Saç rəngini necə seçmək lazımdır ki, həm öz rəngini tapasan, həm də dəblə ayaqlaşasan? CHİ studiosunun rənglər üzrə mütəxəssisləri bu sualın cavabı olaraq xanımlara ətraflı məlumat veriblər.
Bir neçə mövsüm ardıcıl olaraq podyumlarda modellərin saç düzümlərində müxtəlif rənglər qarışığının, ombrenin olmasına baxmayaraq indi nude stili yenidən dəbə qayıdıb və təbii çalarlar üstünlük təşkil edir. Dəbdən ekstrimlər çıxır, indi eleqant görünüşü bərpa etmək üçün "doğma" saç rənginə uyğun tonlar seçilir.
Təbii kölgələr tam mənası ilə sadə demək deyil. Rəngləmə üzrə liderlər indi təbii rənglərin dərin, gözəl, nəcib çalarlarının palitrasını elə işləyirlər ki, adi rənglər belə sözün əsl mənasında yeni çalarlarla işıldayır.
Əlbəttə ki, saç boyası seçərkən çox diqqətli olmaq tələb olunur. Keyfiyyətli və sınaqdan çıxmış boyalardan istifadə etmək məsləhət görülür. Keyfiyyətli boyalar ammonyaksız olur. Bu cür boyalar təəccüblü də olsa, nəinki saçları zədələmir, hətta onları qoruyur və sadələnmiş strukturunu bərpa edir.
Yalnız keyfiyyətli boyaların vasitəsilə ən çətin rəng çalarlarını və onun kölgələrini olduğu kimi dəqiqliklə almaq mümkündür. Rəng saça sadəcə olaraq "yapışmamalıdır". O, saçın təbii rəngini tamamlamalıdır, ona kölgələr və parıltı verməlidir.
Bütün dünyada artıq çoxdan isti rənglərə üstünlük verilir. Sarı və gümüşü çalarlar soyuq rənglər hesab olunur, qəhvəyinin tonları və qara isti rənglər sayılır. Qərblə ayaqlaşmaq istədiyimiz indiki dövürdə əlbəttə ki, boz tonlara üstünlük vermək düzgün olmaz. Bu 60-cı illərin retro tərzini yaradan aktrisalarda və ekstrimlər yaratmaq istəyən podyum modellərində gözəl görünə bilər. Real həyatda isə bu yolverilməzdir.
Təbii sarışın rəng həmişə aktualdır. O, heç vaxt dəbdən düşmür və həmişə ən cəlbedici rənglər siyahısına liderlik edir. Əgər sizin saç rənginiz üz dərinizlə ahəng təşkil edirsə, o zaman təbii sarışın rənginə heç bir əlavə kölgələr etmək lazım deyil. Yaddan çıxartmayın ki, dəbda də təbiilik həmişə dəb olaraq qalacaq.
İsti sarışın tonu da həmişə istifadə olunan çalarlar sırasındadır, bütün üz dərilərinə də uyğun gələn bir rəngdir. Saçlarının isti sarışın tonu ilə rəngləyənlər həmişə yaşlarından cavan görünürlər.
Ombre rəngləmələrə (rəngdən rəngə ahəngli keçid) gəldikdə isə demək olar ki, bu stil də retro görünüş əldə etməyə başlayıb. Bu gün ombrelərdə də dəyişikliklər nəzərə çarpır-keçidlər görünən, ehtiyatlı və çətin keçidli formalar alıb.
Bugünkü gün saç boyamasındakı ən kobud məqam saçlara verilən kölgələrin aydın seçilməsidir. Saçlardakı dəqiq bilinən xətlər artıq dəbdə deyil, onun yerini daha yumşaq kölgələr tutur.
Ammonyaksız saç boyaları siz saçlarınızı 3D dərinliyə kimi rəngləsəniz belə saçlarınızın zədələnməyəcəyinin yeganə təminatçısıdır. Belə ki, "Kainat gözəli" müsabiqəsinin iştirakçıları bu şəklidə saçlarını rəngləyiblər.
XƏBƏR LENTİ
BÜRCLƏR bizə nə vəd edir? - 22 mart
Qadınlar niyə aldadılır?
"Zeytun bağları" ilə yeməklərinizə ləzzət, həyatınıza fayda qatın!
Meksika naxışları tortlarda
Günün qoroskopu - 31.10.2013
Hazal Kaya ekranlara qayıdır
Azərbaycanda sərnişinlərin daşınması qaydaları dəyişib
İlham Əliyev onlara xəbərdarlıq etmişdi
Qozlu, pendirli peraşki (foto resept)
Prezident İlham Əliyev Vilnüsdə Avropa İttifaqının III "Şərq tərəfdaşlığı" Sammitində iştirak edib
Hiperaktiv uşaqla necə davranmalı?
Tarkanın Kamal Sunal haqqında fikir bildirdi-FOTO
Bu gün Məhərrəm ayı başlayır
Hələ də siqaret çəkirsiniz? Onda baxın - FOTO
Öd kisəsində daş yaranmasına səbəb olan hallar
ÜST rəhbəri vaksinlərdən danışdı: “Təminatı yoxdur”
Əhvalımıza görə hansı məşqləri etməliyik?
İçi doldurulmuş badımcan(foto resept)
Kişinin əsas düşmənləri: alkoqol və tütün
Azərbaycanlılarla litvalı deputatlar arasında Xocalıya görə mübahisə yarandı
Düzgün duruşdan başlayın
Rusiya brendləri
Lənətlənmiş otel
“Humay”ın 25-ci təqdimat mərasimi keçirilib
Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
Zövqlü çantalar
Hamiləlik dövrləri (1-10 həftələr)
Saqqız çeynəməyin faydaları
Azərbaycanda olimpiadaların qaliblərinə güzəştlər ola bilər
Nənə və babanın nəvə tərbiyəsi
HAVA necə olacaq?-5 yanvar
Saçların tez uzanması üçün daha bir sadə vasitə
İlin ən çox qazanan ulduzları - SİYAHI
Yeni il gecəsi özünüzün stilisiti olun
Bakının əsas ictimai nəqliyyat vasitələrindən biri tramvay olacaq - AÇIQLAMA
Gələn həftənin hava proqnozu açıqlandı
Həssas dərilər üçün makiyaj tövsiyələri
Koronavirusla bağlı SON STATİSTİKA
Xanımlar üçün göyərti maskaları (1)
Boyunumuz yaşımızı göstərir
Suriya müxalifəti sülhdən boyun qaçırır?
104 yaşlı moda ikonu-FOTO
Dünyanın ən bahalı məhsulları
Qadin.Netlilərin qorxu dolu anları (III hissə)
Bud əzələlərini gücləndirən idmanlar
Mədə turşuları
Nazik dodaqlı xanımlara TÖVSİYƏ - Daha böyük görünməsi üçün...
Noxudlu tərəvəz yeməyi (foto-resept)
Şəhər həsrətli kəndlilər
Ərik pəhrizi
- ŞƏRHLƏR