Axşam vaxtı idi. Dostum ailəlikcə bizə gəlmişdi. Evliliyimizdən yeddi ay keçməsinə baxmayaraq birinci qonaq idi ki, qəbul edirdik. Həm sevincli, həm də həyəcanlı idim. Necə sevinməyim? Gülzar tez-tez şikayət edirdi ki, onu adam içinə çıxartmıram, dostlarımla tanış etmirəm. Düzdür, arada şıltaqlıq edir, amma mən "qadın işvəsidir" deyib, təbəssüm edirdim. Mən yazıq da nə edim, səhər tezdən işə gedirəm, axşam yorğun-ağır evə gəlirəm. İlk əvvəllər bizim evdə qalırdıq, lakin nəsə Gülzarım anamla yola getmədi. Anam bir az tələbkar qadındır, məni də o ruhiyyədə böyütmüşdü. Ancaq Gülzar bir az şıltaq qız idi. Gəzməyi, əylənməyi sevən idi. Məni hər dəfə danlayırdı ki, gəl çıxaq gəzək, mənə lazımı diqqəti göstərmirsən, məni saymırsan. Axı mən necə başa salaydım ki, ay qız, mən yazıq bütün bunları əldə etmək üçün pul qazanmalıyam. Anam belə şeyləri bəyənmirdi. Çünki Gülzar gec yatırdı, gec də dururdu. Mən onu alanda mənə demişdi ki, evdə paltaryuyandan tutmuş hər bir xırda elektrik məişət cihazına qədər olmalıdır. Çünki onu anası ərköyün böyütdüyünə görə ev işləri görməyə maraqlı deyildi. Tez-tez evlərinin yanından fast-food aldıqlarına görə yemək də bişirə bilmirdi. Mən bütün bunları onun üçün keçmişdim. Çünki onu çox sevirdim. Amma anam köhnə qadınlardan idi. Səhər tez durar, işə gedər, mənə və qıza qulluq edər, axşam da gəlib yenə də iş görərdi. Düzdür, mən bunu qəbul edə bilmirdim. Amma sevgim imkan vermirdi ki, Gülzara artıq söz deyim.
Gülzar hər gün mənə "bu evdən çıxaq, anan baş-beynimi aparır, mən burda qalmaq istəmirəm" - deyirdi. Mən də çar-naçar razılaşdım. Axı razılaşmayıb da nə edəcəkdim. Hər gün dır-dıra qulaq asmaqdansa, bu səsi almaq lazım idi. Yazıq anam, nə qədər and-aman elədisə, qulaq asmadım. Yeni ev axtarışına çıxdım. İndiki evlər də ki, maşallah. Gülzarı 150 manatlıq evdə saxlamaq olardı? Özü də bir otaqlı evdə? Güc bəla ilə Əhmədli tərəfdə üçyüz manatlıq ev tapdım. Babat da şəraiti vardı. Amma Gülzarın xoşuna gəlmirdi. Deyirdi ki, küçədən maşınlar keçəndə səs gəlir. Həm də, evin divanı rahat deyil. Bir təhər razı saldım onu.
Həmin gün dostum ailəsi ilə bizə gələndə, yanımızdakı "Mətbəx" kafesindən ev xörəkləri aldım. Qabaq 600 maaş alırdımsa, indi onun üçyüzü evə gedirdi. Məcbur idim ki, əlavə iş də görüm ki, ehtiyaclarımızıı ödənsin. Odur ki, evdəki vaxtım da tükənirdi. Amma Gülzara bunu başa sala bilmirdim ki, mənə güzəşt et, üstümə gəlmə. Nə isə. Evdən qonaqlar getdikdən sonra gördüm ki, Gülzarın əhval-ruhiyyəsi yaxşı deyil. Necə deyim, "nastrayenisi" yoxdur. Güldüm və dedim:
- Güli, nolub sənə?
- Heeeç, nəsə nastrayenim yoxdu, yuxum da gəlir.
- Xətrin nəsə istiyir?
- Yoo.
Əlini süfrəyə atıb telefonunu götürdü, hardasa 5-6 dəqiqə sosial şəbəkədə oturdu. Yəni bunu bilirdim. Heç telefonuna da baxmağa ehtiyac yox idi. Çünki həmişəki adəti idi. Sonra ayağa durub dedi:
- Mən gedirəm yatmağa, yuxum tökülür. Gecən xeyrə.
- Yaxşı, ged yat.
Niyə özünü belə aparırdı bilmirdim. Bəlkə də ailə qurmağımızdan bəri uşağımızın olmamasına görə idi. Deyirdilər ki, ailə qurduqdan sonra altı ay uşaq olmaması normal haldır. Əksər ailələrdə belə hallar olurdu. Odur ki, depressiyaya qapılmamaq lazım idi. Ayağa qalxıb süfrəni yığışdırdım. Zibilləri vedrəyə atmaq istədikdə gördüm ki, doludur. Klyoku çıxartdım ki, əlavə zibilləri bir təhər yerləşdirim. Sonra da aparım atım. Tərslikdən vedrədən çıxartanda klyok cırıldı və zibillər yerə dağıldı. "Allah lənət etsin!" deyib yerə əyilib zir-zibili yığmağa çalışdım. Gördüyüm mənzərə məni təəccübləndirdi. Yerdə hamiləlik üçün test var idi. Heç bilmirəm də haçan gedib almışdı. Axı həmişə evə bir şey lazım olanda mən alırdım. Onun dükanla arası yox idi. Deyirdi ki, bu işlərə kişi baxmalıdır. Testi əlimə götürüb ah çəkdim, onun halına acıdım ki, yazıq qız nə qədər dərd-qübar çəkir. Zibilə atmaq istəyirdim ki, birdən əlimi saxladım. İşıq tərəfə keçib diqqətlə baxdım. Ürəyim kalaşnikov avtomatı kimi atmağa başladı, həyəcanlandım. Bilmədim nə edim. İki xətt göstərirdi. Elə bildim ki, bu öz təxəyyülümdür. Bir də baxdım. Yox, düz görmüşdüm. Sevindiyimdən bilmirdim nə edim. Tez yataq otağına gəldim.
- Güli, ay Güli. Yatmısan?
- Hə, yorğunam, mürgiliyirəm.
- Bu sənindi?
- Nə mənimdi?
- Test
- Diyəsən.
Mənə tərəf çönmədi. Heç sevinmirdi də. Çaşıb qaldım. Dedim yəqin nəsə olub. Yatağın o biri tərəfinə keçdim.
- Necə yəni diyəsən?
- Hə, mənimdi.
- Hamiləsən?
- Korsan?
- Bəs mənə niyə diməmisən?
- Fikirləşirdim bu barədə.
- Bu mənə ən gözəl hədiyyəndir.
Sevincimdən əllərimi bir-birinə vurdum:
- Ata olacağam. Nəhayət ki, Allah bizim səsimizi eşitdi.
- Mən istəmirəm.
- Nəyi istəmirsən?
- Uşağı.
- O da nə deməkdir? - Sifətimin cizgiləri dəyişdi. Bu söz mənə çox pis təsir etdi.
- İstəmirəm də, başa düşmürsən?
- Niyə də?
- Mənim 27 yaşım var, hələ buna hazır deyiləm. Mənim ana olmaq yaşım deyil hələ.
- Ay qız, bəs sən mənimlə bərabər plan qurmurdun? Məndən çox sən istəyirdin ki, uşağı.
- Yox istəmirəm, istəmirəm, istəmirəm! - Qalxıb yataqda oturdu, dizlərini qatlayıb, dirsəklərini dizlərinin üstünə qoydu.
- Necə yəni istəmirəm?
- Sabah gedəcəm aborta.
- Bu sənin tək verəcəyin qərar deyil!
- Uşaq mənim deyil? İstəmirəm. Mənim yaşım hələ azdır. Sənlə ailə qurmuşam, Cəhənnəm yaşayıram. Mən evliliyi belə bilmirdim. Nə günüm var, nə saatım. Nə diqqət göstərirsən, nə bir şey. Onsuz da bu dörd divar arasında qalmışam.
- Axı biz bunları danışmışdıq. Öz kefimdən belə deyiləm ki. Axı bacardığım qədər diqqət göstərirəm sənə. Hər ay mənə deyirsən ki, filan şey lazımdır. Hər ay kredit ödəyirəm. Bir istəyini iki eləmirəm. Gör mənə nə deyirsən. Evliliyimizdən bu yana otuz dənə paltar aldırmısan mənə. Amma özüm bir şalvarın içindəyəm.
- Xalxın kişiləri qaz vurub, qazan doldurur. Kim bu uşağa baxacaq? Anon? Gestapo anon? Uşağı nemes kimi böyüdəcək?
- Gijdəmə!
- Özün gijdiyirsən. Mən sabah səhər gedəcəyəm həkimə! Mənə pul verərsən. Abort edəcəyəm!
- Vermirəm! - Özümü ələ almağa çalışırdım. Özümə yer tapa bilmirdim. Mən səsimi qaldırırdım, o da qaldırırdı. Bilmirdim nə edim.
- Gedim qonşudan alım bəlkə, hə?
- Ağlıvu başıva yığ! Sən o balacaya necə qıya bilərsən?
- Hələ nə yaşım var ki, görəcəyim günlər qabağdadır. Yenə də olar. Vəssəlam! Mən qərarımı vermişəm! Söhbət bağlandı.
- İlahi, belə insan olar? Belə insan olar? Axı niyə yer yarılmır və içinə də girmirsən axı?
- Mən niyə girim? Girsin məni istəmimyənlər!
Həmin gecə mən yata bilmədim. Səhərə qədər qonaq otağında onun sevmədiyi divanda oturdum və fikirləşdim. Mənim ona qarşı sevgim, onun yanında dilimi gödək etmişdi. Mənə zərrə qədər də hörmət qoymurdu. Sözümü keçirə bilmirdim. Sevgi də insanı gücsüz edərmiş, ilahi! Deyirlər ki, Allah bəndələrini sevir. Amma pislərini Cəhənnəmə atır. Mən bunu başa düşə bilmirdim ki, Allah da öz əli ilə yaratdığı bəndəni necə Cəhənnəmə ata bilər? Bunu indi-indi anlayırdım ki, nankor insanı Cəhənnəmə atmağın özü lütfdür. Bir şeyi başa düşmürdüm. Mənim sevgim onun yanında məni zəif etdiyi halda, o gücünü nədən alırdı? Axı dəfələrlə mənə sevdiyini demişdi. Hər dəfə. Bir adam "səni sevirəm" deyib əri ilə bu cür qəddarcasına davranardımı? Balasını öz bətnindən rədd etməyə çalışardımı? Axı bu - hələ ruh verilməmiş rüşeym ona nə pislik etmişdi? Onu bu qədər qəddarlaşdıran nə idi? Nə edəcəyimi bilmirdim.
Səhər açıldı və mən işə getdim. Yol boyu düşündüm, görəsən sevgi güclüdürmü? Yoxsa mən sevgini başqa cür başa düşmüşdüm? Yəni dünyanı - həqiqətən də sevgi xilas edəcəkdimi?
Fərid Abdullah
XƏBƏR LENTİ
Qan içmək istəyi oyadan xəstəlik
Günün qoroskopu: sadə gün deyil
Boşanmanın uşaqlar üzərində təsirləri
Artıq çəkidən azad olmaq üçün 8 qızıl qayda(2)
Ermənilərə zəmanət verdik
Evliliyi bitirən səbəblər
Avropadakı anomal istilərin səbəbi məlum oldu
Zəngilan rayonunun işğalından 25 il ötür
Qeyri-adi təbiət hadisəsi: Su qaya boyunca tərsinə axdı - VİDEO
Qurban bayramında geomaqnit qasırğası olacaq - Xəbərdarlıq
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Çin xristianlığın yayılmasına qarşı mübarizəni gücləndirəcək
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 262 yeni yoluxma - RƏSMİ
Qəbizliyə qarşı nə etməliyik?
Bədənimizdə vitamin çatışmadığını necə bilək? - ƏLAMƏTLƏR
Bir ildə 285 kitab oxudu!
İtaliya sahillərində faciə: 300 nəfər öldü
Market sifarişini gətirən kuryer qadını öldürdü
Ermənilərin Tərtəri yenidən atəşə tutması nəticəsində bir mülki şəxs yaralanıb
"Öləcək" dedilər, milyarder oldu - FOTO
Günün ulduz falı - 12.08.2013
Hava haqqında
Hava haqqında
Berkay AÇIQLAMA VERDİ
Hava haqqında
Yerli spirtli içkilərin və tütün məmulatlarının qiyməti qalxır
Əmlakımızı niyə sığortalamırıq?
Nigar Camal Ayselin “Eurovison”da finala keçə bilməməsinin SƏBƏBİNİ açıqladı
iOS7-yə uyğunlaşırlar
COVID-19-a qarşı dünyanın ilk kağız testi hazırlanır
Azərbaycan iqtisadiyyatında artım
Aktauda "Udi mədəniyyəti günü" keçirilib
Bekhemlərin evinə oğru girdi
Tırtıl və çiçək kurabiyə (foto resept)
XİN-dən erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA
Romantik evlilik
Tənhalıq
Robert Pattinson yeni İMİCDƏ-FOTO
Bəzi musiqilərin sözləri yeniyetmələri erkən nikaha təşviq edir
Neon dırnaqlar
Azərbaycanlıların Facebook sevgisi
Əliyev Davosda çıxış etdi
Hovuza girmək üçün koronavirus karantinindən qaçdı - VİDEO
2 milyon dollardan ibarət "YOLKA" qurdular-FOTO
Azərbaycanda 14 min nəfərdən çox tənha ahıl vətəndaşa və əlilə sosial-məişət xidməti göstərilir
Bir hərəkətlə piydən azad ol
Depressiya testi
Eldar Mansurov
Yeməkdən sonra nələri etməməliyik?
Adət, yoxsa qonşudan dala qalmamaq?
- ŞƏRHLƏR