Bu il də ötən illər kimi Azərbaycanda quraqlıq hökm sürür. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun ANS PRESS-ə verdiyi məlumata görə, quraqlıq hələ bir neçə il də hökm sürəcək. Onun sözlərinə görə, bu da ölkədə müəyyə ərzaq problemlərilə nəticələnə bilər.İki ildir ki, ölkədə quraqlı hökm sürür. Qarşıdan gələn bir neçə il quraqlıq hökm sürəcək. Ola bilər ki, qışda da qarın miqdarı az olsun. Bir çox torpaqlarda şirin su qıtlığı yaransın. Bu zaman külək erroziyası yarana bilər. Torpaqların nəmliyi 30-40 faizə düşər. Bu da məhsuldarlıq üçün kifayət deyil”, - deyə Telman Zeynalov bildirib.Ekspertin fikrincə problemin qarşısını almaq üçün yeni su mənbələri tapılmalıdır: “Torpağı suvarmaq üçün su kanalları quruyur. Bu barədə mütəxəssislərimiz düşünməlidir. Yeni quyular qazıb, yeraltı suları çıxarmalıyıq. Həmin sular vasitəsilə bölgələri və Bakını içməli su ilə təmin edə bilərik”.Qeyd edək ki, son aylar hökm sürən isti hava və quraqlıq səbəbindən ölkədə çayların səviyyəsi aşağı düşüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu tərəfindən bildirilib ki, bəzi çaylarda suyun həcmi azalıb. Baş hidroloqu Asif Verdiyevin sözlərinə görə, vəziyyət çox ciddidir.“Problem əsasən İsmayıllı, Qəbələ, Ağsu, Şamaxı rayonlarında müşahidə olunur. Ağsuçay, Girdimançay, Göyçay, Türyançayda suyun kəskin azalması müşahidə olunub”, - deyə Asif Verdiyev bildirib.Mütəxəsisilər çıxış yolu kimi əlavə içməli su mənbələrindən ehtiyatla istifadə etməyi təklif edirlər. İqtisadi Tədqiqatlar Mərkəzinin əməkdaşları, kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov ANS PRESS-ə açıqlamasında bildirib ki, ölkədə içməli su potensialından israfçılıqla istifadə olunur. Ekspertin fikrincə bunun qarşısı təcili şəkildə alınmalıdır.“Bu istilərdən sonra payız aylarında intensiv yağışlar başlayacaq. Bu zaman çaylarda yaranan su bolluğundan istifadə etmək lazım olacaq. Ölkədə içməli su potensialından israfçılıqla istifadə olunur. Ötən il 11 milyard kub təbii su mənbəyindən su götürülüb. Bunun 4 milyard kubu itkiyə gedib. Hardasa içməli suyun 40 faizi israf olunub. Bu əlbəttə yolverilməzdir. Bundan əlavə ağacların sayını artırmalıyıq. Bu da bir müddətdən sonra şirin suyun miqdarını artırır”, - deyə Vahid Məhərrəmov bildirib.Ekspertin fikrincə kənd təsərrüfatı məhsulları istehsalçıları istifadə etdiyi suları yeni texnologiyaya uyğun istifadə etməlidirlər: “Kənd təsərrüfatında suvarmanı yağışyağdırma üsulu, damcı üsulu ilə həyata keçirməlidirlər. Bu gün Kənd Təsərrüfatı Nazirliyinin qarşısında duran əsas vəzifə bundan ibarətdir”.Ekspert onu da əlavə edib ki, bu il Azərbaycanda az məhsul gözlənilir. Bu isə vəziyyəti müəyyən mənada çətinləşdirə bilər: “Ötən ilə nisbətən bizdə 600 min ton az məhsul götürüləcəyi ehtimal olunur. Təxminən hər hektarda 5 sentner az məhsul götürəcəyik. Bu da, əlbəttə daxili bazara çox təsir edəcək. Çünki o qədər məhsulu xaricdən idxal etməliyik. Ona görə də, daha çox taxıl idxal olunacağı ehtimal edilir. Yaxud da, 500 min ton buğda ehtiyatından istifadə olunmalıdır. Ona görə də, Azərbaycanda bu il istehsalın az olması ilə bağlı vəziyyət gərgindir”.Ekspert deyir ki, hələlik bu baxımdan konkret nəsə demək tezdir. Dünya bazarında taxılın qiymətinin artması isə avqust ayında tam aydın olacaq. Ekspertin sözlərinə görə, bəzən mövcud vəziyyət gizlədilir. Yəni bir çox ölkənin təsərrüfat nazirliyi məlumatları şişirdir. Bu səbəbdən də, birjalarda taxılın qiymətinin manipulyasiya uğramasına, yəni süni şəkildə qiymətin qalxmasına səbəb ola bilər.“Əgər taxılın və unun qiymətində artım olarsa, avtomatik olaraq əhaliyə satılan çörəyin də qiyməti qalxacaq. Dövlətsə öz növbəsində bunu süni qiymət artımı kimi qiymətləndirərsə, bu zaman sahibkarlara zərər dəyər. Bu zaman fəaliyyətdə olan fərdi kiçik sahibkarlar sıradan çıxarlar. Bu da böyük problemlər yaradar. Yəni balaca çörək sexlərinin fəaliyyəti mütləqdir. Çünki onların fəaliyyəti əhalinin çörək ehtiyatını tam şəkildə təmin edir. Yəni süni qiymət adı altında belə sexlərin bağlanmasına göstəriş verilməməlidir”, - deyə Vahid Məhərrəmov bildirib.Dövlət qurumlarında isə ekspertlərlə razılaşmırlar. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev ANS PRESS-ə verilən məlumata görə, bu il taxılla bağlı ölkədə problem yaşanmayacaq.“İyunun birinə olan statistik məlumata görə, 1 milyon 6 min hektar sahənin 75 faizi biçilib. Yəni biçilmə 758 min hektar sahədə gedib. Bu da respublika üzrə 1,7 milyon ton taxıl istehsal olunub. Fermer və sahibkarlardan standartlara uyğun olaraq, taxılın qəbul olunması haqqında müraciət olunub. Müraciətə əsasən 1 tonun qiyməti 240 AZN olmaqla taxıl alınır. Hələ ki, buğdanın, unun və çörəyin qiymətinin artımı gözlənilmir”, - deyə Murtuzəli Hacıyev bildirib.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Əliyev ermənilərin qarşısını belə aldı
Hər 14 gündə dünyada danışılan bir dil məhv olur
Məşhur professordan açıqlama: "Xaş yeyin!"-VİDEO
Zəhərlənmə
Vərəm olduğunuzu göstərən 6 hal
Səhhəti pisləşən Fikrət Qocadan xəbər var
Şlyapalar
Azərbaycanın diaspor təşkilatlarının fəaliyyəti gücləndirilir
Azərbaycanda 3 gün İŞ OLMAYACAQ
Qaçqınların sayı İkinci Dünya müharibəsi səviyyəsinə çatıb
Qadin.Netlilərin ixtisas arzuları (2-ci hissə)
İstanbulun polis rəisi öpüşlərlə yola salındı
Lobya şorbası (foto-resept)
Azərin məşhur türk serialında Qarabağ üçün oxudu -
Boksçularımız erməniləri məğlub edib finala çıxdı
Hülya Avşar gözəlliyi ilə TƏƏCCÜBLƏNDRİDİ-FOTO
Xərçəngi məhv edən yeni kəşf
Tayland plastik paket istifadəsinə qadağa qoydu
Vaqif Səmədoğludan xəbər var
Müəmmalı sürətli radiosiqnalların Yer mənşəli olmadığı təsdiq edilib
Arıqlamaq istəyənlərə şad xəbər
31 Mart-azərbaycanlıların soyqırımı günüdür...
Üz və bədən üçün maskalar
Kim ki yüz il yaşamırsa...
Polis sükan arxasında telefonla danışa bilərmi?
Qara dəniz ölkələrinin gəncləri "Xocalıya ədalət" kampaniyasına dəstək nümayiş etdiriblər
Pəhləvanımız Məşhəddən qızıl gətirdi
Sənin bir təbəssümün...
Ən sürətli 4G şəbəkəsi işə salınıb
Zebra çəkməyi öyrənək
Bir-birindən gözəl geyim dəstləri
Hadisə 3 aydan sonra bacısı ilə barışdı
Hansı qan növü "xərçəng"ə qarşı davamiyyətlidir - Açıqlama
Qulaq ağrısı necə keçər?
Düşmənin talan etdiyi Şərq çinarlarını Zəngilana qaytarırıq
Kriştianu Ronaldu Zidandan üzrxahlıq gözləyir
Saduların dəhşətli vərdişləri
Yay hamilələrinə tövsiyələr
Şikayəti olan müəllim və valideynlərin nəzərinə!
İlk istilik batareyası təqdim edildi
Soba olladiləri (foto resept)
Hər dəri üçün faydalı bal maskası
Məşhur aktyor həbs olundu
Fətvalar: Qar adamı düzəltmək, yoqa, tatu, Marsa uçmaq...
Bu müəllimlər üçün yeni müsabiqəyə başlanılır
Soyuqdəyməyə tutulmamaq üçün içkilər
Hamilə qadın soyuqlayarsa…
Fəlsəfədə etik normalar-2
Mehriban Əliyeva Valentina Matviyenko ilə görüşüb - FOTO
Rəngarəng çanta modelləri
- ŞƏRHLƏR