Bir çox valideynlər uşaqları hələ körpə ikən onlara nağıl oxumaq mövzusunda çox ehtiyatlı davranmağa çalışırlar. Onlar körpələrə nağıl oxumağı təlimin bir hissəsi hesab edib onlar üçün yaşlarına uyğun kitablar tapmağa çalışırlar. Ancaq onlar unudurlar ki, körpələr üçün maraqlı olan valideynlərinin onlara nəsə oxumağı deyil, onlarla hər hansısa bir kitabı bölüşmələridir.
Kitab vasitəsilə əlaqə qurun
Körpənizlə hər hansısa bir kitabı paylaşmağınız akademik təhsildən qat-qat təsirlidir. Körpənizə kitab oxumaq onlarla əlaqə qurmağın ən gözəl yoludur. Körpəniz əslində oxuduğunuz kitaba heç qulaq da asmayacaqdır. Çünki onun diqqəti sizin oxuduğunuzda yox, məhz sizin özünüzdədir. O, sizinlə zaman keçirməyi, bütün diqqəti ilə sizi izləməyi, sizin səsinizə qulaq asmağı sevir. Bir çox uşaqlar valideynləri ilə kitab oxumağı, daha doğrusu, valideynlərinin onlara kitab oxumaqlarını sevirlər. Çünki ata və ananın intonasiyası ilə, əl-qol təsvirləri ilə nağıl oxumaları onları əyləndirir.
Uşaqlara nə zamandan etibarən kitab oxumaq lazımdır?
Unutmayın ki, siz körpənizə kitab oxuyarkən, onunla zamanınızı bölüşür və nələrinizisə paylaşırsınız və bu uşaqların təlim və tərbiyəsində ən mühüm amil hesab edilir. Valideynlər hələ erkən yaşlarından uşaqlara nağıl oxumalıdır. Çünki bu, uşaqlar üçün həqiqətən də əyləncəli olur. Ola bilsin ki, sizin oxumaqla əlaqəli bir probleminiz olsun. Amma bu elədə böyük bir problem deyil. Onsuz da sizin oxu qabiliyyətiniz körpənizi maraqlandırmır. Unutmayın ki, o onsuz da suzun oxuduğunuz hekayəyə qulaq Onun üçün önəmli olan sizin səsinizi dinləməkdir. Körpələrə oxumaq üçün çoxlu şəkilli kitablar var. Ən gözəli şeir kitablarıdır. Çünki şeir kitabını oxuyarkən müəyyən bir ritmə riayət etməli olacaqsınız ki, bu da körpəniz üçün daha əyləncəli olacaq. İndiki dövrdə hətta sadəcə şəkillərdən ibarət olan kitablar da var. Sizə düşən isə körpənizlə birgə şəkillərə baxmaq və onlara uyun oaraq bir şey quraşdırıb danışmaqdır. Bu tip fəaliyyətlərlə siz gündəlik olaraq körpənizlə gözəl bir zaman keçirmiş olacaqsınız.
Körpəm hansı kitabları daha çox xoşlayar?
Təbii ki, uşaqlarınıza kitab oxuyarkən seçici davranmalısınız. Mütləq uşaqlar üçün olan kitablardan faydalanmalısınız. Kitabları pul ilə ala da bilərsiniz. Amma ən gözəli ictimai kitabxanalara üzv olmaqdır. Bu yolla uşağınız kitablardan pulsuz yararlana biləcəyini də öyrənəcək. Oxuyacağınız kitablar sayəsində körpəniz sizi özünə daha yaxın hiss edəcək və zamanla görəcəksiniz ki, uşağınız məhz sizinlə danışır və hər şeyini sizinlə paylaşmaq üçüncan atır. Uşaqlar ən əsas da körpələr valideynlərinin qucaqlarında oturub onlarla birgə kitabı vərəqləyib, seyr etməyi çox sevirlər. Bu məşğuliyyət sayəsində onlar sevgilərini paylaşmağı öyrənirlər.
Əgər sizin oxumaqla bağlı probleminiz varsa, körpənizə kitab oxuyaraq bu problemi də zamanla aradan qaldıra bilərsiniz. Ən əsası da odur ki, ağzınızdan çıxan hər bir sözə sevginizi qatasınız. Körpələr sevgini çox gözəl başa düşürlər və onlara lazım olan da məhz elə budur. Uşaqlarınıza hələ körpə ikən mütəmadi olaraq kitab oxumağınızın digər bir faydası da ondan ibarətdir ki, onlarda mütaliəyə maraq yaranır və gələcəkdə onlar da kitabsevərlər sırasına daxil olurlar.
Həyat gözəldir. Bu gözəllikləri uşaqlarınıza onlar hələ körpə ikən aşılayın ki, onlar da böyüdükcə inamla irəli doğru addımlaya bilsinlər.
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR