Əziz xanımlar, uşaq doğulduqdan sonra onun həyat fəaliyyəti valideyn üçün hədsiz maraqlı olur. Bəzən valideynlər uşaqların yeni mühitə alışa bilməməyini təhlükə kimi qəbul edir. Baş çıxara bilməyəndə təşvişə düşür. "Görəsən normalda necə olmalıdır?" deyə düşünür, suallara cavab tapmağa çalışırlar. Budur, hər valideyni narahat edən problemlərdən birini də sizə təqdim edirəm.
Doğumdan sonrakı ilk bir neçə gün içində körpənin nəcisi yaşılaçalan qara rəngdə və yumşaq yapışqan şəkili olur. Sonra qəhvəyi və sarıya dönür. Əgər ikinci günün sonuna qədər uşaq nəcis çıxarmasa həkimə xəbər verilməlidir.
Ana südüylə qidalanan körpələr ümumiyyətlə, ilk günlərdə və həftələrdə çox tez-tez altlarını isladırlar. Bəziləri hər əmmədən sonra nəcis çıxarır. Nəcis çox vaxt açıq sarı rəngdə və ya tünd olur. Nadir olaraq qatı olur. Bir çox ana südüylə qidalanan körpə birinci, ikinci ya da üçüncü ayların sonunda çox nəcisə çıxmaqdan imtina edərək, hərdənbir nəcis çıxarmağa başlayır. Bəziləri gündə bir dəfə, bəziləri iki gündə bir, bəziləri də üç gündə bir dəfə nəcis çıxarır. Bu ananı qorxuda bilər. Amma körpə narahat olmadıqca, qorxulu heç bir şey yoxdur.
İnək südüylə qidalanan bir körpə əvvəlcə ümumiyyətlə, gündə bir-dörd dəfə altını batırır. Böyüdükcə bu ədəd bir, ya da ikiyə düşür. Əgər nəcisin rəngi və konsistensiyası yaxşı, körpə də sağlamdırsa, neçə dəfə nəcisə çıxması əhəmiyyətli deyil.
İnək südü içən körpələrin nəcisi əksəriyyət, küllü və solğun sarı rəngdədir. Bəzi körpələr də qarışdırılmış yumurta kimi nəcis çıxarır. Arada selik və sulu maddələr də görülür. Uşaq qaydalı bir şəkildə çəki artırır və sağlam görünürsə, bunun da heç bir əhəmiyyəti yoxdur.
İnək südü içən çox az körpə ilk aylarda sulu nəcis çıxarır. Əlavə qidanın içindəki şəkər miqdarı artdıqca bu daha da çoxalır. Belə bir vəziyyətdə həkim nəzarəti şərtdir. Çünki körpəyə bağırsaqları narahat etmədən əlavə qidalar vermək getdikcə çətinləşəcək. Əgər körpənin nəcisi sulu olduğu halda, başqa bir şikayətiniz yoxdursa və həkim vəziyyətin normal olduğunu söyləyirsə narahat olmağa dəyməz.
Bir körpənin nəcisi digər körpələrin nəcisindən bir az fərqlidirsə, körpə sağlamdlrsa bunun bir zərəri yoxdur. Amma əgər nəcis birdən birə dəyişsə, bunun bir səbəbi ola bilər. Həkimə müraciət etmək lazımlıdır. Qatı nəcis çıxaran bir körpə birdən sulu, bəlğəmli nəcis çıxarmağa başlarsa, bu bir həzmsizlik əlaməti ola bilər. Hətta, bir bağırsaq iltihabı ola biləcəyini düşünə bilərik. Əgər nəcis yaşılaçalan, tez-tez və çox suludursa bağırsaqlara mütləq mikrob düşmüşdür. Bu əhəmiyyətli ya da əhəmiyyətsiz bir mikrob ola bilər. Nəcis birdən-birə qatılaşarsa bu bir angina, soyuqdəymənin ya da başqa bir xəstəliyin xəbərçisi ola bilər. Əgər eyni zamanda iştah da itmişdirsə, uşağınızın temperaturunu ölçün. Ümumiyyətlə, nəcisin quruluşundakı dəyişikliklər rəng və sayındakı dəyişikliklərdən daha əhəmiyyətlidir.
Körpə ishal olduğu zaman nəcisdə bəlğəm olması normaldır. Bu bağırsaqların nasaz olduğunun bir əlamətidir. Amma həzmsizlik əlaməti də ola bilər. Soyuqdəyməli bir körpənin burnundan, sinəsindən ya da sağlam bir yeni doğulmuş körpədən də gələ bilər. Bəzi körpələr ilk günlərdə çox miqdarda bəlğəm çıxarırlar.
Körpənin əlavə qidasına yeni bir tərəvəz əlavə olunduğu zaman bunun bir qismi olduğu kimi, yəni həzm olunmadan nəcislə çıxa bilər. Əgər nəcisdə eyni zamanda bəlğəm və yumşalma görülsə çalışın həmin qidanı gələn dəfə daha az miqdarda verəsiniz. Əgər bunlar görülməzsə, eyni miqdarı verməkdə davam edin və ya bağırsaqları alışdıra-alışdıra artırın. Nəcis uşağın yediyi əlavə qidanın rəngini də ala bilər.
Nəcisin xaricindəki qan damarcıqları qatılığın səbəb olduğu sivrilmələrdən meydana gəlir. Bu qanama əhəmiyyətli deyil. Lakin qəbizliyi önləyici bir tədbir ala bilmək üçün həkimə müraciət edilməlidir. Bu psixoloji baxımdan da lazımlıdır. Nəcisdə görülə biləcək digər qanamalar bağırsaqların sivrilməsindən, sürtünməsindən qaynaqlana bilər. Bu halda dərhal çağırılmalı və körpə xəstəxanaya çatdırılmalıdır.
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR