Qadin.NET / Əxlaqi degenerasiya

Əxlaqi degenerasiya

Əxlaqi degenerasiya

Bu yazımla dövrümüzdə baş alıb gedən əxlaqi degenerasiya, onun səbəbləri və bu bəladan xilas olmaq üçün düşündüyüm subyektiv çıxış yollarını sizlərə təqdim etmək istəyirəm.

Son dövrlər əxlaqi degenerasiya ən yüksək həddə çatıb. Səbəb nədir? İnsanların özlərini tam müstəqil və məsuliyyətsiz hesab etmələri... Artıq  iş o yerə gəlib çatmışdır ki, insanlar əxlaqsızlığı müasirlik, müstəqillik kimi qələmə verirlər. Bir neçə on il bundan əvvəl insanların ağızlarına belə almağa çəkindikləri şeylər təəssüflər olsun ki, artıq normal qəbul edilir. Edilən əxlaqsızlıqlar cəmiyyətin hər təbəqəsinə, xüsusilə də saf gənclərə müasirlik və mədəniyyət kimi təlqin olunur. Kişilərin özlərini qadın kimi aparmaları, qadın üslubu ilə geyinmələri və qadın kimi danışmaları bu təlqinin nəticəsidir. Ya da evlilikdən kənar qeyri-qanuni münasibət, narkotik maddə istifadə etmək məşhurlar tərəfindən “dəbə” mindirilmişdir. Savadsız insanlar da bu şəxsləri özlərinə örnək götürüb onların danışıq və geyim tərzindən tutmuş həyat fəlsəfələrinə qədər hər şeylərini təqlid edirlər. Cəmiyyətdə baş alıb gedən əxlaqsızlıq örnəklərini daha ətraflı şəkildə təhlil edərək  onların səbəblərini və hansı üsullarla qarşısının alınacağını təqdim etmək istəyirəm.

Əxlaqi degenerasiya

Birinci bəla: Narkomaniya

Bugün narkobiznes virus kimi bütün dünyada sürətlə yayılır. Bəzi insanların və ya qrupların sırf pul qazanmaq istəyi insanları məhz narkomaniya bataqlığına sürükləyir. Lakin təkcə səbəbkarları qınamaq doğru deyil. Çünki hər kəsə Allah istifadə etmək üçün ağıl və şüur vermişdir. Bir insan narkotik maddənin zərərlərini bilə-bilə qəbul edirsə deməli, bu onun iradəsizliyinin və şüursuzluğunun nəticəsidir. Hər kəs bilir ki, narkotik maddə insanın səhhətinə çox zərər vurur. Eynilə zəhər kimidir. Beyin və sinir sistemini sıradan çıxarır. Dəlilik,  tez qocalma, şüur və hafizəni itirmə,  yuxusuzluq və qarabasma narkotik istifadəçilərini rahat buraxmır. Narkotik maddə istifadə edən insanın sosial həyatı da məhv olur. İşləyib pul qazanması, ehtiyaclarını təmin etməsi get-gedə çətinləşir. Bir tərəfdən də, narkotik maddə almaq üçün pul tapmalıdır. Buna görə də narkomanların əksəriyyəti oğurluq, fırıldaqçılıq, cinayət törətməklə, qanuna zidd üsullarla pul tapmağa çalışırlar. Bugün narkobiznesi və istifadə şəklini aradan qaldırmaq üçün istifadə edilən üsullar heç də həll yolu gətirmir. Narkomanları məcburi xəstəxanalara yerləşdirirlər, müalicə etməyə çalışırlar. Yaxud da həbs edirlər. Bir müddət sonra şəxs xəstəxana və ya həbsdən çıxanda yenə köhnə vərdişinə “qaldığı yerdən” davam edir. Narkotik istifadəçisini düşdüyü bataqlıqdan xilas etməyin tək yolu ona iradə qazandırmaqdır. Bir insana sarsılmaz iradə verən şey səbir, təmkin və sevgi ilə ona verilən dəstəkdir.

Əxlaqi degenerasiya

İkinci bəla: Fahişəlik

Dünyada fahişəliyin yaşı əvvəlki illərlə müqayisədə çox gəncdir. Dünyanın bir çox ölkəsində uşaq dediyimiz yaşdakı oğlan və qızlar pul müqabilində, hətta bəzən öz ailələri tərəfindən satılırlar. Fahişəliyin nəticəsində yaranan maddi və mənəvi zərərlər ictimai quruluşa çox təsir edir. Evlilikdən kənar doğulan uşaqlar və hələ erkən yaşda, özü də evli olmadığı halda övlad sahibi olan anaların həyat tərzinin nə qədər yanlış olduğu göz qabağındadır. Belə bir sistemdə yetişən uşaqların da aqibəti bəllidir. Əxlaqi degenerasiyanın son həddində yaşandığı başqa mövzu da homoseksuallıqdır. Əvvəllər anormallıq kimi qəbul edilən bu bəla indi sürətlə bütün dünyaya yayılır. Artıq bəzi ölkələrdə homoseksuallar evlənə bilirlər, “icarəyə götürülmüş” analar vasitəsilə övlad sahibi olurlar. “İnsan cinsi şəxsiyyətini təyin etməkdə azaddır” kimi ifadələrlə “müasirliklərini” sübut edirlər. Amma diqqət edilsə, homoseksualların və fahişələrin digər əxlaqi yönləri də zəifdir. Aqressiv, söyüşcül, söz başa düşməyən, evləri və bədənləri kir içində, yoluxucu xəstəliyini digər insanlara bilə-bilə keçirəcək qədər kindar və nifrət dolu, heç bir mövzuda sərhəd tanımayan, ar-namusunu tamamilə itirmiş insanlara çevrilirlər. Anormal psixoloji vəziyyətləri ucbatından intihara və cinayətə də çirkin cəsarət nümayiş edə bilirlər. Bu insanların cəmiyyətə heç bir xeyirləri yoxdur. Sadəcə hüzursuzluq, gərginlik, xəstəlik və əxlaqsızlıq gətirirlər. Sosial qurumların bu vəziyyətə olan münasibəti isə həqiqətən də düşündürücüdür...Gözəl tədbirlər hazırlana bilər, gənclərə bu mövzuların mənfi tərəflərini göstərən mühazirələr, layihələr təşkil edilə bilər. Televiziya kanallarında gözəl əxlaqa təşviq edən proqramlar təqdim oluna bilər. Davamlı bu mövzular gündəmə gətirilsə, daha müsbət nəticələr əldə etmək olar.

Əxlaqi degenerasiya

Daha bir təhlükə: Qumar

Bir çoxları üçün əyləncə sektorudur. Sırf zövq almaq üçün bu pul sərfiyyatı bir çox möhtac insanın rahatlığa qovuşmasına səbəb ola bilər. Halbuki, qumarın insanlara nə qədər böyük zərər verdiyini hər gün qəzet və televiziya kanallarında görmək olur. Qumar borcunu ödəyə bilmədiyi üçün intihar edən, hər şeyini itirdiyi üçün ailəsi dağılan, illərlə çalışıb qazandığı pulunu  bir neçə saata itirərək sarsıntı keçirən, buna görə gözünü qırpmadan cinayət törədə bilən insanların xəbərləri hər gün qarşımıza çıxır.

Məsuliyyətsiz buraxılacağına, kiməsə hesab verməyəcəyinə arxayın olan insanlarda sərhəd tanımayan, həddi aşmada və əxlaqsızlıqda bir təhlükə görməyən, nəfsinin və çirkin ehtiraslarının hər əmr etdiyini edən, iradəsini istifadə etmək üçün heç bir səbəb görməyən, etdiyi hər hərəkətə “Mən də insanam, özümü çərçivəyə salaraq bədbəxt ola bilmərəm” məntiqi ilə haqq qazandıran bir anlayış formalaşır. Vicdanlı şəxslərə düşən məsuliyyət bu əxlaqsızlıqlara qarşı mübarizə aparması, insanları bu pisliklərdən təmizləmək üçün cəhd etməsidir. Yoxsa “mənə nə” məntiqi ilə  yanaşmaq olmaz. Narkotik maddə qəbul edən ibtidai sinif şagirdi, cinsi azğınlığın “dəb olduğunu” söyləyən yeniyetmə, “Mən sərbəst yaşamaq istəyirəm” deyərək fahişəlik, “Həyatıma rəng qatmaq istəyirəm” deyərək qumar oynayan, utanma və həya duyğularını itirən gənc bizim də övladımız ola bilər. Heç kim bundan sığortalanmayıb. Ona görə də nə qədər ki, gec deyil, cəhd etmək lazımdır. Öz əxlaqımızı tərbiyələndirdiyimiz kimi, ətrafımızdakı insanların da əxlaqını düzəltməyə çalışaq. Gözəl əxlaqa təşviq edək insanları. Səbri, təvəkkülü, iradə və əzmkarlıq göstərməyin vacibliyini öyrədək. Müvəqqəti həvəslərimizə görə bir gün hesab verəcəyimiz məsuliyyətini aşılayaq. Onda dünyamız yaşamaq üçün daha rahat və gözəl yerə çevrilər. Ünsiyyətindən, varlığından zövq alacağımız insanların da sayı artar.

8 mart 2014
GO BACK