Uelsdə NATO Sammitinin Yekun Bəyannaməsi Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini müdafiə edib.
Bəyannamənin 31-ci bəndində deyilir ki, Qafqazda, habelə Moldova Respublikasında münaqişələrin dinc yolla həlli beynəlxalq hüquq prinsiplərinə, BMT Nizamnaməsinin və 1975-ci ildə qəbul olunmuş Helsinki Yekun Aktının prinsiplərinə əsaslanmalıdır. Bəyannamədə millətlərin öz müqəddəratını təyin etməsi hüququ haqqında bir kəlmə də yoxdur. Bəyannamədə hətta belə bir ifadə olsaydı belə, bütün dünyaya yaxşı bəllidir ki, sənəddə adları çəkilən BMT Nizamnaməsi və Helsinki Yekun Aktı xalqların öz müqəddəratını təyin etməsi hüququnun dövlətlərin ərazi bütövlüyünü pozmadan həyata keçirilməsini nəzərdə tutur, yəni söhbət daxili təyini-müqəddərat hüququndan gedir.
Beləliklə, Uelsdə Ermənistan prezidenti Serj Sarkisyan növbəti şapalaq alıb. Özü də rüsvay olduğu həmin gün ərəfəsində onun Şimali Atlantika Alyansı ölkələrinə az qala hədə-qorxu gələrək isterik halda onları “sağlam düşüncəyə” (!) dəvət etdiyinə və “Minsk qrupunun ritorikasından” geri çəkilməməyə çağırdığına baxmayaraq. Gözlənildiyi kimi, onun isterikasına fikir verən olmadı. Görünür, indi Ermənistanda başa düşə bilmirlər ki, nə üçün blokun üzvlərində “yalnız” Serj Sarkisyana xas olan “sağlam düşüncə” tapılmadı.
Prinsipcə o, Bəyannamədə hansı müddəaların olacağını qabaqcadan bilirdi və buna görə də elə əvvəldən tələm-tələsik bu ssenarini, görünür, Türkiyənin səylərinə işarə edərək “qonşumuz olan diktatorun simasını öz xalqının gözündə xilas etmək istəyən digər üzv (NATO-ya) ölkənin lobbiçiliyinin” nəticəsi adlandırıb.
Əlbəttə, Alyansın üzvü olan ölkələr heç vaxt belə səviyyəsiz danışıq eşitmədiklərindən Serj Sarkisyanın isterikası elə özünə qalıb.
Ermənistan prezidenti bir gün əvvəl avropalılara yalvararaq demişdi: “Ya sağlam düşüncə və sülhə nail olmaq səyi qalib gələcək, ya da yenidən yalançı fobiya, müharibə ritorikası və bu cür kağızların qol-qanad verdiyi, öz əsgərinin həyatına qətiyyən dəyər verməyən Azərbaycanın asanlıqla təhrik etdiyi insan tələfatına gətirib çıxaran fitnəkarlıqlar genişləndiriləcəkdir”. Əlbəttə, bu ifadənin təhlilinə daha geniş yer ayırmaq olar, lakin təkcə bunu qeyd edək ki, biz həqiqətən əsgər həyatına dəyər vermirik, amma Azərbaycan əsgərinin deyil, erməni əsgərinin. Hətta öz iradəsi ilə deyil, məsuliyyətsiz dövlət rəhbərlərinin əmri ilə olsa belə, müqəddəs torpağımızı tapdaq altında qoyan işğalçı əsgərin həyatı bizi narahat etmir. Amma hər bir Azərbaycan çağırışçısının sağlamlığı bizim üçün bütün dünya ermənilərindən daha dəyərlidir.
İndi isə gəlin, 2012-ci ilə qayıdaq. Yadınızdadırsa, o zaman Serj Sarkisyan Çikaqoda keçirilmiş əvvəlki sammitdə iştirak etməkdən nümayişkaranə şəkildə boyun qaçırmışdı və bunu səbəb göstərmişdi ki, NATO Sammitinin Çikaqo Bəyannaməsinin layihəsinin Ermənistan-Azərbaycan münaqişəsi hissəsində Lissabon Sammitində qəbul olunmuş 2010-cu ilin sənədindən az fərqlənir. O zaman Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan NATO-nun Çikaqo Bəyannaməsi layihəsinin Cənubi Qafqazda və Moldovada münaqişələrin həlli barədə bəndinə toxunaraq qeyd etmişdi ki, “Lissabon Bəyannaməsi ilə müqayisədə müəyyən dəyişiklikləri nəzərə almayan bu bənd Qarabağ münaqişəsinin nizama salınmasında vasitəçi mandatları olan ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqelərinə ziddir. Bunu ABŞ, Rusiya və Fransa prezidentləri dəfələrlə deyiblər”. O, həmçinin demişdi ki, bu müddəa münaqişənin nizama salınması barədə ATƏT çərçivəsində qəbul olunmuş bəyanatlara və qərarlara uyğun deyil. Nəhayət, E.Nalbandyan etiraf edərək bildirmişdi: “Ermənistan Respublikasının prezidenti bu amilləri nəzərə alaraq Çikaqo görüşündə iştirak etməmək qərarına gəlib”.
Cəmi iki il keçəndən sonra bu “qürur” harasa uçub gedib və Serj Sarkisyan heç nə olmamış kimi birdən Uelsdə peyda olub. Necə deyərlər, “bəlkə də qaytardılar”.
Yox, qaytarmadılar...
Buna görə də o, suyu süzülə-süzülə geri qayıdacaq.
...Amma xalqına bunu necə izah edəcək, bir Allah bilir.
NATO-nun Uels Bəyannaməsində ərazi bütövlüyü, bildiyimiz kimi, qətiyyən pozulmamış Ermənistanın adının Ukrayna, Moldova, Gürcüstan və Azərbaycan ilə yanaşı çəkilməsinə gəldikdə isə görünür, bu, S. Sarkisyanın qabağına atılmış sümükdür ki, inciməsin. Lakin bu ölkə öz müstəqilliyini həqiqətən artıq itirib.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Günəş eynəkləri
Qocanın yaşını Facebook da qəbul etmədi
"Göbələk" tortu (foto-resept)
Sabah yağış yağacaq
Şuşaya qar yağdı, 28 il sonra ilk dəfə görüntüləndi - VİDEO
Bakıda 3G mobil internet niyə bahadır?
Çox yeyərək arıqlamaq üçün...
Quş qripi yenidən xortladı
Sevil Əliyeva Heydər Əliyevin rəqsini paylaşdı - VİDEO
Ayaq bilərzikləri-4
Kriştianu Ronaldunu qovan hakim sərt cəzalandırıldı
İş yerindən arayış almaq asanlaşdı
Günahsız yerə 25 il həbsdə yatdı, çıxanda milyonçu oldu
Acun Şeymanın evini 50 milyona satdı-FOTO
"Sen anlat Karadeniz"-in Nefesi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Hicablı xanımlar üçün ziyafət geyimləri
15 yaşlı girovdan xəbər var
Obamanın Qələbə təbriki
Mətbəx dekorasiyası nümunələri
İlham Əliyev G20-yə bu təyyarə ilə gedəcək
Günəş əvəzinə güzgü
Rahat həyat ömrü qısaldır
Bu üçlükdən biri Azərbaycanı "Eurovison"da təmsil edəcək!
Ailəliklə oynaya biləcəyiniz 3 oyun
Seda Sayan səhnəyə bu paltarda çıxdı-FOTO
Ronaldo kökəldi-FOTO
Morqda dirildi-Yorğan istədi-ŞOK hadisə
Şokoladlı badam halvası (foto resept)
Napoleonun sirli maskası – 198 illik müəmma üzə çıxdı
Ət qovurması (foto-resept)
Valideynlərin nəzərinə!
Mikroelementlər-1
Ziddiyyətli ata sözləri
Bu prezidentin villasını çəkmək olmaz?
Natavan: "Qürura görə sevgidən vaz keçməyin"
İrem Derici izləyicilərini təəccübləndirdi-FOTO
Ayrılığa bir gün qaldı...
Günün ulduz falı
10 il sonra yenidən kamera qarşısında olacaqlar
3500 il yaşı olan kral məzarları aşkar edilib - FOTO
Kontrasepsiya metodları və istifadəsi
İşgəncələrə qarşı Avropa Komitəsi Ermənistan hakimiyyətini tənqid etdi
Xərçəngə qarşı möcüzəvi qarışım
Engin Altan Düzyatan tarixi serialda
Leyla Əliyeva “Jara”da - FOTO
Livandan Ermənistana terrorçu daşıyan təyyarə ifşa olundu
Paytaxtımızın 7 möcüzəsi - FOTO
Uşaqlarda ən çox görülən yay xəstəlikləri
Ermənilərin yeni təxribatı
Bu oğlan fizikanın bütün qanunlarını dağıdır-video














