15 may tarixində Bruklinin "Master" Teatrı binasında Nyu York şəhərində Birinci "Qafqaz irsi" festivalı keçirilmişdir. Festival Bruklin meri Erik Adams və Bakı-Bruklin Dostluq Assosiasiyası tərəfindən təşkil olunmuşdur.
Milli.Az bildirir ki, festivalın təntənəli açılış mərasimi zamanı "Master" Teatrda yığışmış iki minədək tamaşaçını salamlayan Bruklinin meri Erik Adams bu tədbirin böyük önəmindən danışaraq Bruklin-Bakı Dostluq Assosiasiyası və onun prezidenti Mariyetta Rozental, həmçinin "My Way" Uşaq və Gənclər İnkişaf Mərkəzi və onun rəhbəri Alyona Bədəlovaya bu tarixi təşəbbüsün reallığa çevrilməsində müstəsna xidmətlərinə görə təşəkkürünü bildirdi.
E.Adams Bruklini Amerikanın Bakısı adlandıraraq burada bir çox mədəniyyətin təmsilçilərinin birlikdə sülh və əmin-amanlıq şəraitində yaşadığını dedi.
Bundan sonra Bruklin meri E.Adams tərəfindən imzalanmış rəsmi Bəyanatlar (Proklamasiyalar) oxundu. Sənədlərdə Birinci "Qafqaz irsi" festivalının keçirilməsinə dəstək qeyd olunur, bu tədbirin Nyu York və Bruklinin mədəni inkişafına töhfəsi vurğulanır. Bruklin-Bakı Dostluq Assosiasiyası və "My Way" Uşaq və Gənclər İnkişaf Mərkəzinə xüsusi təşəkkür ifadə edilir, onların fəaliyyəti alqışlanır, Bruklin ilə Bakı arasında münasibətlərə olduqca müsbət töhfəsi qeyd olunur. Eyni zamanda bu Proklamasiyalarda hər ilin may ayı Bruklində "Qafqaz irsi ayı" elan edilir.
Öz növbəsində Bruklin-Bakı Dostluq Assosiasiyasının prezidenti Mariyetta Rozental çıxışında Bruklin meri E.Adamsa, Azərbaycan Hökumətinə, o cümlədən ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinə dəstəyə görə xüsusi təşəkkürünü bildirdi.
Tədbirdə iştirak edən siyasi xadimlər və Nyu York Ştatı Assambleyası (qanunverici orqanı) üzvləri belə təşəbbüsün Bruklin üçün böyük bayram olduğunu qeyd edərək bunun ənənəvi hal alacağını təqdir etdilər, Bruklin-Bakı Dostluq Assosiasiyası və "My Way" Uşaq və Gənclər İnkişaf Mərkəzinə təşəkkürlərini vurğuladılar.
Azərbaycan Respublikasının ABŞ-da Səfirliyinin müşaviri Məmməd Talıbov çıxış edərək tədbir təşkilatçılarına təşəkkürünü bildirdi və bu festivalın keçirilməsinin tarixi hadisə olduğunu qeyd etdi. O bildirdi ki, öz tarixi vətənlərindən uzaqda olan istedadlı uşaq və gənclərin öz doğma mədəniyyətini qorumaq, yaşatmaq və tanıtmaq üçün bu gözəl bir imkandır. O, Azərbaycanın tarix boyu tolerantlıq və sülh məkanı kimi tanındığını deyərək, ölkə rəhbərliyi tərəfindən multikulturalizm və mədəniyyətlərarası dialoqa çox böyük diqqət yetirildiyini vurğuladı. Bu kontekstdə diplomat bir neçə gün öncə BMT-nin Sivilizasiyalar Alyansının növbəti forumunun böyük uğurla Bakıda keçirildiyini xatırlatdı. Eyni zamanda o, Bruklin meri E.Adamsa burada yaşayan Azərbaycan icmasına diqqətinə görə təşəkkür etdi.
Bundan sonra "My Way" Uşaq və Gənclər İnkişaf Mərkəzi, "Pesvebi" gürcü mədəniyyət mərkəzi, "İberians" rəqs ansamblı və "Crane Musiqi Teatri" kompaniyası yetirmələri tərəfindən Azərbaycan, gürcü və digər milli rəqslərdən ibarət rəngarəng proqram nümayiş etdirildi. Qeyd edək ki, Azərbaycan müğənnisi Rüfət Axundovun ifasında "Azərbaycan" mahnısı və "Səs Azərbaycan" musiqi müsabiqəsinin iştirakçısı olmuş Orxan Ağayevin ifasında "Sarı gəlin" Azərbaycan xalq mahnısı gurultulu alqışlarla qarşılandı.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Bir damın altında
Hər kəs bu ikibaşlı ilan balasından danışır- FOTO
Arzu Əliyevanın bu gün toyudur
Deniz Çakır yenə məhkəmədə-FOTO
"Taxt oyunları"nda yeni DİL
60 mindən çox mağaza bağlandı-SƏBƏB
Putin Qarabağda atəşkəsin pozulmasından danışdı
İnternet divanəsi olan 10 ölkə
Şüşə olmasaydı
Parlaq saçlar üçün 10 praktik üsul
Yol hərəkəti qaydalarında dəyişiklik
Pul insanı necə məhv edir?
Putin: “Rusiyanın Azərbaycanla xüsusi əlaqələri var”
Putin Baydeni nəyə görə təbrik etmədiyini açıqladı
Cavan qalmaq üçün 10 məsləhət.
Adel yenidən aşiq oldu
"WhatsApp"da YENİLİK: mesajı səhv göndərmisinizsə...
Azərbaycanda COVID-a yoluxub ölənlərin faiz nisbəti bilindi - RƏSMİ
Lənkəranı su basdı
"WhatsApp"dakı şəkilləriniz təhlükədədir
Əcnəbilərə müjdə
Ölümü hələ də müəmmalı qalan xalq artistimiz
Viruslar necə yayılır? - VİDEO
Rahat ayaqqabılar
“Taxt oyunları”nın yaradıcıları yeni seriala hazırlaşır
Bizim Maşa dünyada birincidir
Neftin bahalaşması davam edir
Meqan Markl haqında ŞOK İDDİA - "Hamilə deyil"
İnternet fenomeni hər kəsi qorxutdu-FOTO
Danimarka haqqında bunları bilirdiniz?
Görənləri dəhşətə salan qasırğalar
Unun içinə pulları kim qoydu?-FOTO
Uşaqlar üçün ad günü tortları
Oyuncaqlarla ehtiyatlı olun
Yeni növ canlı alimləri dəhşətə gətirdi-FOTO
Azərbaycanda iş saatları dəyişəcək? - Açıqlama
Acı souslu tərəvəz qızartması (foto resept)
Paradoksal həyati həqiqətlər
Ya mənim olmalısan, ya da mənim...
Kişilərin DİQQƏTİNƏ: atalıq məzuniyyətinə çıxa bilərsiz
Arıqlamağa başlamanın 5 yolu
Azərbaycanda koronavirusdan rekord ölüm: 1465 yeni yoluxma
Toxumağı öyrənək. Dərs - 1
Uşaqların sosial-psixoloji inkişafı-12
Fahriye Evcen qısqanclığı ilə gündəm olub-FOTO
Günün ulduz falı
Qrip bizə ən çox necə keçir?
Sağlam qadınların 11 vərdişi
Nazirlikdən Çindən Bakıya gələn şəxslərlə bağlı açıqlama
Qozlu şokoladlı bonbonlar (foto-resept)














