Günəş şüaları hər yaşdakı insan üçün təhlükəlidir. Xüsusilə həssas və incə dərisi olan körpə və uşaqlar üçün bu təhlükə daha çox əhəmiyyət daşıyır. Uşaqkən uzun müddət günəş şüalarının təsirinə məruz qalmaq irəlidəki dövrlərdə dəri xərçəngi başda olmaqla bir çox xəstəlik və dəri problemlərinə zəmin hazırlayır. Buna görə də valideynlər bu məsələdə çox diqqətli olmalıdır. Uşaqlarnı hələ körpə ikən günəşin zərərli təsirlərindən qorumalıdırlar.
Günəş şüalarının güclü olduğu 10:00-15:00 arası mümkünsə, körpələr və uşaqlar çölə çıxarılmamalı və günəşdən qorunmalıdır. Buludlu və dumanlı havalarda belə günəşin zərərli şüalarının ola biləcəyini unutmayın.
Əgər uşaq bu saatlar arasında məcburən havaya çıxarılmalıdırsa, o zaman mütləq günəşə çıxmazdan 15-30 dəqiqə əvvəl uşağa günəş qoruyucu kremlər çəkilməli və bu kremlər 2-3 saatdan bir təkrar vurulmalıdır. Hovuza və dənizə giriləcəyi zaman isə suya davamlı kremlər seçilməlidir. İsti havalarda bütün fərdlər bol miqdarda maye içməlidir. Yay aylarında uşaqlar üçün paltar seçərkən günəş şüalarına maneə törədəcək və uşağı tərlətməyəcək geyimlər seçilməlidir. Bundan əlavə, günəşə qarşı olan papaqlardan və çətirlərdən də istifadə etmək lazımdır.
Uşaqların dərisi həssas olduğu üçün günəş şüaları onların dərilərini asanlıqla yandıra bilir. Uşaqlıq çağındakı günəş yanıqları irəliləyən yaşlarda dəri xərçənginə tutulma riskini artırır. Xüsusilə dəri xərçənginin ən pis xasiyyətlisi olan melanoma baxımından ciddi risk ortaya çıxa bilər. Günəş şüalarından hər cür qorunmağa baxmayaraq, uşaqların dərisində yarana biləcək günəş yanıqları üçün də ailələrin çox diqqətli olması lazımdır. Günəş yanığının dərəcəsinə görə müalicə şəkilləri dəyişir.
Günəş yanığı yaranan uşaqlara əvvəlcə buz müalicəsi tətbiq olunmalı və sonra yanıqlar mütləq həkim tərəfindən yoxlanmalıdır.
Son dövrdə ən çox müzakirə edilən məsələ günəş kremlərinin allergiyaya səbəb olub-olmamasıdır. Günəşə qarşı olan kremlərin bəziləri həqiqətən də allergik təsirə malik ola bilər. Buna görə də dərisi həssas olan körpələr üçün hazırlanmış günəş kremlərindən istifadə etmək daha məqsədəuyğundur. Günəşdən qoruyan kremlər də digər dərmanlar kimi günəş şüaları altında saxlanmamalı və istiliyə məruz qalmamalıdır.
Qeyd etdiyimiz kimi, uzun müddət davamlı olaraq birbaşa günəş şüalarının təsirinə məruz qalmaq dəri xərçənginin yaranması riskini artırır. Ancaq tək səbəb bu deyil. Bu xəstəliyə tutulmağa yaş, cinsiyyət (ən çox kişilərdə olur), ailədə xərçəng xəstəsinin olması, immunitetin aşağı düşməsi, radiasiyaya məruz qalmaq kimi hallar da təsir edir.
Buna görə də valideynlərçox diqqətli olmalıdır. Uşaqlarını hələ körpəlik dövründən etibarən günəşin zərərli təsirlərindən qorumalıdırlar.
XƏBƏR LENTİ
Körpələrin gec yeriməsi
Karamelli keks (foto resept)
Soçi: Ukraynanın idmançıları Yanukoviçə quldur deyərək yarışdan imtina etdilər
Metropoliten gücləndirilmiş rejimə keçdi
Tərcümə olunmayan sözlər
"Zemheri"nin aktrisası 1-ci oldu
"Milli Şura Rüstəm İbrahimbəyovun istefası ilə mövcudluğunu dayandırdı"
Leyla Əliyeva sərgidə - FOTO
Uill Smit xəstəxanalıq oldu-SƏBƏB
Yeni il ağacını necə bəzəməli?
Masazırda bəzi evlər sökülə bilər
Nazirin paylatdırdığı kartlar nə qədərdir?
Tarixdən...(4)
Merve Özbeydən Demet Akalın açıqlaması
iPad Air-in istehsal dəyəri azalıb
Humus (foto resept)
"Bir qadının səs vermək üçün evdən çıxması ərinin verəcəyi iznə tabe deyildir."
5 kiloqram arıqladan kök pəhrizi.
Bill Geyts ideal inəyin yaradılmasına 40 milyon dollar ayırdı
Günün ulduz falı
WhatsApp-dan Google bombası
Xəyallarımızdakı evlər
BÜRCLƏR bizə nə vəd edir?-28 İyul
Skype-da daha bir yenilik işə düşdü
Qadınların əl və ayaqları nəyə görə üşüyür?
Dünyanın ən bahalı evləri
Rusiyada tədris ilində yeni qayda
Hollandiya - Argentina: 2-4
"Banan" pirojnası (foto resept)
Xamalı peçenye (foto resept)
Cinsi istəksizlik yaşayan qadınlar: problemlər, səbəblər
Ölkələrin gözəlliyinə gözəllik qatdı
Bahalı əməliyyatları bahalı edən nədir?
Bakıda 37 metrlik yolka qurulur - FOTO
63 ildir hər gün 1 kilo qum yeyən qadın
Bizi yuxusuz qoyan nədir?
İlham Əliyev Nazirlər Kabinetini topladı - YENİLƏNİB + CANLI YAYIM
Vəfat etmiş ananın qəza namazlarını kim qılmalıdır?
Yun paltarlara qulluq- Vacib qaydalar!
Uşaqlarına- "Aza, Oyalı,Taz..." adlarını qoymaq istədilər
BÜRCLƏR bizə nə vəd edir? -13 İyun
Planetimizin iki yeni peyki kəşf edildi
Hər üç adamdan birinin banka borcu var
Yeni tərz: Batik saçlar
Avtomobildəki qaz-əyləc sistemi və ürək
Bu insan 25 ildir ancaq pizza yeyir
Aclıq hissini yox edin
Demet Akalın İremle barışdı_FOTO
HAVA necə olacaq?-13 FEVRAL
Ərikli pirojnalar (foto resept)
- ŞƏRHLƏR