Nazirlik rəsmisinin sözlərinə görə, respublika fənn olimpiadalarında qalib olan şagirdlərin sayının artırılması bu gün Təhsil Nazirliyinin hədəflərindən biridir və buna da nail olunur: "Amma təbii ki, belə şagirdlərə gələcəkdə hansısa güzəştlər ola bilər. Hazırda bu məsələ müzakirə olunur. Amma onu da nəzərə almaq lazımdır ki, olimpiada qalibi olan şagird onsuz da öz istedadı ilə seçilir, buraxılış imtahanından azad edilmə onun həyatını bir o qədər də dəyişmir".E.Əmrullayev bildirib ki, bəzi ölkələrdə respublika fənn olimpiadasında I yeri tutan şagirdlərin ali məktəblərə birbaşa qəbul olunma təcrübəsi var. Azərbaycanda da müəyyən qədər bu təcrübədən yararlanmaq olar: "Bır sıra ölkələrdə belə bir təcrübə var ki, fənn olimpiada qalibləri ali məktəblərə birbaşa qəbul olunurlar. Respublika olimpiadalarında I yeri tutanlar həmin fənn üzrə oxumaq istəyirlərsə, onlara belə imkan yaradılır. Müəyyən mənada bu təcrübədən yararlanmaq olar. Bu istiqamətlər üzrə hələ müəyyən işlər görülməlidir".Şöbə müdiri əlavə edib ki, Təhsil Nazirliyi respublika olimpiada qaliblərinin dar istiqamət üzrə hazırlanmasını da düşünür.Onun sözlərinə görə, bu il artıq iki məktəbdə - Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Respublika Lisey və Kimya-Biologiya Təmayüllü Respublika Liseydə Olimpiadaya Hazırlıq mərkəzləri yaradılıb. Oktyabrın 31-dək Azərbaycanın müxtəlif bölgələrindən aşağı və yuxarı yaş qrupları üzrə şagirdlərin həmin mərkəzlərə qəbulu üçün seçimlərin yekunlaşdırılması nəzərdə tutulur. Oktyabrda ilk seçimlər olduqdan sonra növbəti seçimlər yanvar, daha sonra mart və yekun olaraq, may ayında olacaq: "Beləliklə, ən yaxşılar seçilərək fəndən asılı olaraq beynəlxalq olimpiadaya aparılacaq. Problem odur ki, uşaqlar regionlarda olanda onları bir yerə toplamaq çətinlik yaradır. Ancaq həmin məktəblərin yataqxanası olduğundan və uşaqlar gündə 3 dəfə yeməklə təmin edildiyindən şagirdlər müəyyən bir yerdə toplaşıb daha sistemli şəkildə olimpiadaya hazırlaşa biləcəklər".Beynəlxalq olimpiada qaliblərinin daha çox xaricdə təhsil proqramlarında uğurla iştirak etdiyini deyən nazirlik rəsmisinin sözlərinə görə, hazırda Təhsil Nazirliyinin əsas hədəfi beynəlxalq olimpiadada qazanılan medalların sayı və əyarıdır. Bu istiqamətdə də müsbət dinamika müşahidə edilir. Amma respublika fənn olimpiadası ilə bağlı nazirliyin hədəfi kütləvilik, yəni olimpiadaya daha çox şagirdin cəlb edilməsidir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Müdafiə Nazirliyi erməni yalanını ifşa etdi: "Şəkillər saxtadır"
Ermənistan satlığa qoyulub
Uzun illər qıtlıq gözlənilir
2018 Coachella festivalı
Gəncədə gimnastika üzrə Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr edilən açıq birincilik keçirilib
Facebook-da təhlükə
Corc Buşun qızının toyu oldu-FOTO
Almaniyada ilk peyvənd 101 yaşlı qadına vuruldu
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
Uşaqlara məcburi yemək yedizdirmək doğrudurmu?
Taksi də bahalaşdı. Bundan sonra nə olacaq?
İngiltərədə dinozavrın skeleti 650 min dollara satıldı
Kopenhagen moda həftəsi
Qiyməli qarabaşaq (foto resept)
Hərbçilərimiz müharibəyə hazırdır?
HAVA xəbərdarlığı
Alimlərdən inanılmaz kəşf
HAVA necə olacaq?
Diktatorların qadınları
Azərbaycan ordusu Bərdəni atəşə tutan “Smerç”i məhv etdi - VİDEO
Noyabrın 15-i son vaxtdır
Tətilin SON GÜNÜ Başa çatır
Şeyma Subaşı son FOTOsu ilə diqqət çəkdi
BÜRCLƏR bizə nə vəd edir?-25 yanvar
Yeni il şarı düzəldək
Gülşen açıqlaması ilə diqqət çəkdi
BÜRCLƏR bizə nə vəd edir? - 25 APREL
Uşaqlara hansı yaşda hansı oyuncaq verilməlidir?
Təbrizdə Azərbaycan ordusuna dəstək aksiyası: “Biz ölməyə hazırıq” - VİDEO
Xərçəng xəstəliyindən qorunun!
Ən bahalı və ən ucuz ixtisaslar
50 yaşlı qadın üçəm doğdu
Nəhayət ki: itmiş təyyarə tapıldı - FOTO
Yüksələn dərd: təzyiq
Kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb
Dünyanın ağ ciyərləri belə məhv edilir
Qarpız niyə bahadır?-Nazirlikdən şərh
Azərbaycanda daha 338 nəfərin koronavirusa yoluxduğu aşkarlandı
Xaosun harmoniyası və ya heç nə(2)
TQDK-dan imtahanlarla bağlı açıqlama
Əlvida, Madiba!
"Ayrıldılar" deyilən cütlük toya hazırlaşır
Günün qoroskopu: aktiv olun, enerjili çalışın
İnfarkt keçirən xalq şairindən xəbər var
Çindən Rusiyaya ümid vədi: hər şey yaxşı olacaq
Ancelina Coli ilə Bred Pitt haqqında gizli fakt üzə çıxdı
Bu gün bir neçə rayon qazsız qalacaq
Super qadınlar üçün super qidalar
Vətən Müharibəsinin iki dost, iki sirdaş qaziləri - VİDEO
Pendirli poğaça (foto-resept)
- ŞƏRHLƏR