
Azərbaycanda benzinin qiymətinin 70 qəpikdən 72-yə qalxması hər kəsdə bir sual yaradıb. Bundan sonra nələr baş verəcək? Qiymət dəyişikliyi ilk olaraq hansı sahədə özünü göstərəcək və ardıcıllıq necə davam edəcək? Bir sözlə, Tarif Şurasının bu qərarı Azərbaycan insanının həyatında özünü necə göstərəcək?
Bir qərarın doğurduğu çoxsaylı suallara cavab almaq üçün üz tutduğumuz iqtisadçı-ekspert Vüqar Bayramov Milli.Az-a dedi ki, digər sahələrdə də qiymətlərin qalxma ehitmalı çox böyükdür.Ekspert hesab edir ki, benzinin qiymətinin qalxması digər məhsulların istehlak bazarına həm iqisadi, həm də psixoloji təsir göstərir. "İstehlak bazarına benzinin qiymətinin qalxmasının iqtisadi təsiri ondan ibarətdir ki, qiymət artımları daşınmada, o cümlədən nəqliyyatda qiymətlərin artmasına gətirib çıxaracaq. Aqrar sektorda dizelin qiyməti artdığı üçün bu sahədə istehsal olunan məhsulların qiymətinlərində artımla müşahidə olunacaq. Çünki aqrar sektorda dizel yanacağından istifadə olunur və xərc artır. Nəqliyyat və daşıma xərclərində artım müşahidə olunur ki, bu da birmənalı şəkildə iqtisadi baxımdan istehlak bazarına çıxarılan məhsulların xərcini artırır.
Yanacağın qiymətinin artmasının psixoloji təsirindən danışan ekspert vurğuladı ki, bir çox iş adamları benzinin qiymətinin artmasından istifadə edirlər və süni qiymət artımlarına yol verirlər.
"Benzinin qiymətinin 2 qəpik artmasına baxmayaraq, bu artımın nəqliyyatda süni şəkildə artıma yol açacağı qaçılmazdır. Əsasən, taksidə və bu kimi bir sıra nəqliyyat vasitələrində qiymət artımı müşahidə olunacaq. Bu gün bizim apardığımız monitorinqlər onu göstərir ki, artıq taksi qiymətlərində müəyyən artımlar var. Şəhərdaxili taksi xidmətlərində qiymət artımları var. Taksi sürücüləri də bunu benzinin qiymətinin qalxması ilə əlaqələndirirlər".
Ərzaq məhsullarının qiymətləri ilə bağlı ekspert əlavə etdi ki, burada da qiymət artımı istisna edilmir.
Süni qiymət artımlarının qarşısını almaq üçün V.Bayramov bunlarla bağlı müəyyən edilmiş cəza növlərinin mövcudluğunu xatırlatdı.
"Benzinin qiymətinin qalxması süni şəkildə digər məhsulların qiymətinin qaldırılmasına gətirib çıxarmamalıdır. Ona görə də, İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımı ilə mübarizəni gücləndirməlidir. Eyni zamanda biz təklif edirik ki, süni qiymət artımının qarşısını almaq üçün süni bahalaşmalara gedən sahibkarların cəzası ağırlaşdırılmalıdır. O cümlədən həmin şəxslərin biznesinin bağlanması kimi cəzalar verilməlidir. Əgər onlara qarşı cəzalar tətbiq olunsa, iş adamları da süni qiymət artımlarına getməyəcəklər". - deyə ekspert bildirdi.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Balaca rəqqaslar
Böyük burunları gizlədən saç modelləri
"Qoyun" salatı (foto resept)
Bənövşəyi dərman, yoxsa partladıcı?
Azərbaycanda köhnə problem: qiymətlilərin qiymətsizliyi
Bu müəllimlərin maaşı hələ artırılmayacaq
Meymunun çəkdiyi şəkillərdən sərgi təşkil olunacaq
Məşhur model təyyarə qəzasında öldü-FOTO
Marsın rəngi boz imiş
Sürətli arıqlama insanı nə hala salır?
Dəridəki ləkələri yox edən heyva maskası
Ayaqqabılar
Deniz Akkayadan Gözlənilməz ETİRAF
Azərbaycanda yaşayan əcnəbilər koronavirusa yoluxdu - RƏSMİ
Azərbaycanın tanınmış professoru vəfat etdi
Türkiyə bayrağı Eyfeli bəzədi
Foqts sualı cavabsız qoydu
"Eurovision 2018"-in açılışını Aysel Məmmədova edəcək
Güləşçimiz FİLA-nın reytinq siyahısında ilk onluqda
İmsak vaxtı "uçan boşqab" həyəcanı yaşandı
Whatsapp-da 3D yenilik
Beyninizi qorumağın 10 yolu
İllər sonra eyni seriala çəkildilər
Şamaxı plovu (foto resept)
Günün qoroskopu: hisslərin torundan qurtulun
Avtobusla bölgələrə gedib-gələnlərə şad xəbər
Hamiləliklə xərçəngi səhv salıb kimyaterapiya etdilər-FOTO
Hər 40 saniyədə bir nəfər intihar edir
"Çiçək" börəyi (foto resept)
Balla müalicə üsulları
Allah istərsə övlad verər
Yayda formada qalmaq üçün kabak detoksu
Çinlilər Heydər Əliyev Mərkəzinin oxşarını yaradıblar
Bu gün hava buludlu olacaq
Hava XƏBƏRDARLIĞI
Doğum haqqında şəhadətnamələrin kağız formasında verilməsi ləğv ediləcək?
Uşaq qidasında balqabaq
Merve jurnalistlərə əsəbləşdi
Rusiya Ermənistanı çətin vəziyyətə salıb
Azərbaycanda yeni medal təsis edilib
Ancelina Coli ilə Bred Pitt arasındakı qalmaqal bitmir
Azərbaycanda ov mövsümü açıq elan edildi
Kirayə mənzillər belə satılacaq - VİDEO
ABŞ Azərbaycana qarşı sanksiyalar qəbul etməyəcək
Özünü təmir edən orqan-Qaraciyər
Bu oğlan yemək yeməkdən pul qazanır
İbrahimə sui-qəsd edənlərə 40 il həbs cəzası verildi
İlham Əliyevdən işğaldan azad edilmiş torpaqlarımızla bağlı paylaşım
Yunanıstan tarixinin ən gənc spikeri
Ağstafa rayonunun kəndinə təbii qaz verilib















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]