XXI
Elə bu vaxt tülkü gəlib çıxdı. O, salam verdi. Balaca şahzadə nəzakətlə onun salamını aldı, lakin çevrilib ətrafına baxdıqda heç kimi görmədi. Həmin səs yenidən eşidildi:
- Mən burdayam, alma ağacının altında...
- Sən kimsən?-deyə balaca şahzadə soruşdu,-sən necə də gözəlsən!
- Mən tülküyəm,-o cavab verdi.
- Gəl, birlikdə oynayaq,-balaca şahzadə ona təklif etdi,-mən elə qəmliyəm ki...
- Mən səninlə oynaya bilmərəm, mən əhliləşməmişəm,-deyə tülkü boyun qaçırdı.
Balaca şahzadə:
- Ah! Elə isə bağışla,-dedi. Lakin bir az fikirləşəndən sonra əlavə etdi:
- "Əhliləşmək" nə deməkdir?
- Aha! Deməli, sən buralı deyilsən. Bəs burda nə axtarırsan?-deyə tülkü soruşdu.
- Adamları axtarıram,-deyə balaca şahzadə cavab verdi.
- "Əhliləşmək" nə deməkdir?
Tülkü isə cavabında dedi:
- Eh! Adamlar, onların tüfəngləri var, ov edirlər. Bu çox bekara və narahat işdir! Onlar hələ toyuq da saxlayırlar. Bu onların yeganə maraqlandığı şeydir. Sən toyuq axtarırsan?
Balaca şahzadə cavab verdi:
- Xeyr, mən dost axtarıram. Bəs "əhliləşmək" nə deməkdir?
- Bu çoxdan köhnəlib unudulmuş bir sözdür,-deyə tülkü bildirdi.
- Mənası "əlaqə yaratmaq" deməkdir.
- Əlaqə yaratmaq?
- Əlbəttə,-tülkü təsdiq etdi.
- Sən hələlik, mənim nəzərimdə balaca bir oğlansan, yüz minlərlə balaca oğlanlar kimi. Nə sən mənə lazımsan, nə də mən sənə. Çünki mən də sənin nəzərində yüz minlərlə digər tülkülərə bənzəyən bir tülküyəm. Amma sən məni əhliləşdirsən, onda bizim bir-birimizə ehtiyacımız olacaq. Sən mənim üçün dünyada yeganə olacaqsan, mən də sənin üçün...
Balaca şahzadə dedi:
- Deyəsən, mən yavaş-yavaş anlamağa başlayıram. Bir gül var... mənə elə gəlir ki, o əhliləşdirilib...
Tülkü razılaşaraq:
- Niyə də olmasın, yer üzündə elə şeylərə rast gəlirsən ki...-dedi:
- Amma o gül Yer Kürəsində deyil,-balaca şahzadə inkar etdi.
Bu, tülküyə çox maraqlı göründü.
- Bəs hardadır? Ayrı bir planetdə?
- Hə.
- Həmin o planetdə də ovçu var?
- Yox.
- Bax bu çox maraqlıdır. Bəs toyuq necə?
- Yox.
Tülkü ah çəkdi.
- Həyatda heç şey qüsursuz olmur.
- Hər şey kamil ola bilməz. Lakin,-tülkü yenidən öz əvvəlki fikrinə qayıtdı,-mənim həyatım yeknəsəkdir. Mən toyuqları ovlayıram, adamlar da məni. Bütün toyuqlar bir-birinə oxşayır, bütün insanlar da bir-birinə oxşayır. Bu da məni bezikdirir. Amma sən məni əhliləşdirsən, həyatım işıqlanacaq. Mən sənin ayaq səsini digər ayaq səslərindən fərqləndirməyi bacaracam. O biri ayaq səsləri məni yuvama girməyə məcbur edirdisə, səninki məni musiqi kimi yuvadan bayıra səsləyəcək. Bir o tərəflərə baxın! Buğda zəmilərini görürsünüzmü? Mən çörək yeyən deyiləm. Taxıl mənim üçün faydasız bir şeydir. Taxıl zəmiləri nədənsə məni dindirmir. Bu da mənim üçün kədər doğurur. Sənin qızılı saçların var. Məni əhliləşdirsən, nə qiyamət olar! Qızılı rəngli buğdaları görəndə səni xatırlayacam. Zəmilərin xışıltı ilə dalğalanmasını da sevəcəm.
Tülkü susdu və uzun-uzadı balaca şahzadəyə baxdı:
- Xahiş edirəm... Əhliləşdir məni!-dedi.
- Böyük həvəslə edərdim,-balaca şahzadə cavab verdi.
- Amma vaxtım azdır. Mən özümə hələ dostlar tapmalıyam və çoxlu şeylər öyrənməliyəm.
Tülkü dedi:
- Yalnız məftun olduğun və məftun elədiyin şeyi yaxşı öyrənmək olar. İnsanların isə nəyisə yaxşı öyrənməsi üçün qətiyyən vaxtları yoxdur. Onlar dükanlardan hər şeyi artıq hazır vəziyyətdə alırlar. Dost satıcı, dost tacir olmadığından, insanların da dostu yoxdur. Əgər sən dost istəyirsənsə, onda məni əhliləşdir.
- Bunun üçün nə etmək lazımdır?-deyə balaca şahzadə soruşdu.
- Çox səbrli olmaq lazımdır,-tülkü cavab verdi.
- Sən əvvəlcə məndən bir az aralı, beləcə otların üstündə oturacaqsan. Mən sənə çəpəki baxacağam, sən isə dinib danışmayacaqsan. Sözlər qarşılıqlı anlaşmaya yalnız mane olar. Günü-gündən mənə bir az yaxın otura bilərsən...
Ertəsi gün balaca şahzadə yenə ora gəldi.
- Lap yaxşı olardı ki, sən hər gün eyni vaxtda gələsən,-tülkü dedi.
- Məsələn, əgər sən günortadan sonra saat dörddə gələcəksənsə, mən saat üçdən özümü xoşbəxt hiss etməyə başlayacağam. Vaxt yaxınlaşdıqca mən özümü daha da xoşbəxt sayacam. Saat dörddə mən artıq həyəcanlanmağa və narahat olmağa başlayacağam. Mən xoşbəxtliyin dəyərini anlayacam! Amma sən müxtəlif saatlarda, istədiyin vaxt gəlsən, onda mən bilməyəcəm ki, ürəyimi xoşbəxtliyin hansı anına sazlayım, hansı vaxtına kökləyim... Onu mərasim kimi keçirmək lazımdır.
- Mərasim nə deməkdir?-balaca şahzadə soruşdu.
Tülkü cavab verdi:
- Bu da çoxdan yaddan çıxmış şeydir. Bu, bir saatın o biri saatlara, bir günün digər günlərə oxşamamasıdır. Məsələn, mənim ovçularım hər cümə axşamı bayram mərasimi keçirirlər. Onlar kəndin qızları ilə rəqs edirlər. Deməli, cümə axşamı gözəl bir gündür. Mən isə gəzə-gəzə düz üzümlüyə qədər gedib çıxıram. Əgər ovçular nə vaxt gəldi rəqs eləsəydilər, onda bütün günlər bir-birinə oxşayardı və mən də rahatca gəzməyə çıxa bilməzdim, istirahətim olmazdı.
Beləliklə, balaca şahzadə tülkünü əhliləşdirdi. Ayrılıq məqamı yaxınlaşanda isə tülkü ah çəkdi və:
- Məni ağlamaq tutacaq,-dedi.
Balaca şahzadə dedi:
- Öz günahındır. Mən səni kədərləndirmək fikrində deyildim. Səni qəmli görməyi qəti arzulamırdım, sən özün istədin ki, səni əhliləşdirim.
- Əlbəttə,-tülkü dedi.
- Axı sən ağlayacaqsan!-balaca şahzadə israrla dedi.
-Əlbəttə,-tülkü cavab verdi.
- Deməli, bu əhliləşdirmədən sən heç nə qazanmırsan!
Tülkü dedi:
- Mən bundan çox şey qazanıram, sarı, qızılı sünbüllər haqqında söylədiklərimi xatırla,-sonra əlavə etdi,-get, o güllərə bir bax. Sən başa düşəcəksən ki, sənin qızılgülün dünyada yeganədir. Sonra mənimlə vidalaşmağa gələndə mən bir sirri sənə ərməğan edəcəyəm. Bu da mənim sənə hədiyyəm olar.
Balaca şahzadə qızılgülləri görməyə getdi.
- Siz qətiyyən mənim qızılgülümə oxşamırsınız, siz heç nəsiniz.
O, onlara dedi.
- Heç kim sizə məftun olmayıb, siz də heç kimə məftun deyilsiniz. Siz əhliləşməyibsiz. Siz indi mənim tülkümün əvvəlki vəziyyətindəsiniz. O, yüz minlərlə digər tülkülərdən heç nə ilə fərqlənmirdi. Lakin mən onunla dostlaşandan sonra, indi o, dünyada yeganədir. Güllər pərt oldu.
- Siz gözəlsiniz, amma içiniz boşdur,-deyə o, yenə sözünə davam etdi.
- Sizə görə adam özünü fəda vermək istəməz. Əlbəttə, adi bir yolçu mənim gülümə baxıb fikirləşə bilər ki, o da eynilə sizlərə oxşayır. Ancaq bu gül sizin hamınızdan mənə daha əzizdir. Bir halda ki, məhz onu mən sulamışam. Sizləri yox, məhz onu şüşə örtüklə örtmüşəm. Məhz onu mən arakəsmə ilə küləkdən qorumuşam. Məhz onun xatirinə kəpənək qurdlarını qırmışam (Onlardan yalnız iki-üç tırtıl saxlamışdım ki, böyüyüb kəpənək olsunlar). Məhz onun şikayətlənməsinə, özünü öyməsinə və hətta bəzən susmasına da mən qulaq asmışam. Çünki o, mənim qızılgülümdür, özümündür. Sonra o, tülkünün yanına qayıtdı və,-Əlvida!-dedi...
- Əlvida!-tülkü dedi.
- Sənə deyəcəyim sirr bax budur, qulaq as. O, çox sadədir; yalnız ürəklə yaxşı görmək olur. Ən əsas şeyləri gözlə görmək olmur.
- Ən əsas şeyləri gözlə görmək olmur,-deyə balaca şahzadə yadda saxlamaq üçün bir daha təkrar etdi.
- Sənin qızılgülün sənin üçün ona görə qiymətli və əzizdir ki, sən bütün həyatını ona sərf etmisən, qiymətli vaxtını ona həsr etmisən. Balaca şahzadə daha yaxşı yadda saxlamaq üçün təkrar etdi:
- Qızılgülümə bütün həyatımı sərf etmişəm...
Tülkü dedi:
- İnsanlar bu həqiqəti unudublar, amma sən bunu unutmamalısan. Sən əhliləşdirdiyinə həmişəlik cavabdeh olursan. Sən öz qızılgülünə cavabdehsən...
- Mən öz qızılgülümə cavabdehəm,-deyə balaca şahzadə unutmamaq üçün təkrar etdi.
Ardı var...
XƏBƏR LENTİ
Anormal istilər normaya çevriləcək
Hörüklü pizza (foto-resept)
"İskender" kababı (foto-resept)
Qarın əridən içkilər
Türkiyədə zəlzələ olub
Stəkanı yerə buraxın bu gün!
Qara şokolad və badam
Plastik əməliyyatlar Məryəmi belə dəyişdi - fotolar
Sahibsiz məktublar... (3 və 4)
Yalan danışan insanları necə təyin etmək olar?
Sevgilisindən qisas almaq üçün pilot oldu - FOTO
Türkiyə MN-dan Azərbaycana bayram təbriki: “Sizinlə fəxr edirik”
Günün qoroskopu: Təmkinli olun!
Qadın.net-lilərin ləqəbləri (2-ci hissə)
Dünyanın 10 ən təhlükəli ölkəsi
Macarıstanda beynəlxalq mahnı və rəqs festivalı "Qarabağ" ansamblının uğurlu çıxışları ilə yadda qalıb
Heydər Əliyevin qələbələri xalqın ürəyində əbədi yaşayacaq - Mehriban Əliyeva
Bu da Kriştiano Ronaldonun həyat yoldaşı
1 gündə 20 akula tutdular-FOTO
Qurama üsulunda hazırlanmış ədyallar
Bu gün Mətbuat Günüdür
Hadisenin bacısı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Kerem yayılan gizli mesajlarından danışdı
HAVA necə olacaq?- 6 MART
Günün ulduz falı
NASA-da ilk və yeganə azərbaycanlı alim
Göbələkli bilinçik (foto-resept)
Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
NAMAZ-VI Dərs-Azan və İqamə, Namazın fərzləri
Girovlarımızı burda tuturlar
Acun Cem Yılmaz və Serenayın qonağı oldu - VİDEO
Həyət evlərinin qeydiyyatı SADƏLƏŞDİ
''Ali Müsəmma" plovu (foto resept)
Övladınız üçün erkən cinsi həyatın təhlükələri
Moskvada koronavirusa qarşı peyvəndin kliniki sınaqları başa çatıb
"Facebook", "İnstagram" və digərlərinin Azərbaycanda ofisləri açılmalıdır - TƏKLİF
Teledərslərin sabaha olan cədvəli açıqlandı - FOTO
Xəstəliklərə qarşı möcüzəvi ərzaqlar
DÇ-2014: hansı oyuna hansı kanalda baxmalı?
Ramazanda niyə xurma yeyilir?
Bu gün gənclərin bayramıdır
Tütün məmulatlarının istehsalı və idxalı ilə bağlı yeni QADAДћALAR
Moskvada koronavirusdan ölənlər fərqli formada dəfn ediləcək
Keçi südünün faydaları
Metroda əşyanız itib?
HAVA necə olacaq?- 29 MART
İngilis dili - XXXв…¦I dərs
Xanımlarımızın kompleksləri - 2
Yeni ildə bir həftə iş olmayacaq
Amerikalı musiqiçi nadir kolleksiyanın sahibidir
- ŞƏRHLƏR