Ümumilikdə dinə və xüsusilikdə Allah inancına etiraz edənlərin çox zaman istifadə etdikləri bir arqument vardır. Bu arqument yunan filosofu Epikür'ün tezi kimi tanınır. Bu arqument belə səslənir:
1. Əgər hər şeyə qadir, hər şeyi bilən və mərhəmətli Allah mövcuddursa şər mövcud olmamalıdır.
2. Dünyada şər mövcuddur.
3. Deməli hər şeyə qadir, hər şeyi bilən və mərhəmətli Allah mövcud deyildir.
Epikür'ün bu arqumenti günümüzdə ateistlər, deistlər, kommunistlər, aqnostiklər və başqaları tərəfindən çox istifadə olunur. Lakin bu arqumentin bir çox cavabı vardır. Mən bu cavablardan ən əsas cavabı burada qeyd edəcəm.
Bu arqumenti gətirənlərə belə bir sual vermək lazımdır. Siz dünyada şərin mövcud olduğunu hardan bilirsiz? Sizin şərin mövcud olduğunu söyləməyiniz üçün şərin nə olduğunu müəyyən etməyiniz lazımdır. Siz nəyin haqlı, nəyin haqsız olduğunu haradan öyrəndiniz? Bir insan düz xəttin nə olması haqqında bir anlayışa sahib olmadığı təqdirdə hər hansı bir xəttə əyri xətt deyə bilməz. Bu dünyada baş verənlərin şər olduğunu müəyyən etmək üçün götürdüyünüz ölçü nədir?
Siz harda bilirsiz ki, bir insanın başqa insanı öldürməsi şərdir, yəni doğru deyildir. Siz hardan bilirsiz ki, acından ölən uşağa kömək etməmək şərdir, doğru deyildir? Bu məsələdə dayandığınız əxlaqi ölçü nədir? Buna iki cavab vermək mümkündür:
1. Dayandığımız əxlaqi ölçü öz ağlımızdır, öz düşüncələrimizdir, cəmiyyətin bizdə formalaşdırdığı mənəvi dəyərlərdir, başqa sözlə desək "subyektiv fikirlərimizdir".
2. Dayandığımız əxlaqi ölçü bütün kainatda keçərli olan universal, obyektiv əxlaqi dəyərlərdir.
Birinci cavabı versələr o zaman deyərik ki, sizin özünüzün subyektiv fikriniz və sizin doğru saydığınız mənəvi dəyər digər insanlar üçün ölçü ola bilməz, o, sadəcə sizin özünüzün fikri ola bilər. Ona görə də siz cəmiyyət tərəfindən beyninizdə formalaşmış mənəvi dəyərlərə əsaslanaraq başqa insanlara etiraz edə bilməzsiz, o zaman dünyada şərin mövcud olduğunu söyləməyiniz sadəcə subyektiv bir fikir olacaq və həqiqəti təmsil etməyəcək, çünki mütləq həqiqət sizin fikrinizdən asılı deyildir.
İkinci cavabı versələr deyəcəyik ki, bu, sizin öz əleyhinizə dəlildir, çünki Adil, Rəhimli, Qadir, Alim olan Allaha inanmırsızsa o zaman universal, obyektiv əxlaqi dəyərlər mövcud ola bilməz. Çünki bütün kainat üçün doğru olan bir ölçü kainatdan üstün olan, ondan kənar olan və onu yaxşı bilən bir Üstün Qanun Verici tərəfindən yaradıla bilər, insan şüuru belə bir universal, obyektiv, əxlaqi dəyəri yarada bilməz, əks təqdirdə ziddiyyət olur. Sadə dildə belə izah edə bilərik: misal üçün biz bir insanın digər insanın canını almasını və ya malını zorla almasını doğru saymırıq və bizdən "nə üçün doğru deyildir?" soruşsalar bunu məntiqi ölçülər ilə izah edə bilmərik. Bu zaman mütləq bütün insanlar, nəinki bütün insanlar, hətta bütün kainat üçün keçərli olan ümumi universal obyektiv mənəvi ölçüyə istinad edək və deyək ki, haqsız yerə insanı öldürmək, haqsız yerə başqa birinin malını almaq bu universal obyektiv dəyərlərə ziddir. Deməli bu universal, obyektiv dəyərlər insanlardan və bütün kainatdan üstündür və nəticə budur ki, bütün dəyərlərdə, qanunlarda olduğu kimi bu dəyərləri, qanunları da mütləq o dəyərlərdən və qanunlardan ali olan bir Varlıq, bir Qanun Verici Varlıq yaratmalıdır. Yaratmaqdan başqa həm də bu dəyərlərin bir təsirinin olduğunu düşünməliyik, yəni müəyyən bir şeyi etdikdə buna görə cəzalanacağımıza inanmalıyıq.
Əgər bu ikinci cavab ilə razıdırlarsa o zaman mütləq insanlar arasında qanun qoyan Allahın mövcudluğunu qəbul etməlidirlər. Bunu qəbul etsələr artıq ateist, aqnostik və ya deist olmaqları mümkün deyildir.
Əgər bunu qəbul etməzlərsə, lakin subyektiv mənəvi dəyərlər ilə kifayətlənərlərsə o zaman onları belə bir reallıq qarşısında buraxmalıyıq. Əgər sabah bir oğru sizin malınızı oğurlasa, bir qatil sizin arvadınızı ələ keçirmək üçün sizi öldürsə, bir kişi qızınızdan xoşlandığı üçün qızınızı zorlasa onun etdiklərinin yalnış olduğunu deyə bilməzsiz, çünki ola bilsin ki, o, öz subyektiv dəyərlərinə görə etdiyini doğru hesab edir.
Nəhayət biz bu arqumetin üzərində durduğu masanı onlara tərəf çevirib onlara qarşı belə bir arqument gətiririk:
[1] Əgər Allah mövcud deyilsə o zaman universal, obyektiv mənəvi dəyərlər mövcud deyildir
[2] Universal, obyektiv mənəvi dəyərlər mövcuddur
[3] Deməli Allah mövcuddur.
Üstəlik ikinci müqəddimənin doğruluğunu təsdiq edən tərəf budur ki, dünyada bəşəriyyətin böyük əksəriyyətinin həqiqətən də üzərində razılaşdıqları mənəvi dəyərlər mövcuddur. Bu mənəvi dəyərlərin haradan ortaya çıxmasında fərqli fikirlərə sahib ola bilərik. Misal üçün kiməsə görə bu mənəvi dəyərlər yalnız və yalnız tarix boyu insanların yetişməsində rol oynamış dini dəyərlər vasitəsilə günümüzə gəlib çıxıb və bizim cəmiyyətlərimizi idarə edən qanun sisteminə inteqrə edilib. Yaxud da deyə bilərik ki, bizdə şüur altında bu mənəvi dəyərlər mövcuddur, sadəcə olaraq ictimaiyyətin tələbi ilə bunlar ya üzə çıxır, ya da basdırılır. Hər bir halda bu, özlüyündə onu göstərir ki, universal, obyektiv mənəvi dəyərlər mövcuddur.
Axırda onu da qeyd edim ki, Epikürün qarşıya qoyduğu arqumentə qarşı digər əks-arqumentlər də vardır, lakin bu arqumentlər daha çox dini təbiətli arqumentlərdir.
Müəllif: Çolaq Addım
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Gənclər Heydər Əliyev zirvəsinə yürüş ediblər
Ermənistan məhbusların cəbhəyə göndərilməsini rəsmən təsdiqlədi
Qat-qat xəmirli içlikli keks(foto resept)
Bakı metrosunun fəaliyyətində dəyişiklik olacaqmı? - AÇIQLAMA
Anqlikan kilsəsində ilk qadın yepiskop
Fransada ara qarışdı
Fizika üzrə Nobel mükafatı laureatı AMEA Fizika İnstitutunda olub
HAVA necə olacaq?- 6 APREL
Dəri baxımı məhsullarının tərkibində olan 3 maddə
Dünyanın ən bahalı almaz ayaqqabısı
Disney qəhrəmanları görmədiyiniz tərzdə
Beyazın yeni işi TƏƏCCÜBLƏNDİRDİ
30 gün ərzində necə gözəlləşmək olar?
XX əsrin faciəsi: Xocalı soyqırımından 25 il ötür
Pələnglərlə bağlı həyəcan təbili çalındı
Suriya ilə bağlı bioloji silah şoku
Azərbaycanda 1000 kişiyə 1005 qadın düşür-STATİSTİKA
İbrahim Məmmədovdan metronun açılması ilə bağlı AÇIQLAMA
“Instagram”da yeni funksiya
Lavaşdan ətli piroq (foto-resept)
Obamanın təyyarəsində problem
Laçınsız 24 il
Azərbaycanda özəl universitetlərdə jurnalistika ixtisası üzrə tələbə qəbulu aparılmayacaq
130 milyardlıq qızıl olan gəmi tapıldı-FOTO
“Keçmişdən gələn cəngavər” metroda maraqla qarşılandı - VİDEO
İndi evinizin yanında olan ağacı belə icazə ilə kəsməlisiniz
Təfəkkürü yaxşılaşdıran 10 QİDA
Beren Saat və Kənan Doğulu Tətildən qayıtdılar-FOTO
DİN-dən düşmən təxribatı ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Azərbaycanın bir neçə rayonunda təbii qaz olmayacaq
İdman yaddaşı artırır
Animasiya qəhrəmanları modern dünyada
Müslüm Maqomayev haqqında serial
"Azərbaycanda parlament seçkilərində tam şəffaflıq təmin edilib"
Xiyarın faydalarını bilirsinizmi?
Xərçəngə qalib gəlib Türkiyə gözəli oldu!-FOTO
İdman üslubunu sevənlərin seçimi - Nissan Juke. Şəhəri Canlandır!
Ermənilər rusları aldadır
Toz fırtınası Azərbaycana təsir edəcək? - Rəsmi açıqlama
Kəs və yapışdır-60
Yunan salatı (foto resept)
Di Kaprio "Oskar"ı geri qaytarır-SƏBƏB
Azərbaycanlı generala həsr edilmiş film göstəriləcək
Moskvada XİN rəhbərlərinin Qarabağ danışıqları başladı - VİDEO
Doğma kəndim - Baş Küngüt
Saakaşvili saxlanıldı
Günün qoroskopu: Pozitiv gündür!
Evdə heyvan saxlamağın zərəri varmı?
Prezident maaşından imtina etdi
Cardi B-yə nə olub?-FOTO














