Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə ANS PRESS-ə açıqlamasında bildirib ki, yeni nəsil qatarlar hazırda sərnişinlər içərisində olmaqla sınaqdan keçirilir. Yeni qatarlar "Dərnəgül"-"Həzi Aslanov" və "Həzi Aslanov"-"İçərişəhər" xətti ilə hərəkət edir. Qurum rəsmisi bildirib ki, sınaq müddəti bittikdən sonra qatarlar birdəfəlik sərnişinlərin istifadəsinə veriləcək.
Xatırladaq ki, Bakı Metropoliteni qatar parkının yenilənməsi məqsədilə Fransanın “Alstom” şirkət ilə memorandum imzalayıb. Həmin memorandumun şərtlərinə uyğun olaraq, bu şirkətlə “Bakı Metropoliteni” QSC arasında bağlanan müqaviləyə əsasən, 5 vaqondan ibarət üç qatarın alınması nəzərdə tutulub.
Alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir.
Əvvəlki nəsil qatarlardan fərqli olaraq, yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla işləyir. Əgər əvvəlki nəsil qatarların mühərriklərinin gücü 114 kilovat idisə, indi bu rəqəm 170 kilovat təşkil edir.
Köhnə vaqonların çəkisinə gəlincə, əvvəllər bu göstərici baş vaqon üçün 38, aralıq vaqon üçün 36 ton təşkil edirdi. İndi isə yeni nəsil vaqonlarda baş vaqonun çəkisi 34, aralıq vaqonun çəkisi 29 tondur.
Yeni nəsil vaqonların banı paslanmayan metaldandır. Bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid var.
Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Vaqonların salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub. Bundan başqa, qatarlar kondisioner sistemləri ilə də təchiz olunub.
Yeni nəsil vaqonların tutumu 330 sərnişin təşkil edir. Köhnə vaqonlarda isə bu rəqəm 308 idi. Bu texniki göstəricilərdən göründüyü kimi, müasir tələblərə cavab verən yeni qatarlar ən mütərəqqi texnologiyaya, idarəetmə üsuluna malik olmaqla, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını yüksək səviyyədə təmin edəcək.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Göz boyanız qırılıb? Bərpa edək!
Azərbaycanlı gənclərdən İNANILMAZ KƏŞF - Boğulmaq qorxusunu unudun - VİDEO
Bakıda möhtəşəm atəşfəşanlıq olacaq
Yayda saçlarımızı necə qoruyaq?
HAVA necə olacaq?
İrina Bokova ikinci dəfə YUNESKO-nun baş direktoru təyin edilib
Vitiliqo xəstəliyi (dərinin ağarması)
Dünyanın ən çox qazanan aktyoru yenə o oldu
Yeni doğulmuş körpənin qidalanması necə olmalıdır?
Mərciməkli kuskus plovu (foto resept)
Metobolizmanızı gücləndirin
Bakının "Qış cəhənnəmi"
Ermənistanda savaş başladı
Bəzi bank filialları valyuta mübadiləsini dayandırıb
Qadınların daha dözümlü olduğunu göstərən xüsusiyyətlər
Arı südünün faydaları
Müəllimlərin maaşı 4 dəfə artırıla bilər
Mercedes-Benzin Bionik Avtomobili
Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri
Maraqlı araşdırmalar
Ozan Doğulu aylıq kirayəsinə 12 min verəcək
Müdrüklərdən kəlamlar
BÜRCLƏR bizə nə vəd edir?-20 Avqust
Fərqli dekorasiya modelləri
ÜST koronavirusu müalicə edən yeganə ümidli dərmanın adını açıqladı
Həkimdən ŞOK SÖZLƏR : “Bu qidaları yeməyin!”
Ölkədə yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək?
Komendant saatı nə vaxt ləğv olunacaq?
17 əsrlik sirrin üstü açıldı
Məhəmməd Əmin Rəsulzadə - 130 yaş
Əzrail bir anda milyonlarla insanın canını necə ala bilər?
Geyim dəstləri
Beynəlxalq təşkilat Rusiyanı hərbi cinayətdə günahlandırdı
Günün ulduz falı
BÜRCLƏR bizə nə vəd edir?-5 Oktyabr
Azərbaycanda uşaqların övladlığa verilməsi: şərtlərdən xəbəriniz var?
Qara rəngli donlar (1)
Selülitə qarşı ev şəraitində maska
Bədəni koronanirusdan qoruyan amillər hansılardır?
BÜRCLƏR bizə nə vəd edir?-10 Avqust
Qadınlara məsləhət! Özünü əks cinsə necə bəyəndirməli?!
İnsan üzlü "pişik" görənləri təəccübləndirir
Azərbaycanda dördəm doğulub
Sağlam saçlara qovuşmaq üçün 4 addım
Çəkiliş vaxtı cinayət işlədi
Rəsmi Berlin Suriya münaqişəsinin həllinə inanmır
Saç ustalarının xəyal dünyası
Budaqlardan özünə ev tikdi-FOTO
Hande Yener izləyicisini polisə verdi
Cennifer Laurens nişanlandı-FOTO















- ŞƏRHLƏR