Bax bunlar nəfsə aid bir sıra xəstəliklərdir. İnsan bəzən bir şeyə görə qəzəblənəndə, əsəbiləşməsi üzündən əsassız qorxu hissi ilə çox şeylər haqqında düşünür. Belə ki, onların şairlərindən biri belə demişdir:
Onu sevdiyimə görə
Sudanı da sevirəm.
Hətta onu sevdiyimə görə,
Qara iti də sevirəm.
Göründüyü kimi, qara dərili bir qadını sevən adam qara rəngdə olan nə varsa, o, hətta it olsa belə, onu sevir. Əslində, bütün bunlar qəlbin iradəsində və xəyalındakı xəstəliklərdir. Allahdan, bizi qəlbimizdə olan bütün xəstəliklərdən qorumasını diləyirik. Əxlaqımızda, istəklərimizdə olan pis xəstəliklərdən Allaha sığınırıq!
Qəlb ancaq Allahı sevmək üçün yaradılmışdır. O, Allahın qullarına verdiyi bir fitri təbiətdir, yəni Allahın, insanın ayrılmaz təbii bir xassəsi kimi yaratdığı zəruri bir keyfiyyətdir ki, bəşər əxlaqının başlanğıcı onunla bağlıdır. Bununla əlaqədar İslam Peyğəmbəri (S.Ə.S.) belə demişdir:
“Hər doğulan öz təbiəti ilə doğulur. Ata-anası onu ya yəhudi, ya xristian və ya atəşpərəst edir. Bu, eynilə bir heyvanın əli və ayağı ilə birlikdə normal doğulması kimidir. Siz onlarda hər hansı bir çatışmazlıq görürsünüzmü?” Əbu Hureyrə bunu rəvayət etdikdən sonra dedi: İstəsəniz bu ayəni oxuyun: “Sən bir hənif kimi üzünü dinə tərəf çevir. Allahın insanlara - xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz...”. (Rum, 30/30)
Allah insanları təkcə Ona ibadət etmək və Onu sevmək üçün yaratmışdır. Belə olduqda, fitrət (Fitrət – insanın anadangəlmə təbiəti) pozulmayaraq qalarsa, qəlb yalnız Allahı tanıyıb sevəcəkdir. Lakin ata-ananın övladını yəhudiləşdirməsi və ya xristianlaşdırması fitrəti pozur. Bütün bunlar Allahın qəza və qədəri ilə olsa da, Allahın yaratdığı insan təbiətini (valideynin və sairlərinin) dəyişdirməsi deməkdir.
Deməli, bədənin bir hissəsini kəsib atmaqla, o necə dəyişirsə, fitrət də belə dəyişir. Sonra isə, öz fitri təbiətlərinə qayıtmaq üçün səy göstərənlər, Allahın bunu asanlaşdırması ilə, yenidən fitrətə qayıda bilərlər.
Peyğəmbərlər fitrəti dəyişmək və ondan döndərmək üçün deyil, əksinə onu təsdiq edərək kamilləşdirmək üçün göndərilmişdilər. Əgər qəlb təkcə Allahı sevərək, dini yalnız Ona məxsus qılarsa, eşqə aludə olması ilə bağlı ona toxunmayan, çünki bu halda, o heç vaxt başqasını Onu sevdiyi qədər sevməz!
Qəlbin eşqə düşməsi, onun Allaha olan məhəbbətinin qüsurlu olmasındadır. Buna görə də, Yusuf (əleyhissalam) Allahı sevərək, dini Ona məxsus qıldığı üçün eşq xəstəliyinə mübtəla olmamışdı.
Uca Allah buyurur:
“Qadın ona meyl etmişdi. Əgər Yusuf Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o Bizim seçilmiş qullarımızdandır”. (Yusuf, 12/24)
Yüksək vəzifə sahibinin arvadı imansız idi və buna görə də eşqə giriftar olmuşdu. Allahın Tək olmasına iman gətirməyəndən başqası eşqə düşməz. Çünki Allaha doğru yönəlmiş və Ondan qorxan bir qəlbdə onu eşqə düşməkdən saxlayan iki maneə vardır. Bunlardan biri – Allaha doğru yönəlməsi və Onu sevməsidir. Çünki bu, hər şeyin üstün həzz mənbəyi və yaxşısıdır. Qəlbdə Allaha olan sevgi ilə birlikdə, Onunla ayaqlaşa bilən bir məxluqun sevgisi ola bilməz. Qəlbi eşqə düşməkdən saxlayan maneələrdən ikincisi isə Allah qorxusudur. Eşqin ziddinə olan qorxu, onu həm də uzaqlaşdırır.
Əgər qul Allahı hamıdan daha çox sevirsə və hər şeydən daha çox Ondan qorxursa, onun, gözlənilməz hallarda və yaxud sevgisi və qorxusunun (bir sıra vacib vəzifələri tərk etməsi, bəzi haramları işləməsi halları istisna edilməklə) zəifləməsi anlarında belə, o adamda Allah sevgisi və qorxusu ilə bərabər nə eşq və nə də onlarla rəqabət apara bilən hər hansı bir hiss, duyğu yarana bilməz. Çünki iman itaətlə artır, itaətdən çıxmaqla azalır. Qul istənilən vaxt Allah sevgisi və qorxusu ilə Allaha itaət halında günahlarını tərk edirsə, Allaha bəslədiyi sevgisi və qorxusu qüvvətlənir. Beləliklə, qəlbdə Allahdan başqasına yönəlmiş sevgi və qorxu yox olur.
Cismani, bədən xəstəlikləri də eynilə belə olur. Həqiqətdə sağlamlıq özünə bənzəri ilə qorunur, xəstəlik özünün ziddi ilə sağaldılır. Belə olduqda, qəlbin sağlamlığı imanladır və ona oxşar olanlarla mühafizə olunur. Bu gerçəklik – faydalı elm və xeyirxah əməldir ki, qəlbdə imanın yaranmasını təmin edir. Faydalı elm və xeyirli əməl qəlbin qidalarıdır.
Beləliklə, yüksək etibarlılıqla Peyğəmbərdən (S.Ə.S.) rəvayət edilən İbn Məsudun hədisində belə deyilir:
“Ziyafət verən hər kəs, (dəvət olunanların) ziyafət yeməyinə gəlməsini istəyər. Allahın ziyafəti isə Qurandır” (Darimi, “Fədailil-Quran”, 2/433). Quran Allahın qullarına ziyafətidir.
Gecənin sonu, əzan və iqamə vaxtı, səcdədə və namazlardan sonra... Bunlara bağışlanma əlavə edər. Çünki kim Allahdan bağışlanma istəyərsə və sonra da Ona doğru qayıdarsa, (Allah) onu müəyyən olunmuş müddətə qədər layiqincə yaşadar. Qoy belə bir insan gecə və gündüz vaxtlarında Allahı xatırlasın və qarşısına çıxan maneələrə və qarşısını alanlara səbir etsin.
Çünki çox çəkməz ki, Allah ona Öz tərəfindən göndərəcəyi bir mələklə kömək göstərər, imanı qəlbinə yazar. Namazın açıq və gizli fərzlərini beş vaxt mükəmməl sürətdə yerinə yetirməyə ciddi-cəhdlə səy göstər, çünki namaz dinin dirəyidir. Həmişə işlətdiyin söz “Lə haulə və lə quvvətə illə billəh” olsun! Bil ki, yüklər ancaq bununla daşınacaqdır, çətinliklərə ancaq bununla qarşı durmaq mümkündür və yüksək dərəcələrə ancaq bununla çatmaq olur. Allahdan istəməkdən və Ona dua etməkdən usanma!
Çünki qul: “dua etdim, dua etdim, lakin onlara cavab verilmədi” deyərək tələsiklik etmədikcə onun duaları qəbul olunur. Bil ki, qələbə səbirlə, qurtuluş sıxıntılarla və asanlıq da çətinliklərlə bərabərdir, yəni onların sayəsində əldə edilir. İstər peyğəmbər, istərsə də ondan aşağı pillədə dayananlar olsun, xeyrə ən axırda səbir etməklə yetişmişlər.
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR