Keks üçün:
3 yumurta
1.5 st. şəkər
1 st. naringi suyu
0.5 st. yağ
1 x. q. naringi qabığı sousu
2.5 st. un
1 vanil
1 qabartma tozu
1 silmə çay qaşığı soda
Naringi sousu üçün:
1 st. naringi suyu
1 dolu ç.q. nişasta
2 x. q. şəkər
Naringi qabığı sousunun hazırlanması:
Təxminən 1,5 kq. qalın qabıq naringinin qabıqlarını ətçəkən maşında (doğrayıcı robotla da ola bilər) çəkirik.
Sonra üzərinə 1 st. şəkər əlavə edib mikserlə və ya elə doğrayıcı robotla şəkər əriyib qabıqlara hopanadək qarışdırırıq.
Daha sonra hazırladığımız sousu bir şüşə qaba yığıb qapağını bərk bağlayırıq. İstədiyimiz qədər soyuducuda saxlaya bilərik.Şirniyyatlar hazırlayanda sousdan sadəcə bir qaşıq əlavə etməklə gözəl ətir qatmış olarıq bişintilərimizə.
Keksin hazırlanması:
Əvvəl naringilərin şirəsini sıxırıq.
Naringiləri enləməsinə iki yerə bölürük və şirəsini sıxırıq.
Yumurta və şəkəri qabarana qədər çalırıq.
Vanil,naringi qabığı sousu,naringi suyu və yağı əlavə edib qarışdırırıq.
Un,soda və qabartma tozunu da əlavə edib 1 dəqiqə qarışdırırıq.
Listi yağlayıb, unlayırıq və keks xəmirini listə tökürük. Əvvəlcədən 180 dərəcə isidilmiş sobaya qoyuruq. Keks qabarmağa başlayanda sobanın dərəcəsini azaldırıq ki,içi yaxşı bişsin.
Naringi sousunun hazırlanması:
Naringi suyu,nişasta və şəkəri kiçik bir qazana töküb vam odda qaynayıb qatılaşana kimi bişiririk.
Hazır halı belə qatı olmalıdı.Bir kənara qoyuruq ki,keks bişənə qədər ilıqlaşsın.
Keks bişdikdən sonra dilimləyib sousu üzərinə qaşıqla yayırıq.
Keksimiz hazırdı. İstər ilıq,istər soyuq halda servis etmək olar.
P.S. mən naringi qabığı sousunu saxlayım deyə çox hazırladım. Siz istəsəniz bir naringini çəkib,üzərinə bir qaşıq şəkər əlavə etməklə də hazırlaya bilərsiz.Lakin keks üçün naringilərin suyunu sıxdıqdan sonra qabıqlar çıxmış olacaq və atmayıb sousunuzu hazırlaya bilərsiz bol-bol :).Qabıqları çəkməmişdən əvvəl içində olan naringinin pərdələrini təmizləyin,çünki onlar acı dad verər sousa.
Birdə keks bişənə qədər hazırladığımız naringi suyu sousu çox soyumuş olsa,biraz ilıqlaşdırıb sonra keksin üzərinə yayın ki,yaxşı yayılsın.
Ümid edirəm hazırlayacaqsınız. Çox dadlı və yeməyə doymayacağınız bir keks olacaq əmin olun :) İndidən hər kəsə Nuş olsun!
XƏBƏR LENTİ
Lamborghini
500 kq-lıq qadını müalicəyə yolladılar - Yük təyyarəsiylə - Foto
Hansı ölkələrdə uşaq doğmaq bahadır?
Buraxılış gecəsi geyim dəstləri
Vyetnam Rusiyadan koronavirus vaksini alacaq
Məşhur tarixçidən Meqan Markl barədə - İlginc sözlər
Cariyələrin kosmetika qabında nələr olurdu? (2)
Bakıda 3 nəfərdə KORONAVİRUS ŞÜBHƏSİ
Günün ulduz falı
Bakıda ekspress avtobusların hərəkət qrafiki dəyişdiriləcək
Gürcüstan NATO-ya qəbul ediləcək?
Apple və Google-un dühası
Pirojki (foto resept)
Yanvar ayının birindən WhatsApp bu telefonlarda işləməyəcək - FOTO
Kseniya Sobçak hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Gün şüalarının qadınlar üçün ZİYANLARI
ABŞ-ı İran prezidentinə həvalə elədilər
Xalqımın toy kimi bir adəti var
Qurban bayramı cəbhə bölgəsində qeyd olunur
Ziyafətə gedənlər üçün don modelləri
Azərbaycan - Türkiyə: birgə silah istehsalı genişlənir
Borcluya cəhənnəm yaşadan Azərbaycan bankları
Funksiyasını itirmiş attraksionlar
"Ufak Tefek Cinayetler" serialının rejisoru Bakıya gəlir-FOTO
Tanınmış aparıcı həyatını da verilişi kimi yaşayır - FOTO
107 yaşlı Gəncə sakini seçkilərə necə hazırlaşır
Sevgili olduqlarını niyə gizlədirlər?
Hər mövsümə uyğun yataq dəstləri
Yanan binanın sakinləri yanan sənədlərinı necə bərpa edəcək?
Qalaktikada biz tək deyilik: elm təsdiq etdi
Hava haqqında - 01.02.2014
Göbələkli sulu küftə (foto-resept)
Dünyaya gəlişi də, gedişi də payıza təsadüf edən dahi
Xərçəng bürcü qadını
“Kukla”ya bənzəmək üçün ölümü belə gözə aldı - FOTO
Dişləri necə fırçalamaq lazımdır?
Ayaq ölçünüzə görə ömrünüz nə qədərdi?
Koronavirusla bağlı Son STATİSTİKA
"Uşaqlıqdan gimnastika ilə məşğul olmuşam"
Bu avadanlığa görə 3 il gömrük rüsumu alınmayacaq
Dünyanın ən nüfuzlu pasportlarının SON REYTİNQİ – Azərbaycan neçəncidir?
"SURVİVOR"da O da iştirak edəcək-FOTO
Doğum evinə götürüləcək ən əhəmiyyətli şeylər
Çatlaqların dərmanı heyva tumu
Dünyanın super güclərinə sahib heyvanları
Qatıqlı bulka (foto reset)
Uşaqları məktəbə necə hazırlayaq?
Hicablı xanımlarımız üçün
Qonşu ölkədə koronavirusa rekord yoluxma
Qanvermə aksiyası başa çatdı
- ŞƏRHLƏR