Qadin.NET / Düşüncələrimizə məsafə qoymaq üçün yollar

Düşüncələrimizə məsafə qoymaq üçün yollar

Düşüncələrimizə məsafə qoymaq üçün yollar

Düşüncələrə məsafə qoya bilmək üçün istifadə edə biləcəyiniz tapşırıq və bənzətmələr aşağıda verilmişdir.

Tapşırıqlar

- "Düşüncəni yanında gəzdir" tapşırığı

- "Bir şey düşünmə" tapşırığı

-  Bənzətmələr

-  Etiketləmə

-  Televizor ekranı 

Düşüncələrimizə məsafə qoymaq üçün yollar

"Düşüncəni yanında gəzdir" tapşırığı

Düşüncələrimizi yanımızda daşıya bilərik. Düşüncəni itələmədən, çəkmədən və ya basdırmadan onu yanımızda gəzdirə bilərik. Beləcə, düşüncələri öz-özlərinə buraxarıq. Bunu edərkən onlardan qaçmadan, amma həyatımızın mərkəzi halına da gətirmədən etməliyik. 

Bunun üçün düşüncələrinizi diqqətə alın. Düşüncələrinizi qovmayın və ya çəkməyin. Düşüncələrinizin yanınızda olduğunu düşünün. Əgər sayı çoxdursa, onları çantanıza qoyduğunuzu düşünün. Hələ də sizi narahat edirlərsə, düşüncələrinizi bir kağıza yazın. Kağızı cibinizə qoyun və düşüncələrinizlə gəzin. Ağılınıza yeni düşüncələr gəlirsə, onları da kağıza yazın.

Düşüncələrimizə məsafə qoymaq üçün yollar

"Bir şey düşünmə" tapşırığı

Əvvəl bir neçə dəfə nəfəs alıb verin. Ardından otağınızdakı bir cismi seçin. O cismə diqqətlə baxın və o cismi təsvir etməyə çalışın. Sonra aşağıdakı suallara cavab tapmağa çalışın. Bu vaxt əgər ağlınıza başqa düşüncələr gəlirsə, onları qovmadan təkrar bu cismə fokuslanın.

1. Bu cisimin səthi necədir?

2. Düzdür yoxsa əyri? 

3. Nə rəngdədir? Hansı rəng tonları var? 

Fərqindəlik iş kitabı

Fərqindəlik iş kitabı Pelin Çatak və dos.dr.Kültegin Ögel tərəfindən hazırlanmışdır.

4. Parlaqdırmı, matdırmı? 

5. Yumşaqdırmı, sərtdirmi? 

6. Böyüklüyü nə qədər?

7. Kölgəsi varmı? 

Ardından təkrar bir neçə dəfə nəfəs alın və o cismi əlinizə alın və araşdırın. Aşağıdakı  suallara cavab tapmağa çalışın. Bu vaxt əgər ağlınıza başqa düşüncələr gəlirsə, onları  qovmadan təkrar bu cisimə fokuslanmağa çalışın.

1. Səthi düzdür yoxsa əyri? 

2. Yumşaqdırmı, sərtdirmi? 

3. Əyilə bilərmi? 

4. İstiliyi necədir?

5. Ağırlığı nə qədərdir?

"Etiketləmə" bənzətməsi

"Mən dəyərsizəm", "Anam xəstələnəcək", "Mənə bir şey demək istədi?" kimi bütün düşüncələri fərq etdiyinizdə onları "Bu, yalnız bir düşüncədir" kimi etiketləyin. Etiketləmək bunların yalnız bir düşüncə olduğunu təyin etməyə və bu şəkildə sabitləyə bilmək üçün faydalıdır. Duyğularımızı hiss etdiyimiz zaman onları "Bu, bir duyğudur" kimi etiketləyə bilərik. Məsələn, yeni tanışlarla qarşılaşdığın zaman qayğı yaşayan bir adam ardından onun özü haqqında nə düşünəcəyini düşünməyə başlaya bilər. Halbuki, qarşılaşdığı zaman yaşadığı qayğı  duyğusunu "Bu, bir duyğudur" kimi etiketləsə, o zaman qayğısı yeni düşüncələr yaratmayacaq.

Düşüncələrimizə məsafə qoymaq üçün yollar

"Televizor ekranı" bənzətməsi

Sizi qorxudan və ya narahat edən bir hadisəylə qarşılaşdığınız zaman bu üsulu istifadə edə bilərsiniz. Belə bir hadisəylə qarşılaşdığınız zaman və mənfi duyğular hiss etməyə başladığınız an ağlınıza bir televizor ekranı gətirin. Düyməni basın və o anda yaşadığınız hadisəni televizorda seyr etdiyinizi düşünün. Sanki bir serial seyr edirmiş kimi xəyal edin. Özünüzü və baxışınızı ona görə nizamlayın.

Televizorda seyr etdiyimiz hadisələrin içində özümüz olmadığı üçün hadisələrə daha mühakiməsiz baxa bilərik. Özümüz ilə düşüncələrimiz arasına bir məsafə qoyarıq. Gün ərzində də bəzi hadisələri televizor ekranından baxırmış kimi yaşasaq, düşüncələrimizin bizi idarə etməsinin qarşısını ala bilərik.

12 dekabr 2014
GO BACK