Ən xeyirli, insan orqaniziminə lazım olan, onsuz heç nəyi təsəvvür etmədiyimiz göyərti... Göyərtidən mətbəxdə, kosmetologiyada, xalq təbabətində geniş istifadə olunur. Yemək hazırladıqdan sonra əlinizin altında qalan nanə, cəfəri, kəklikotu, razyana, reyhan, gicitkən, yarpız, rozmarin qalıbsa atmayın, onlardan növbənöv maskalar və xalq təbabətinə uyğun olaraq dərmanlar kimi istifadə etmək olar. Öz dərdimizə özümüz çarə tapaq və təbii ki həkim məsləhətindən sonra... Adi sandığımız göyərti belə bizə ziyan verə bilər.
Cəfəri
Bu göyərti dərini ağardır və qidalandırır. Cəfərinin faydalarından sonsuz danışmaq olar, amma ən vacibi tərkibində B1, B2, C, PP, E vitaminləri, fol turşusu, flavanoidlər, efir yağları, dərinin imunitetnii möhkəmləndirən polisaxaridlər, dəmir, kalium, maqnezium, fosfor mövcuddur. Daxilindəki C vitamini limonda və qarağatda olan vitamindən daha çox miqdardadır. Bundan əlavə cəfəridə saysız-hesabsız təbii antibiotiklər var.
Cəfəridən göz altı üçün maska
Bizə lazımdır: 4 yarpaq cəfəri, 20 q kərə yağı.
Cəfərini doğrayın, üzərinə yumşaldılmış kərə yağı əlavə edin və blendrdən keçirin.
Maskanı göz ətrafına çəkin, 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.
Kəklikotu
Kəklikotu yunan dilindən tərcümədə “həyatın nəfəsi” deməkdi. Çünki bu ətirli ot C vitamini ilə, mineral maddələr, üzvü turşular, flavonoidlər və timol ilə zəngindir. Kəklikotu həlimi demək olar ki, bizə bütün xəstəliklərdə kömək edir. Saçlara və dəriyə çəkmək üçün kəklikotunun efir yağı sizə kömək edər. İstifadə etdiyiniz şampunun hər 10 qramına 3 damcı kəklikotu yağından əlavə etsəniz, saçlar möhkəmlənər və inkişaf edər. Dəridə əmələ gələn civzə və səpkilərdən azad olmaq üçün üz kreminizə bir necə damcı əlavə edin. Dırnaqları möhkəmləndirmək üçün ilıq suya duz və 5 damcı yağ əlavə edib əllərinizi bu suda saxlayın və 20 dəqiqə sonra yaxalayın.
Təravətləndirici kəklikotu maskası
Lazım olanlar: 2 ç.q yaşıl çay, 2 ç.q kəklikotu, 2 ç.q yulaf yarması, 2 ç.q bal, 2 ç.q qatıq.
Bütün bunların hamısını blendrdən keçiririk və üzümüzə çəkirik, 20 dəqiqə gözləyirik, sonra mineral su ilə yuyuruq.
Nanə
Nanə yarpaqlarının daxilindəki mentol dəridəki canlandırır, qan dövranını təmizləyir, məsaməli boruları gücləndirir. Mentol dəridə olan toksinləri çıxarır, piy vəzilərinin funksiyasını stabilləşdirir. Nanə cövhərindən hazırlanan yaş sarğılar dəridə əmələ gələn qıcıqlanmanı aradan götürür. Nanə yarpaqlarının üzərinə qaynar su əlavə edib, 30 dəqiqə saxlayın. Daha sonra tənzifi bu məhlulda isladıb üzünüzə astaca qoyun, 15 dəqiqədən sonra üzünüzü yuyun. Nanə şirəsindən bir müddət içilərsə (hər dəfə 15 qram) tərləmənin qarşısı alınar, eşitmə qabiliyyəti yaxşılaşar. Diş ağrıyan zaman nanə çeynədikdə ağrı kəsilər.
Nanəli tonik
Lazım olanlar: 3 xörək qaşığı quru nanə, 1 xörək qaşığı qliserin.
Qurudulmuş nanənin üzərinə 1.5 stəkan qaynar su töküb 2 gün soyuducuda saxlayın. Məhlulu süzün və üzərinə qliserin əlavə edib üz üçün tonik kimi istifadə edin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Körpələrin gec yeriməsi
Karamelli keks (foto resept)
Soçi: Ukraynanın idmançıları Yanukoviçə quldur deyərək yarışdan imtina etdilər
Metropoliten gücləndirilmiş rejimə keçdi
Tərcümə olunmayan sözlər
"Zemheri"nin aktrisası 1-ci oldu
"Milli Şura Rüstəm İbrahimbəyovun istefası ilə mövcudluğunu dayandırdı"
Leyla Əliyeva sərgidə - FOTO
Uill Smit xəstəxanalıq oldu-SƏBƏB
Yeni il ağacını necə bəzəməli?
Masazırda bəzi evlər sökülə bilər
Nazirin paylatdırdığı kartlar nə qədərdir?
Tarixdən...(4)
Merve Özbeydən Demet Akalın açıqlaması
iPad Air-in istehsal dəyəri azalıb
Humus (foto resept)
"Bir qadının səs vermək üçün evdən çıxması ərinin verəcəyi iznə tabe deyildir."
5 kiloqram arıqladan kök pəhrizi.
Bill Geyts ideal inəyin yaradılmasına 40 milyon dollar ayırdı
Günün ulduz falı
WhatsApp-dan Google bombası
Xəyallarımızdakı evlər
BÜRCLƏR bizə nə vəd edir?-28 İyul
Skype-da daha bir yenilik işə düşdü
Qadınların əl və ayaqları nəyə görə üşüyür?
Dünyanın ən bahalı evləri
Rusiyada tədris ilində yeni qayda
Hollandiya - Argentina: 2-4
"Banan" pirojnası (foto resept)
Xamalı peçenye (foto resept)
Cinsi istəksizlik yaşayan qadınlar: problemlər, səbəblər
Ölkələrin gözəlliyinə gözəllik qatdı
Bahalı əməliyyatları bahalı edən nədir?
Bakıda 37 metrlik yolka qurulur - FOTO
63 ildir hər gün 1 kilo qum yeyən qadın
Bizi yuxusuz qoyan nədir?
İlham Əliyev Nazirlər Kabinetini topladı - YENİLƏNİB + CANLI YAYIM
Vəfat etmiş ananın qəza namazlarını kim qılmalıdır?
Yun paltarlara qulluq- Vacib qaydalar!
Uşaqlarına- "Aza, Oyalı,Taz..." adlarını qoymaq istədilər
BÜRCLƏR bizə nə vəd edir? -13 İyun
Planetimizin iki yeni peyki kəşf edildi
Hər üç adamdan birinin banka borcu var
Yeni tərz: Batik saçlar
Avtomobildəki qaz-əyləc sistemi və ürək
Bu insan 25 ildir ancaq pizza yeyir
Aclıq hissini yox edin
Demet Akalın İremle barışdı_FOTO
HAVA necə olacaq?-13 FEVRAL
Ərikli pirojnalar (foto resept)
- ŞƏRHLƏR