Bu yazımla dövrümüzdə baş alıb gedən əxlaqi degenerasiya, onun səbəbləri və bu bəladan xilas olmaq üçün düşündüyüm subyektiv çıxış yollarını sizlərə təqdim etmək istəyirəm.
Son dövrlər əxlaqi degenerasiya ən yüksək həddə çatıb. Səbəb nədir? İnsanların özlərini tam müstəqil və məsuliyyətsiz hesab etmələri... Artıq iş o yerə gəlib çatmışdır ki, insanlar əxlaqsızlığı müasirlik, müstəqillik kimi qələmə verirlər. Bir neçə on il bundan əvvəl insanların ağızlarına belə almağa çəkindikləri şeylər təəssüflər olsun ki, artıq normal qəbul edilir. Edilən əxlaqsızlıqlar cəmiyyətin hər təbəqəsinə, xüsusilə də saf gənclərə müasirlik və mədəniyyət kimi təlqin olunur. Kişilərin özlərini qadın kimi aparmaları, qadın üslubu ilə geyinmələri və qadın kimi danışmaları bu təlqinin nəticəsidir. Ya da evlilikdən kənar qeyri-qanuni münasibət, narkotik maddə istifadə etmək məşhurlar tərəfindən “dəbə” mindirilmişdir. Savadsız insanlar da bu şəxsləri özlərinə örnək götürüb onların danışıq və geyim tərzindən tutmuş həyat fəlsəfələrinə qədər hər şeylərini təqlid edirlər. Cəmiyyətdə baş alıb gedən əxlaqsızlıq örnəklərini daha ətraflı şəkildə təhlil edərək onların səbəblərini və hansı üsullarla qarşısının alınacağını təqdim etmək istəyirəm.
Birinci bəla: Narkomaniya
Bugün narkobiznes virus kimi bütün dünyada sürətlə yayılır. Bəzi insanların və ya qrupların sırf pul qazanmaq istəyi insanları məhz narkomaniya bataqlığına sürükləyir. Lakin təkcə səbəbkarları qınamaq doğru deyil. Çünki hər kəsə Allah istifadə etmək üçün ağıl və şüur vermişdir. Bir insan narkotik maddənin zərərlərini bilə-bilə qəbul edirsə deməli, bu onun iradəsizliyinin və şüursuzluğunun nəticəsidir. Hər kəs bilir ki, narkotik maddə insanın səhhətinə çox zərər vurur. Eynilə zəhər kimidir. Beyin və sinir sistemini sıradan çıxarır. Dəlilik, tez qocalma, şüur və hafizəni itirmə, yuxusuzluq və qarabasma narkotik istifadəçilərini rahat buraxmır. Narkotik maddə istifadə edən insanın sosial həyatı da məhv olur. İşləyib pul qazanması, ehtiyaclarını təmin etməsi get-gedə çətinləşir. Bir tərəfdən də, narkotik maddə almaq üçün pul tapmalıdır. Buna görə də narkomanların əksəriyyəti oğurluq, fırıldaqçılıq, cinayət törətməklə, qanuna zidd üsullarla pul tapmağa çalışırlar. Bugün narkobiznesi və istifadə şəklini aradan qaldırmaq üçün istifadə edilən üsullar heç də həll yolu gətirmir. Narkomanları məcburi xəstəxanalara yerləşdirirlər, müalicə etməyə çalışırlar. Yaxud da həbs edirlər. Bir müddət sonra şəxs xəstəxana və ya həbsdən çıxanda yenə köhnə vərdişinə “qaldığı yerdən” davam edir. Narkotik istifadəçisini düşdüyü bataqlıqdan xilas etməyin tək yolu ona iradə qazandırmaqdır. Bir insana sarsılmaz iradə verən şey səbir, təmkin və sevgi ilə ona verilən dəstəkdir.
İkinci bəla: Fahişəlik
Dünyada fahişəliyin yaşı əvvəlki illərlə müqayisədə çox gəncdir. Dünyanın bir çox ölkəsində uşaq dediyimiz yaşdakı oğlan və qızlar pul müqabilində, hətta bəzən öz ailələri tərəfindən satılırlar. Fahişəliyin nəticəsində yaranan maddi və mənəvi zərərlər ictimai quruluşa çox təsir edir. Evlilikdən kənar doğulan uşaqlar və hələ erkən yaşda, özü də evli olmadığı halda övlad sahibi olan anaların həyat tərzinin nə qədər yanlış olduğu göz qabağındadır. Belə bir sistemdə yetişən uşaqların da aqibəti bəllidir. Əxlaqi degenerasiyanın son həddində yaşandığı başqa mövzu da homoseksuallıqdır. Əvvəllər anormallıq kimi qəbul edilən bu bəla indi sürətlə bütün dünyaya yayılır. Artıq bəzi ölkələrdə homoseksuallar evlənə bilirlər, “icarəyə götürülmüş” analar vasitəsilə övlad sahibi olurlar. “İnsan cinsi şəxsiyyətini təyin etməkdə azaddır” kimi ifadələrlə “müasirliklərini” sübut edirlər. Amma diqqət edilsə, homoseksualların və fahişələrin digər əxlaqi yönləri də zəifdir. Aqressiv, söyüşcül, söz başa düşməyən, evləri və bədənləri kir içində, yoluxucu xəstəliyini digər insanlara bilə-bilə keçirəcək qədər kindar və nifrət dolu, heç bir mövzuda sərhəd tanımayan, ar-namusunu tamamilə itirmiş insanlara çevrilirlər. Anormal psixoloji vəziyyətləri ucbatından intihara və cinayətə də çirkin cəsarət nümayiş edə bilirlər. Bu insanların cəmiyyətə heç bir xeyirləri yoxdur. Sadəcə hüzursuzluq, gərginlik, xəstəlik və əxlaqsızlıq gətirirlər. Sosial qurumların bu vəziyyətə olan münasibəti isə həqiqətən də düşündürücüdür...Gözəl tədbirlər hazırlana bilər, gənclərə bu mövzuların mənfi tərəflərini göstərən mühazirələr, layihələr təşkil edilə bilər. Televiziya kanallarında gözəl əxlaqa təşviq edən proqramlar təqdim oluna bilər. Davamlı bu mövzular gündəmə gətirilsə, daha müsbət nəticələr əldə etmək olar.
Daha bir təhlükə: Qumar
Bir çoxları üçün əyləncə sektorudur. Sırf zövq almaq üçün bu pul sərfiyyatı bir çox möhtac insanın rahatlığa qovuşmasına səbəb ola bilər. Halbuki, qumarın insanlara nə qədər böyük zərər verdiyini hər gün qəzet və televiziya kanallarında görmək olur. Qumar borcunu ödəyə bilmədiyi üçün intihar edən, hər şeyini itirdiyi üçün ailəsi dağılan, illərlə çalışıb qazandığı pulunu bir neçə saata itirərək sarsıntı keçirən, buna görə gözünü qırpmadan cinayət törədə bilən insanların xəbərləri hər gün qarşımıza çıxır.
Məsuliyyətsiz buraxılacağına, kiməsə hesab verməyəcəyinə arxayın olan insanlarda sərhəd tanımayan, həddi aşmada və əxlaqsızlıqda bir təhlükə görməyən, nəfsinin və çirkin ehtiraslarının hər əmr etdiyini edən, iradəsini istifadə etmək üçün heç bir səbəb görməyən, etdiyi hər hərəkətə “Mən də insanam, özümü çərçivəyə salaraq bədbəxt ola bilmərəm” məntiqi ilə haqq qazandıran bir anlayış formalaşır. Vicdanlı şəxslərə düşən məsuliyyət bu əxlaqsızlıqlara qarşı mübarizə aparması, insanları bu pisliklərdən təmizləmək üçün cəhd etməsidir. Yoxsa “mənə nə” məntiqi ilə yanaşmaq olmaz. Narkotik maddə qəbul edən ibtidai sinif şagirdi, cinsi azğınlığın “dəb olduğunu” söyləyən yeniyetmə, “Mən sərbəst yaşamaq istəyirəm” deyərək fahişəlik, “Həyatıma rəng qatmaq istəyirəm” deyərək qumar oynayan, utanma və həya duyğularını itirən gənc bizim də övladımız ola bilər. Heç kim bundan sığortalanmayıb. Ona görə də nə qədər ki, gec deyil, cəhd etmək lazımdır. Öz əxlaqımızı tərbiyələndirdiyimiz kimi, ətrafımızdakı insanların da əxlaqını düzəltməyə çalışaq. Gözəl əxlaqa təşviq edək insanları. Səbri, təvəkkülü, iradə və əzmkarlıq göstərməyin vacibliyini öyrədək. Müvəqqəti həvəslərimizə görə bir gün hesab verəcəyimiz məsuliyyətini aşılayaq. Onda dünyamız yaşamaq üçün daha rahat və gözəl yerə çevrilər. Ünsiyyətindən, varlığından zövq alacağımız insanların da sayı artar.
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR