Rusiyanın "Birinci kanal"ı yeni mövsümdə görkəmli Azərbaycan müğənnisi və bəstəkarı Müslüm Maqomayevin həyatına həsr olunmuş 8 seriyalı filmi təqdim edəcək. Bu barədə "Sobesednik" nəşri xəbər yayıb.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, "Bakı bülbülü" haqqında filmin lentə alınması ideyası Araz və Emin Ağalarovlara məxsusdur. "Krokus Siti"nin yaradıcılarının ailəsinin üç nəsli müğənni ilə dostluq edib və bu səbəbdən "Maqomayev" mövzusu onlar üçün həm də ailənin dərin şəxsi tarixçəsidir. Emin Ağalarovun etiraf etdiyinə görə, o, atası ilə birlikdə layihənin maliyyələşdirilməsində iştirak etməklə onlar bu işin hər bir mərhələsini - yayımçı kanalın seçilməsindən və ssenarinin yazılmasından tutmuş, baş rol ifaçılarının kastinqi və prodüserliyədək məsələləri diqqətdə saxlayıb.
Filmin baş məsləhətçisi müğənninin həyat yoldaşı Tamara Sinyavskayadır. Emin əlavə edib: "Tamara İlyiniçna ilə razılaşdırılması bizim prinsipial şərtimiz olub. Qarşıdakı premyeranın onun üçün bir sürpriz olması bizin ən az arzuladığımız şey olub. Müslüm Maqometoviçin xanımının iştirakı bu unikal insan haqqında hekayənin daha etibarlı olmasının təminatıdır. Bu, bədii, lakin real hadisələrə əsaslanan film olacaq".
T.Sinyavskaya deyib: "İstəyirəm ki, Müslümün xatirəsini ürəklərində yaşadan insanlar onun vəfatından10 ildən sonra da bu gözəl insanı yaxşı tanısınlar. Gənc nəsil isə, ola bilər ki, bu filmdən sonra onu yeni tanısın".
Sinyavskayanın son fikri (Maqomayevi tanımamaq mümkündürmü?) heç də mübaliğə deyil. Müğənninin kim olduğunu hətta baş rolların ifaçılarına da izah etmək lazım gəlib. Sinyavskayanın obrazını canlandıran 28 yaşlı aktrisa və model İrina Antonenko "Miss Yekaterinburq -2009" və "Miss Rossiya - 2010" titullarının daşıyıcısıdır və Maqomayevin səsinin bütün SSRİ-də gurladığı vaxtlarda hələ anadan olmamışdı. Miloş Bikoviç isə öz qəhrəmanının adını ümumiyyətlə eşitməyib. Prodüserlər hətta onu Maqomayev rolunda oynamaq üçün dilə tutublar.
Aktyor xatırlayır: "Əvvəlcə razı olmurdum. Onda prodüserlər Müslüm Maqomayevin kim olduğunu izah etməyə başladılar...İkinci söhbətdə onlar məni yola gətirdilər və indi başa düşürəm ki, əgər imtina etsəydim, böyük səhvə yol verərdim.
Aktyorun Serbiyada doğulduğunu nəzərə alsaq, bütün bunları ona bağışlamaq olar. Miloşun öz rolunun öhdəsindən necə gəldiyini söyləmək hələ tezdir. Hələlik mübahisəsiz olan odur ki, parikdə olan aktyor zahirən həqiqətən də öz qəhrəmanına bənzəyir. Mahnılara gəldikdə, onların ifaçılarının bir neçə variantı olub, lakin ən sonda qərara gəliblər ki, "Qolos" şousu düzəltmək yerinə, Maqomayevin mahnılarını onun özünün ifasında səsləndirmək daha yaxşıdır.
Janr etibarilə film daha çox melodramaya yaxındır. Bikoviç qeyd edir ki, onlar "Maqomayevin anadan olmasından vəfatına qədər həyatı haqqında deyil, onun ömrünün müəyyən dövrü - təqribən 30 yaşında olduğu və Tamara Sinyavskaya ilə tanışlığı" barədə film çəkiblər. Brejnevin durğunluq illərində yaranan və alovlanan bu məhəbbət tarixçəsi də ekran əsərinin mərkəzi süjeti olacaq.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Emmy: telekanalların ən yaxşıları seçildi
Pişik körpəni ölümdən xilas etdi – VİDEO
Payız-qış çantaları
Sobada pomidor dolması (foto resept)
Məzəli meyvə-tərəvəzlər
Dünyanın ən kiçik ölkələri
Antalyada Azərbaycanın və Türkiyənin birinci xanımlarının görüşü olub
"Qoyun" salatı (foto resept)
Angela Merkeldən Azərbaycana müraciət
Məşhur aktyoru səhnədə bıçaqladılar-FOTO
Tom Kruz və İlon Mask kosmosda film çəkəcəklər
Ukrayna Avropada koronavirusdan gündəlik ölüm sayına görə ikinci yerə çıxdı
Prezident onlara fəxri ad verdi
İsa Həbibbəyli vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Əcnəbilər SMS-i bu formada göndərməlidir - RƏSMİ
Axşam Heydər Əliyev prospektinə getməyin
Havalar isti keçəcək!
"Yenə də ad günü... Yenə də palata və mən..."
Demet Okanın XƏYANƏTİNDƏN danışdı
Şuşa qalasında böyük ölçülü Azərbaycan bayrağı - FOTO
Yeni Təhsil nazirimiz kimdir? - DOSYE
Öz maketini hazırlayan ana
Qidadan zəhərlənmə sağlamlıqda ömürlük iz qoyur
Hava haqqında
İspaniya kralının qızı karantinə götürüldü
Azərbaycanda tədris ilinin müddətinin iyuna qədər uzadılmasının səbəbləri açıqlanıb
Rus Dili dərs-19
Prezident “İmamzadə”də
Qozlu brownie (foto resept)
Ən böyük böyrəyə sahib insan Azərbaycanda yaşayır
Hadise bacısı ilə barışdı-FOTO
Bakı Metropolitenində dəyişiklik
Tez qırılan saçlar üçün maskalar
Ağsu dolaylarında torpaq sürüşməsi aktivləşir
Konserv məhsulları bədəni vitaminsizləşdirir
Cennerin aylıq gəliri TƏƏCCÜBLƏNDİRDİ
Günün qoroskopu - 31.10.2013
Ən yaxşı qısa saç modelləri
Ermənilərin Laçında törətdiyi barbarlıq davam edir- FOTO
Luis Enrike: "Bu varianta əl atmaq fikrim yoxdur"
Onurğanı dik tutmağa kömək edən 3 meditasiya
XƏBƏRDARLIQ! Maqnit qasırğası olacaq
Azərbaycanın istedadlı balaları
Sızanaqların qarşısını necə almalı?
“Twitter” tərcümə üçün yeni xidmətə müraciət edib
Bekhem oğulları ilə körpüyə dırmaşdı - FOTO
Bilərziklər
Heç belə bina görmüsünüz?
Leyla Əliyevaya “Knyaginya Olqa” ordeni verildi
Nyu Yorkda ilk Qafqaz irsi festivalı keçirilib














