
1. "Sağlam uşaq"... Anadangəlmə xəstə doğulmamışam... 5-6 yaşlarımadək mən də adi, sağlam uşaq olmuşam... Xoşbəxt olmuşam... Çox qaçanda hərdən təngnəfəs olardım... Nə biləydim ki, bu cür təngnəfəslik sonralar mənim ömür-gün yoldaşım olacaq?.. Kiçik yaşlarımdan çox dərrakəli idim... Nəinki yazıb-oxumağı, toplama-çıxmanı, vurma-bölməni, dama, şahmat kimi dərin oyunları bu yaşımda qavramışdım (ailəmin tərbiyəsi, ata-anamın, böyuk bacımın öyrətməsi sayəsində, Allah vergisi də var idi yəqin...)
2. "Qəza-xəstəliyə təkan"... Qaçarkən pilləkənlərdən yıxıldım, sonra maşının dalından sallananda yenə pis yıxıldım. Burnum sındı... İlk vaxtlar üzə çıxmasa da, sonradan nəfəs darlığı, tez-tez xəstələnmələrə səbəb oldu. Həkim isə "xroniki bronxit, astmanın ilk əlamətləri" diaqnozu qoydu. Pəhrizlər, iynə dərman... Tam müəlicəsi tapılmadı... İndi hamı kimi qaçmağa, oynamağa həsrət qalmışam... Gecələr, saat 4-5 arası, bəzən daha tez nəfəs darlığı ilə öskürək və sinədə xışıltı ilə durar, evdəkiləri də durğuzardım... İynələr, dərmanlar... Səhər yolda gedəndə çox bilinməz, gizlənərdi xəstəliyim. Amma gecələr, təmiz hava ciyərlərimə dolmaz, nəfəsim çatmazdı... Hələ o vaxtlar tüstüləyən nə vardısa, nifrət edərdim. Zavodlara, maşınlara... tüstü verən hər şeyə...
3. "Nəfəs və nəfs"... Heç bilmirəm bu necə oldu. Amma nəfəsini gecə güclə alan mən, siqaretə qurşandım... Hər görən "sənə qəti olmaz, sənin onsuz da bronxların zəifdir, bu siqaret sağlam adamın bronxlarını xəstə edir, çəkmə" - deyirdi... Nəfsə uymaq nə pis imiş. Öz nəfsinə qalib gələ bilməmək- ən böyük acizlik imiş! Səhər gizli siqaret çəkər, gecə də öskürək içində boğulanda "səhər çəkməyəcəyəm, Allah, səhərə sağ çıxım" deyə yalvarardım... Allahı yox, özümü neçə il belə aldadırdım...

4. "İdmanın xeyri"... Bibim oğlu qonaq gəlmişdi. Nəfsimlə bacarmadığımı başa düşdü. Dedi: "Sənin iradən səhhəttindən də pis "xəstədir", zəifdir, barı idman elə." Bu ağlıma tez batdı. Səhərdən idmana başladım. Tez durar, gimnastika edərdim. Sonralar boks məktəbinə getdim. Daha sonra tay-tuşumla ştanq və qantel əvəzi əldəqayırma daşlar yığıb, idman edirdik... Effekti əla idi. Həm siqareti azaltmışdım, həm də nəfəsim rahatlamışdı. Gecələr nəfəsim daralmaz, asudə nəfəs alardım. Yalnız nə isə ağır bir şeyə çox güc edəndə hiss edərdim xəstə olduğumu. Qamətim də düzəlmişdi... Allahım, həyat necə gözəldir, rahat nəfəs ala bilmək səadət imiş!
Mən yenə bir siqaret yandırdım, indi çəkməyə hazırlaşıram. Mən, ağlım başımda, səhv yolda olduğumu bilərək, yenə də özümlə bacarmıram. Sabah mən ağır xəstələnsəm, övladlarıma anası tək necə baxacaq, mənə kim baxacaq?.. Əlimdə tüstülənən siqaret! Mən sənə nifrət edirəm. Amma sən məni məhv etməsən, nə sən məndən, nə mən səndən əl çəkə bilməyəcəyəm deyəsən... Hər gün siqaretin insana ziyanı haqqında video izləyirəm, məqalə oxuyuram... Gecə öskürək içində boğulan mən deyildim elə bil. "Allah bu gün rahat olum, səhər siqaret çəkməyəcəyəm!" deyə-deyə 16 ildir bu zəhrimardan uzaq ola bilmirəm. Mənə bu yazıdan sonra məsləhət verməyi heç ağlınızdan keçirməyin. Mənə siqareti tərgitmək üçün ucuz başa gələn bir yol bilirsinizsə, deyin..."Ucuz ölüm"- siqaretdən xüsusi bir dərman, müalicə olmasa, yaxa qurtara bilməyəcəyəm... Allah xofu da kar eləmir, bu zəhrimarı, şeytan əməlini - siqareti tərgitməyə... Mən bəlkə elə sabah bu zəhrimardan ya birdəfəlik yatağa düşəcəyəm, ya da öləcəyəm... Barı siz qurtulun!

Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Rəsm çəkməyi öyrənək
Lobya (foto-resept)
Günün ulduz falı
Muxtar Maniyevin vəziyyəti pisləşib
Hava necə olacaq?
Samsung ağıllı eynək hazırlayır
Hədəfə çatmaq üçün 11 tövsiyə
Gəncədə avtobuslar dəyişir
Hollivudda COVID-19-la mübarizə aparan həkimlər barədə film çəkiləcək
Evlilik niyə kökəldir?
İris gülünə qulluq
Luçesku rəsmən Premyer Liqada
Övladlarına yaxşı baxa bilməyən valideynlər azadlıqdan məhrum edilə bilərlər
Sensasiyalı açıqlama: havalar daha da istiləşəcək
2018-ci ilin ƏN ZÖVQSÜZ ULDUZLARI
Saçların rəngini təbii vasitələrlə dəyişdirin
Megan qısa geyimi ilə diqqət çəkdi-FOTO
Ezgi Mola və Serenay Sarıkaya 4 saat yemək yedi-FOTO
Reklamdan 1,6 milyon qazandılar
Kitab-loto
DİQQƏT: Noyabrın 2-dən sonra yeni qaydalar tətbiq ediləcək
Meray Kerri 25 illik mahnısına görə mükafat aldı - VİDEO
Bu göbələyin kilosu 20 min dollardır
ABŞ-da 10 dollara malikanə satılır
Bu şəlalədən tez qaçmaq gərəkdir
Övladı nə zaman planlaşdırmaq lazımdır?
Eyni anda 6 seraldan təklifi aldı-FOTO
Əlillərin pensiyası ilə bağlı yenilik
Arıqlayarkən üzümüz çökməsin!
Bakıda yol çökdü
Rusiya və İran Qarabağı bölür?
Altıncı hissi gücləndirməyin yolları
Toydağıdan "xınayaxdı": bu kimə lazımdır?
Azərbaycanda SMS icazənin müddəti artırıldı - RƏSMİ
Sirli sərdabələr tapıldı
Dəbli gəlinlik modelləri
İşgəncəyə məruz qalmış it
"Çernobl"da şəkil çəkdirdi, tənqid olundu-FOTO
Hadisenin FOTOsu hər kəsi GÜLDÜRDÜ
Qara maskalar virusdan qoruyur? - Professordan AÇIQLAMA
Yeni il gecəsi üçün makiyaj tövsiyələri
Azərbaycanın və Türkiyənin birinci xanımlarının görüşü olub
BÜRCLƏR bizə nə vəd edir?-2 Fevral
Maraqlı mətbəx əşyaları
Qəbrdən oğurlanan cəsəd-QƏRİBƏ ADƏT
Samsung smartfonları üçün oyun aləti
“Euronews” Ağdamı “Qafqazın Xirosiması” adlandırdı – VİDEO
Qoyun ətinin insan orqanizminə misilsiz faydaları
Livanda qadın polislər turist cəlb etmək üçün şort geyindilər
2013-2014-cü il çanta modelləri



- ŞƏRHLƏR