Bir çox ana namizədi hamiləliyi boyunca körpəsinə və özünə daha yaxşı baxa bilmək üçün ən yaxşı şəkildə qidalanmaya çalışır. "Nə yeməliyəm?", "Nələrdən uzaq dayanmalıyam?", "Körpəmə necə daha faydalı olaram?" kimi sualların cavabları axtarılır. Əslində hər zaman olduğu kimi hamiləlik dövründə də sağlam qidalanma prinsipinə əməl etmək lazım olduğunu söyləyən Liv Hospital Qidalanma və Dieta mütəxəssisi Şükran Yıldız hamiləlikdə Yeyilməsi lazım olan qidalardan danışdı.
Yumurta
Ana və körpənin ehtiyac duyduğu keyfiyyətli protein mənbəyidir və yumurtadakı proteinin hamısı bədəndə istifsdə edilir. Eyni zamanda 12-dən çox vitamin və mineral tərkiblidir. Körpənin beyin inkişafı üçün olan kolin mineralı və folik turşusu baxımından zəngindir. Ayrıca, tərkibində beyin və göz sağlamlığı üçün vacib olan omeqa-3 yağ turşusu var. Ancaq yumurta az bişmiş və çiy yeyilməməlidir.
Tam taxıllı çörək və bulqur
Hamilələr üçün tam taxıl məhsulları ilə qidalanmaq həzm və sinir sistemi sağlamlığı üçün vacibdir. Çünki B qrupu vitaminləri, E vitamini baxımından yaxşı bir mənbə olmasından dolayı lazımlı vitamin, mineral qəbulu və stressi aradan qaldırmaq üçün vacib rol oynayır. Ayrıca, yüksək miqdarda lif tərkibi həzm sisteminin yaxşı çalışması və qan şəkərinin nizamlanması üçün lazımlıdır.
Qoz, fındıq, badam, fıstıq
Bitki tərkibli Omeqa-3, sink tərkibindən dolayı körpənin beyin inkişafı üçün hamiləlik dövründə tövsiyyə etdiyimiz bir qidadır. Omeqa-3 də olan DHA sinir sistemi inkişafını təmin edən vacib bir yağ turşusudur. Hamiləlik dövründə lazımlı qədər alınan DHA, uşaqlarda yaxşı bir konsentrasiya, zəka inkişafı və güclü yaddaş üçün yaxşı bir mənbə olub, eyni zamanda yeyilən qoz, fındıq, badam, fıstıq vacib lif və sağlam yağ qaynağıdır.
Qatıq
Körpələr skelet sisteminin inkişaf etməsi üçün kalsiuma ehtiyac hiss edir və bunu anadan alır. Əgər hamilə ana lazımınca kalsium almasa sümüklərindəki kalsium anbarları körpəyə keçir və anada kalsium çatışmazlığı ilə bərabər sümüklər zəifləmə və diş çürükləri meydana gələbilir. Bu səbəblə ana namizədlərinin lazımlı kalsium qəbulu olduqca vacibdir.
Tünd yaşıl yarpaqlı tərəvəzlər
Vitamin A, C və K mənbəsi olması və yüksək miqdarda folik turşusu tərkibli olduğundan hamilə anaların mütləq yeyilməsi olan bu tərəvəzlər ananın lazımlı dəmir almasını da dəstəkləyir.
Yağsız qırmızı ət
Hamiləlik dövründə bədənin dəmir ehtiyacı iki qatına çıxır. Qırmızı ətdə olan dəmir bədəndə asanca həzm etdirilib, əmilərək fəaliyyətini asanlıqla göstərə bilir. Beləliklə, anada yorğunluq hissini azaldır və dəmir çatışmazlığının qarşısını alır.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR