
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Anspress-ə verdiyi məlumata görə, bu il avqust ayında bəzi bölgələrdə rekord temperatur qeydə alınıb.
“Azərbaycanda, o cümlədən Bakı-Abşeron yarıdamasında cənub-şərq küləyinin əsməsilə əlaqədar havanın temperturu yüksəlib. Avqust ayının 19-da Gədəbəydə 37 dərəcə, Gəncədə 42 dərəcə, Zaqatalada 41 dərəcə, Balakəndə 42 dərəcə, Şəkidə isə 40 dərəcə anomal istilər qeydə alınıb. Gədəbəy dağlıq ərazi olmasına baxmayaraq, burada 37 dərəcə isti qeydə alınıb. Dağlıq ərazilərdə bu çox yüksək temperatur sayılır”, - deyə Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, belə hava şəraiti avqust ayının 29-na qədər davam edəcək. Bakı və Abşeron yarmadasında 34-38 dərəcə, yarımadanın bəzi yerlərində temperaturun 40 dərəcəyə qədər yüksəlməsi gözlənilir.
Asif Verdiyev onu da əlavə edib ki, bu ildən başqa Bakı və Abşeron yarmadasında ən isti temperatur 2011-ci ildə, 40 dərəcə qeydə alınıb. 2010-cu ildə isə uzun müddətli istilər olub.
“Azərbaycanda ən isti gün 2000-ci ildə avqust ayının 1 və 2-də qeydə alınıb. Naxçıvanın Culfa və Ordubad rayonlarında 46 dərəcə isti müşahidə olunub. Bakı və Abşeron yarmadasında 39-42 dərəcə istilik müşahidə olunub. Aran rayonlarında 40-43 dərəcə qeydə alınıb”, - deyə Asif Verdiyi bildirib.
Asif Verdiyevin sözlərinə görə, bölgələrdə, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Aran rayonlarında havanın tempraturu 35-40 dərəcə, dağlıq ərazilərdə 26-31 dərəcə isti gözlənilir.
İlkin proqnozlara əsasən, avqust ayının 30-dan başlayaraq Bakı və Abşeron yarmadasında cənub-şərq küləyinin şimal-qərb küləyilə əvəz olunması gözlənilir. Ayın 30-da gün ərzində küləkli hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyinin yarmadanın bəzi yerlərində daha da güclənəcəyi gözlənilir. Avqustun son iki günü Bakı və Abşeron yarımadasında sərin hava müşahidə olunacaq. Avqustun 31-də havalar sərinləşəcək.
Asif Verdiyevin sözlərinə görə, bu il Azərbaycanda yağıntılar normadan az olub. Yay dövründə yağıntıların az olması ilə əlaqədar bu il çaylarda sululuq normadan aşağı olub. Bəzi rayonlarda qurarlıq hökm sürür.
“Bu ilk hadisə deyil ki, ölkəmizdə qurarlıq olur. 2000-ci ildə də Azərbaycanda qurarlıq ili olub. 2006-cı ildə avqust ayında yağıntı qeydə alınmamışdı. 2010-cu ildə Bakı-Abşeron yarmadasında, eyni zamanda, bəzi rayonlarda çirkli hava kimi qeydə alınıb. 2010-cu ilin iyul ayının 24-dən başlayaraq, avqust ayının 20-nə kimi quraqlıq olub”, - Asif Verdiyev vurğulayıb.
Mütəxəssislər hesab edirlər ki, quraqlıq ili hələ bir müddət davam edəcək. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun verdiyi məlumata görə, quraqlıq hələ bir neçə il də hökm sürəcək.
“İki ildir ki, ölkədə quraqlıq hökm sürür. Qarşıdan gələn bir neçə il quraqlıq hökm sürəcək. Ola bilər ki, qışda da qarın miqdarı az olsun. Bir çox torpaqlarda şirin su qıtlığı yaransın”, - deyə Telman Zeynalov vurğulayıb.
Ekspertin fikrincə, problemin qarşısını almaq üçün yeni su mənbələri tapılmalıdır: “Torpağı suvarmaq üçün su kanalları quruyur. Bu barədə mütəxəssislərimiz düşünməlidir. Yeni quyular qazıb, yeraltı suları çıxarmalıyıq. Həmin sular vasitəsilə bölgələri və Bakını içməli su ilə təmin edə bilərik”.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İnsanlığın keçdiyi yollardan – Kuvada
Düyü suyunun faydaları
Ana olmaq asandır, bəs sonra?
"Soyuq müharibə" yenidən başlayır
Qarın bölgəsindəki piylər hansı xəstəliklərə tutulma riskini artırır?
Ajda Pekkanın gənclik fotosu-FOTO
Patoloji qısqanclıq və ya Otello sindromu
Sabahın HAVAsı
40 saniyəlik məşq diabetdən müdafiə olunmağa kömək edir
Ləzzətli peçenye (foto resept)
Bəzi bank filialları valyuta mübadiləsini dayandırıb
Günün ulduz falı
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Sabahın HAVAsı
Şəhidlərimizin bank borcları silindi
2013-cü ilin dəbli gəlinlikləri
Əkizlər üçün otaq dekorasiyası
Adəm kimi gəldi, Adəm kimi getdi
Bu gün Azərbaycan məktəblərində “Son zəng”dir
Yay fəslinin gəlmə vaxtı açıqlandı
Mayalı xəmirin sirri
"Google" əlavə reallıq displeyi yaradacaq
Hakerlər Papanın sirlərini öyrənməyə cəhd etdi
Çox qəribədir!
Məşhur aktrisa yaddaşını sildirəcək-SƏBƏB
Alman futbolçu islamı qəbul etdi
"Çocuklar duymasın"ın aktyoru Bakıya gəlir - FOTO
Abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradıldı
Meyvə-tərəvəzin qiyməti niyə qalxıb?
Doğum gününə görə xarekter (dekabr)
Outlook yeniləndi
Günün qoroskopu: Bədbinlikdən uzaq olun!
Şokoladlı peçenye (foto resept)
Beyləqan, Bərdə və Tərtər şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur - RƏSMİ
Azərbaycanda 4 bal gücündə zəlzələ oldu
Nəqliyyat sektorunda DƏYİŞİKLİK
Hadise karantindən yazdı
Günün ulduz falı
İnsanın hərəkətlərini qeydə alan futbolka yaradılıb
Məşhur model hamiləlik FOTosu paylaşdı-4 milyonluq "Like"
Parisdə otel kitabxana
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
Kate Middletonun saç aksesuarları
Ebola son 40 ilin ən qorxulu virusudur
23 avqust-Fizuli və Cəbrayıl Rayonlarının işğalı günüdür!
3 qollu uşaq doğuldu, Allah bildilər-FOTO
Meryem Üzerli tənqidlərə məruz qaldı-SƏBƏB
Fransadan qoşunların təmas xəttində zorakılıq halları ilə bağlı açıqlama
Brilliant ilə bəzədilmiş telefonlar
Şahzadə və sevgilisi bal ayını Türkiyədə keçirmək istəyir















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]