Deyilənlərə görə gülmək krizləri uşaqlar üçün çox yaxşıdır.Yumor hissi uşağın özünə güvənini artırmaqla bərabər,beyinlərini inkişaf etdirir.Zarafatcıl uşaqların çoxu ətrafdakı insanları sakitləşdirib,özlərini bununla sevindirirlər.Bir çox insan bu duyğunun körpə ilə bərabər doğulduğunu fikirləşir.Lakin hər bir insan öz uşağında bu hissi yarada bilər.Məsələn:
1. İt sözünü eşidəndə ilk öncə ağlımıza insanın ən yaxın dostu gəlir.Həm də çox sevimli bir heyvan.3-5 yaşlı uşağa it dedikdə isə onun ağlına “ ham-haam” gəlir. Eyni şeyləri ördək “vaq-vaaq” ,pişik “myau-myaaau” və s. üçün də fikirləşirlər.Çünki bu yaşdakı uşaqlar hələ də əşyaların və heyvanların çıxardığı səslərlə danışırlar. Avtomobili “vın-vııın” deyə sürür, atların yerişini “dıdık- dıdıık” deyə səsləndirirlər. Ona görə də müxtəlif səslər çıxaran,böyük bir adamı görən uşaqlar, bunu ondan gözləmədikləri üçün gülməkdən qarınlarını tuturlar.
2. Uşaqlarınıza hekayə oxuyarkən ya bir mahnı zümzümə edərkən sanki gitara çalan kimi “ mumuuu” edin.Hər halda belə hərəkətlərə gülməyən uşaq tapılmaz.
3. 3-5 yaşdakı uşaqlar oxşar sözlərlə oynamağı çox sevirlər. Boş vaxtlarınızda onlara yanıltmac deyin.Məsələn: ağ balqabaq,boz balqabaq,boz balqabaq,ağ balqabaq ya da boz atın boz torbasını boş as başından,apar islat gətir,yaş as başından.Bunu daha şer kimi asta-asta yox tez -tez söyləyin.Sizin yanıltmacı söyləyərkən çaşmağınız onları gülməkdən birtəhər edəcək.
4. Uşağınıza özünün istədiyi kimi geyinməsinə icazə verin.Birlikdə gülməli bir paltar geyinib,əyləncəli makiyaj edin.Burnunuzu da klon kimi qırmızı etməyi unutmayın.O sizə baxdıqca gülməkdən tir-tir əsəcək.
Bəzən uşaqlar sanki gülməli bir şey olacağını gözləyib qəhqəhə ilə səbəbsiz gülürlər.Amma nəyə güldükləri heç bəlli olmur.
Əzizlərim,gülmək qədər gözəl şey yoxdur həyatda. Amma nəyin gülməli, nəyin gülməli olmadığını başa düşmək və müəyyən şeylərə sərhəd çəkmək üçün uşağınızın sizə hər zaman ehtiyacı olduğunu unutmayın.Həddini aşan və açıq-saçıq zarafatlar eşitmək istəmirsinizsə,özünüz övladınıza dəyərli nümunə olun.Ən əsas məsələ,şikəst,danışa bilməyən, görməyən yəni fiziki ve zehni problemləri olan insanların zarafat mövzusu olmadığını uşaqlarınıza mütləq və xoşluqla başa salın.
Canlarım mənim,bəs sizin övladlarınız 3-5 yaş mərhələsində ikən hansı dəcəllikləri edirdi? Ya siz onları güldürmək üçün hansı canfəşanlıqlar göstərirdiniz?
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR