Düşüncələrə məsafə qoya bilmək üçün istifadə edə biləcəyiniz tapşırıq və bənzətmələr aşağıda verilmişdir.
Tapşırıqlar
- "Düşüncəni yanında gəzdir" tapşırığı
- "Bir şey düşünmə" tapşırığı
- Bənzətmələr
- Etiketləmə
- Televizor ekranı
"Düşüncəni yanında gəzdir" tapşırığı
Düşüncələrimizi yanımızda daşıya bilərik. Düşüncəni itələmədən, çəkmədən və ya basdırmadan onu yanımızda gəzdirə bilərik. Beləcə, düşüncələri öz-özlərinə buraxarıq. Bunu edərkən onlardan qaçmadan, amma həyatımızın mərkəzi halına da gətirmədən etməliyik.
Bunun üçün düşüncələrinizi diqqətə alın. Düşüncələrinizi qovmayın və ya çəkməyin. Düşüncələrinizin yanınızda olduğunu düşünün. Əgər sayı çoxdursa, onları çantanıza qoyduğunuzu düşünün. Hələ də sizi narahat edirlərsə, düşüncələrinizi bir kağıza yazın. Kağızı cibinizə qoyun və düşüncələrinizlə gəzin. Ağılınıza yeni düşüncələr gəlirsə, onları da kağıza yazın.
"Bir şey düşünmə" tapşırığı
Əvvəl bir neçə dəfə nəfəs alıb verin. Ardından otağınızdakı bir cismi seçin. O cismə diqqətlə baxın və o cismi təsvir etməyə çalışın. Sonra aşağıdakı suallara cavab tapmağa çalışın. Bu vaxt əgər ağlınıza başqa düşüncələr gəlirsə, onları qovmadan təkrar bu cismə fokuslanın.
1. Bu cisimin səthi necədir?
2. Düzdür yoxsa əyri?
3. Nə rəngdədir? Hansı rəng tonları var?

Fərqindəlik iş kitabı
Fərqindəlik iş kitabı Pelin Çatak və dos.dr.Kültegin Ögel tərəfindən hazırlanmışdır.
4. Parlaqdırmı, matdırmı?
5. Yumşaqdırmı, sərtdirmi?
6. Böyüklüyü nə qədər?
7. Kölgəsi varmı?
Ardından təkrar bir neçə dəfə nəfəs alın və o cismi əlinizə alın və araşdırın. Aşağıdakı suallara cavab tapmağa çalışın. Bu vaxt əgər ağlınıza başqa düşüncələr gəlirsə, onları qovmadan təkrar bu cisimə fokuslanmağa çalışın.
1. Səthi düzdür yoxsa əyri?
2. Yumşaqdırmı, sərtdirmi?
3. Əyilə bilərmi?
4. İstiliyi necədir?
5. Ağırlığı nə qədərdir?

"Etiketləmə" bənzətməsi
"Mən dəyərsizəm", "Anam xəstələnəcək", "Mənə bir şey demək istədi?" kimi bütün düşüncələri fərq etdiyinizdə onları "Bu, yalnız bir düşüncədir" kimi etiketləyin. Etiketləmək bunların yalnız bir düşüncə olduğunu təyin etməyə və bu şəkildə sabitləyə bilmək üçün faydalıdır. Duyğularımızı hiss etdiyimiz zaman onları "Bu, bir duyğudur" kimi etiketləyə bilərik. Məsələn, yeni tanışlarla qarşılaşdığın zaman qayğı yaşayan bir adam ardından onun özü haqqında nə düşünəcəyini düşünməyə başlaya bilər. Halbuki, qarşılaşdığı zaman yaşadığı qayğı duyğusunu "Bu, bir duyğudur" kimi etiketləsə, o zaman qayğısı yeni düşüncələr yaratmayacaq.
"Televizor ekranı" bənzətməsi
Sizi qorxudan və ya narahat edən bir hadisəylə qarşılaşdığınız zaman bu üsulu istifadə edə bilərsiniz. Belə bir hadisəylə qarşılaşdığınız zaman və mənfi duyğular hiss etməyə başladığınız an ağlınıza bir televizor ekranı gətirin. Düyməni basın və o anda yaşadığınız hadisəni televizorda seyr etdiyinizi düşünün. Sanki bir serial seyr edirmiş kimi xəyal edin. Özünüzü və baxışınızı ona görə nizamlayın.
Televizorda seyr etdiyimiz hadisələrin içində özümüz olmadığı üçün hadisələrə daha mühakiməsiz baxa bilərik. Özümüz ilə düşüncələrimiz arasına bir məsafə qoyarıq. Gün ərzində də bəzi hadisələri televizor ekranından baxırmış kimi yaşasaq, düşüncələrimizin bizi idarə etməsinin qarşısını ala bilərik.
XƏBƏR LENTİ
Azərbaycanlı "Kamçatka gözəli" seçildi FOTO
Düşüncənin riyazi dili - Qələm
Ordumuzun giziri yaralandı
WhatsAppda YENİLİK!
Toyota Camry-də yenilik var
Bakıda daha bir yenilik
Azərbaycanda zəlzələ baş verib
Tətillərin müddəti azaldıla bilər.
Möcüzə enerji-6 (son)
Danimarkada koronavirus səbəbindən su samurlarının kütləvi məhvinə başlanıldı
Niki Minajın yoldaşı 10 illik həbs oluna bilər-SƏBƏB
Dağıdıcı külək davam edəcək
Hazırladığım tortlar
Uşaqların göz sağlamlığı
Real görünməyən real rəsmlər
Ən isti ili yola salırıq
Koronavirusla bağlı son STATİSTİKA
89 yaşlı qadın şəkil çəkdirməyə başlasa...
Təhsil Nazirliyi ilə TQDK arasındakı narazılığa son qoyuldu
Boşandıqdan sonra barışan Sinan və Burcu AÇIQLAMA verdilər-FOTO
Reynmendən ACUNA AДћIR SÖZLƏR-VİDEO
Birlikdə istifadə olunan zaman arıqladan qidalar
Britni Spirs AÇIQLAMA verdi-FOTO
Neftin ucuzlaşması davam edir
Xınalıq "ağardı"
Marsda yeni həyat əlaməti aşkarlandı
Sevginin qarşılığında qazandıqlarımız
İlham Əliyev tanınmışları mükafatlandırdı
3 il sizlərlə - Yeniliklər...
Şahzadənin toyuna xərclənən məbləğ açıqlanıb
Dəbli kəmər kombinləri
Prezidentin son iclasda verdiyi mesajlar
Saç tökülməsinə qarşı acı bibər maskası
Messi 15 milyon dollara təyyarə aldı - FOTO
Azərbaycanda zəlzələ olub
Siqaret yenə bahalaşdı
Bakının bu hissəsində qaz olmayacaq
Qurban bayramında neçə gün iş olmayacaq? - RƏSMİ
İrandakı duz qasırğası Azərbaycan üçün də problemlər yarada bilər
Windows 10 satışlarına start verildi
Ban Ki Mun İŞİD-ə meydan oxudu
İran və Azərbaycan arasında altı ay ərzində ticarət mübadiləsi 285 milyon dollar təşkil edib
Düymələr
Stress qırığı nədir?
İran tarixi uğura imza atdı
İpotekanın bərpa olunacağı vaxt MƏLUM OLDU
Daha bir rayona qar yağdı
Ramazanda düzgün qidalanma
Bakıda "Röya adası" gerçək olur
Sabah hava necə olacaq?















- ŞƏRHLƏR