Tərkibi:
3 st. un
4 yumurta
2 st.şəkər tozu
4 xörək qaşığı sirkə
0.5 çay qaşığı soda
4 xörək qaşığı "Bizim Tarla" mürəbbələrindən, yalnız suyu
1 paket vanil
Üstü üçün krem:
Kremşanti
1 st süd
İçi üçün krem:
1 banka qatlaşdırılmış süd
200 qr. kərə yağı
Hazırlanması:
Yumurta və şəkər tozunu ağarana qədər çalırıq.
Bir stəkana sirkəni tökürük,üzərinə soda əlavə edirik.Bu zaman sirkə köpüklənəcək.
Bu qarışığı,mürəbbə suyunu və vanili yumurtalı qarışığa əlavə edib yenidən çalırıq.
Ən sonda unu ələyib qarışdırırıq.
Xəmiri 3 hissəyə bölüb,kərə yağı ilə yağladığımız listə 1 hissəni yayırıq.180 dərəcədə üzəri qızarana qədər bişiririk.Təxminən 15 dəqiqə.
Digər hissələri də eyni qayda ilə bişirib soyumağa qoyuruq.
Bu arada kremimizi hazırlayırıq.Bunun üçün 200 qr. kərə yağı və bir banka qatılaşdırılmış südün 3/4 hissəsini əlavə edib krem halı alana kimi qarışdırırıq.
Soyumuş biskvitləri sırayla kremləyirik.
Üzərini istədiyimiz kimi bəzəyirik.Mən sadəcə ağ peçenye ilə bəzədim.
P.S. Reseptdə tortun üzərini bəzəmək üçün krem şanti yazılıb. Lakin biz krem şantini sevmədiyimiz üçün istifadə etmədim. Siz totunuzu zövqünüzə görə bəzəmək üçün istifadə edə bilərsiz.
Tortumuz hazırdır. Bir neçə saat otaq hərarətində gözlətdikdən sonra servis edə bilərsiniz.
Nuş olsun!
Bənzər xəbərlər...

Günün müəllifi

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR