Uşaqlıqdaxili vasitələr və ya geniş yayılmış adıyla desək,spirallar ən çox istifadə olunan kontrasepsiya vasitəsidir.Plastmas tərkibli uşaqlıq daxilinə yerləşə biləcək ölçüyə malik olan spirallar T hərfi formasındadır.Plastmasdan ibarət olan əsas gövdə hissənin ətrafını mis tel əhatə edir.Bu mis hissəni bəzən qızıldan da hazırlayırlar.Bəzən isə dərman maddələri və ya hormonlar da bu hissəni əvəz edir.Spirallar təkcə hamiləlikdən qorunmaq üçün deyil,eyni zamanda müalicəvi vasitələr kimi də istifadə olunur.
Hormon tərkibli spirallar əsasən, misli spiralların aybaşı qanaxmasının miqdarını və ağrılarını artırmaq kimi əlavə təsirlərini aradan qaldırmaq üçün istifadə edilir.Çünkü ən geniş yayılmış spirallar mis tərkibli olanlardır.
Hər bir spiralın gövdə hissəsinin aşağısında sap vardır ki,bu da lazım olduqda həkimin onu xaric etməsi üçündür.
Təsir mexanizmi isə bundan ibarətdir ki,daxil edildiyi andan etibarən spiral yad maddə kimi fəaliyyət göstərir və ətrafında iltihab sahəsi əmələ gətirərək bu zaman bu sahəyə çoxlu sayda immun hüceyrə toplanaraq cinsi əlaqədən sonra uşaqlığa daxil olan spermin mehv edilməsinə səbəb olur və hamiləlik baş vermir.
Spiralın təsiri qoyulduğu andan başlayır və çıxarıldığı anda başa çatır.Qoruma müddəti isə hər bir markada fərqlidir,ən az 5 il müddətinə qoruma orta minimumdur.Bu müddət spiralın tərkibindəki misin və ya hormonun zaman keçdikcə bitməsi ilə əlaqədardır.
Spiralın qoruma faizi çox yüksəkdir,bir ərzində hər 100 qadından 1ində hamiləlik müşahidə olunur.
Spiralın qoyulmasına qərar verən qadından ətraflı anamnestik məlumat alınaraq ginekolji müayinə aparılır və xərçəngönü xəstəliklər və ya xərçəngin özü inkar edildikdən sonra həkim spiralın qoyulacağı günü təyin edir.Bu dərhal da ola bilər.Əgər planlı şəkildə olarsa,aybaşının ilk günlərində uşaqlığın xarici dəliyi azacıq açıq olduğundan aybaşının ilk günlərində və ya istənilən tarixdə xarici dəliyi genəltməklə qoyulur.Spiral süni və ya təbii abortdan yaxud da doğuşdan dərhal sonra da qoyula bilər.Lakin daha yaxşı olar ki,zahılıq müddətini başa vurasız.
Ancaq ümumilikdə qadın hamilə olmadığı bütün hallarda spiral qoydura bilər.
Spiralın qoyulması əsasən ağrısız bir proseduradır,lakin yerli olaraq anestetiklərdən də istifadə edilir.
Spiral taxıldıqdan sonra qadın USM edilir və spiralın vəziyyəti təyin olunur.
Əks göstərişlər
- Çoxsaylı partnyorlu həyat yoldaşı infeksiya mənbəyi ola bilər
- Hamiləlik
- QİÇS,hormonal müalicə almış şəxs,narkotik istifadəçilərində orqanizmin immuniteti zəiflədiyi üçün
- Norma xarici qanaxması olan qadınlarda səbəb aradan qaldırılmadan
- Uşaqlıqdaxili miomaların uşaqliğın quruluşunu pozduğu hallarda
- Misə həssaslığı olan və mis metabolizmi pozğunluğu olan qadınlarda
- Müayinə zamanı uşaqlığın boşluğunun böyük və ya kiçik olduğu hallarda spiralın qoyulması əks göstərişdir.Əvvəllər doğmamış qadınlar ətraflı müayinədın sonra spiral qoydura bilər.
Əlavə təsirlər
- Mis tərkibli spirallar aybaşı qanaxmasını gün və miqdar olaraq artırır.Buna görə də iltihab əleyhinə vasitələr istifadə olunur.Əks hallarda həkimə müraciət olunur
- Bəzən ilk həftələrdən ləkə şəklində qanaxmalar ola bilər
- Spiralın ipinin uzun kəsilməsi cinsi əlaqəyə mane ola bilər
- Uzun müddətli spiralın bətndə qalması spiralın yerdəyişməsi və boruları bağlaması ola bilər və s.
Xüsusi hallar
- hamiləlik-spiral istifadə edən qadında aybaşı gecikirsə,dərhal həkimə müraciət etməlidir
P.S. Kimə nə aydın deyilsə,sual verə bilər.
P.S. Xanımlar,hansı mövzular haqda məlumat almaq sizə lazımdırsa,burda qeyd edə bilərsiz və ya ismarıclar bölməsindən çatdıra bilərsiz.Sizi məlumatlandırmağa çalışacam.
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR