Milli.Az Trend-ə istinadən bildirir ki, 1992-ci il mayın 18-də erməni işğalçılar rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan edib. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb. 1835 kvadrat kilometr ərazisi olan rayonun 121 kəndi var.
Laçının işğalı zamanı 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal altında 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi qalıb.
1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Laçın ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intesiv olaraq ağır artileriya silahlarından rayon mərkəzini atəşə tutublar.
1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsi ilə daxil olub.
Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan silahlı qüvvələrin əksəriyyəti Bakıda baş verən siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtda mövcud olan silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da qoşulmuşdu. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub.
Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.
Mənbə: Millli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Vanilli keks (foto-resept)
Arıqladan ananas detoksu
Cem Yılmaz Ozan Güvən qalmaqalına görə tənqid olundu
Milli komandamız oynamadan irəlilədi
"İsa Qəmbər radikal müxalifətin keçirdiyi mitinqin uğursuz olacağını hiss edib"
Evə dönməyə hazırlaşan əsgərlərimizin rəqsi - VİDEO
8 Mart - Beynəlxalq Qadınlar Gününüz mübarək!
Şəkər xəmiri ilə "Qış nağılı" tortu (foto-resept)
Paytaxtımızın 7 möcüzəsi - FOTO
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
İran beş ölkədə günəş elektrik stansiyası quraşdırıb
Ermənilərdən çirkin təxribat: Azərbaycanla Türkiyə səfirliklərinin önünə donuz başı qoydular - VİDEO
Qaz Olmayacaq!
Koronavirusun öskürmə zamanı otaqda hərəkəti göstərildi - VİDEO
Rahatlıq verməyən vərdişlər: çarə nədir?
Kraliça əhaliyə çağırış etdi
Rəqəmsal portretlər
"Siyah inci" izləyicilərinə pis xəbər
Pəhrizsiz və idmansız arıqlayın
Yeni doğulan körpəni necə bəsləmək lazımdır?
Neslihan suallara cavab verdi-FOTO
Tuba Büyüküstün SAÇ STİLİNİ dəyişdi - FOTO
Məşhur müğənni səhv döymə etdirdi-FOTO
Ərdoğan: “İlham Əliyevlə danışdım, zəfərə yaxınlaşırıq” - VİDEO
Beyinləri zəhərləyən ədəbiyyat
Muğam Mərkəzində “Natiq” ritm qrupunun konserti keçiriləcək
Məşhur cütlük ayrıldı
107 yaşlı qadın koronavirusa qalib gəldi
İspaniya Kuboku: "Barselona" ev sahibinə dərs keçdi
Yatmaq formanıza görə xarekteriniz
Ağalarovlar 20 il öncə və indi
Qadınların seçimi: kosmetika, yoxsa kitab?
Antalyada Azərbaycanın və Türkiyənin birinci xanımlarının görüşü olub
13 yaşlı uşaq özünə ev tikdi!(FOTO)
Google 1,2 milyon dollar cərimələnib
Putin və Makron Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdilər
HAVA necə olacaq?- 19 MART
Nəmləndirici avokado və bal maskası
Məhbuslarla görüş və sovqat verilməsi bərpa edildi
Üz şəklinizə görə ləl-cəvahirat seçimi!
Bacarıqlı və bacarıqsız insan
Gözəl görsənməyən hərəkətlər
İmtahan fənlərinin sayı artırılacaq
Kişilərin qadınlarda sevmədikləri xüsusiyyətlər
Ana südünün faydaları
Avtobusda gedişhaqqı artır?
Rusiya Ermənistana vəd etdiyi $200 milyonluq silahı göndərməyə başlayıb
Qışda niyə tez-tez xəstələnirik? - Alim səbəbi göstərib VACİB XƏBƏRDARLIQ ETDİ
Suya çox ehtiyacı olmayan 3 bitki
Mars planetində çəkilən selfi














