxtlik məsləhətləri
Hava haqqında - 20.01.2014
Kitab qadağası
Sevdiyiniz şəxsə söylənilən ləqəblər
Yay kimi gərilən insan...
Serenay xəstəxanaya yerləşdirildi-SƏBƏB
YouTube artıq çatdırmır
Məşhur cütlük yenidən barışdı
Mavi ayaqqabılar
Bu, milyon ildə bir olur
Toyuq ətli, kartoflu piroq (foto resept)
ÜST-dən stadionlarla bağlı XƏBƏRDARLIQ
Boğazında qaşıq qalmış gənc-FOTO
Tərtərdə nə baş verir?
40 yaşından sonra evlənən məşhurlar
Baş Nazirdən təhsillə bağlı mühüm QƏRAR
Bayramda neçə gün iş olmayacaq?
O, mənə xəyanət edir!
Ana dilimizə sahib çıxaq
Dolu yağacaq
Günorta yaranan baş ağrılarının səbəbləri
Nokia Lumia 1520-ni göstərəcək
Nə üçün əsgər paltarları xaki rəngdədir?
Diş ağrısını azaldan üsullar
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycanda artan əməliyyat - mədə kiçiltmə
Məkkəylə bağlı 8 elmi fakt: hərəkət dayanmır; niyə saat əqrəbinin əksinə?
Antibiotiklər: xeyri, yoxsa zərəri daha çoxdur?
Küləkli hava Şəkini işıqsız qoydu
Əməkdar artist tanınmış türk aktrisa ilə bir arada
Dəbli kostyumlar (1)
Pilot sükan arxasında yatdı
Qadınlar və kişilər hansı iPhone-u seçirlər?
- ŞƏRHLƏR